Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Alov Sözlüğü

8686
0
2022/6/7
Oy Sayısı 3
Oy Sonucu 6

Ustad Alovun, 90 yaşı ilə ilgili.

Alov Sözlüğü

35000 Söz

Əl Yazma

Əhməd Şaya

Alov

Qaynaq: Niqabi bəyin kitabevi

Rəhmətli ustad Alovun 90 yaşı munasibəti ilə bir nəşr olunmamış əsəri Alov sözlüyü (Əhməd Şaya)

ədəbi dostlarımdan olan ustad məhəmməd əli nəqabi-nin qulluğunda olduğum bir gün o , rəhəmətli əhməd şaya, ya həman «Alov» cənablarından getdikdə , o mərhumun bir əlyazma sözlüyündən-də söz – söhbət getdi. ustad nəqabi-nin buyurduqlarına əsas, o dahı hələ dirikən o sözlüyün təbriz ustadlarından olan rəsul ağa fəthiməcd-ə verib və ondan bu sözlüyün necə deyərlər redak olunmasın istəmişdir. təəssüflə ustad rəsulağa fəthiməcd bu işi bitirə bilmədiyinə görə o fişləri alma sandığında!! ustad nəqabiyə tapışırılmışlar. ustad nəqabi isə işə başlayanda, işin çətin olduğun duyub, rəhmətli ustad Alovdan-da yardım istəyər. ancaq bugün–sabah bir zaman sürünür. və nəhayət ustad Alov dünyasın dəyişir. ustad nəqabi o mərhumun ailə-sinə məktub yazıb, bu kimi qimətli bir əsərin onun yanında ya həman arşivində əmanət olmasın bildirir. təsüflə onun ailəsi qabağa yeriməyib və o ərzişli fişlər elə o təhər qalır ki qalır!!

dediyim kimi o görüşümüzdə mən ustad nəqabi-dən xahiş etdim ki bu fişlər əmanət olaraq bizə verib ta onlar iskən olunsunlar. ustad mənim bu istəyimi qəbul edib və nəhayət bir sırası alma sandığında, bir sırası isə düyü taylarında olan həmin fişlər bizim arşivə intiqal tapdılar. bir dostla danışıb onların riğbət-lərin bu işə görə bilib və həmin bağlılar əmanət olaraq onlara təqdim olundu ki iskən olunub maraqlananların əlinə yetsinlər. təəssüflə 4-5 ay qaldıqda o dostumuzun da əlindən bir iş gəlmədi ki gəlmədi! bu dönə urmuda yaşayan fazil dostum əli ağa vəlizadə bizə qonaq olarkən bu qəmli qəziyədən söz açdım . onlar könüllü olaraq bu işi boyunlarına almalarına söz verdilər. Və fişləri urmuya intiqal tapdılar və çox sevinirəm ki bu gün onlar az bir zamanda urmu dost-larımızın vasitəsilə təmamilə iskən olunub bu gün dəyərli turuz saytı vasitəsilə maraqlanlanların ixtiyarında qoyulur. bu dəyərli sözlüyün oxumağına başlamadan bu kitabın tərtib verənin də bir neçə sətirdə tanımaq daha yerli olacaq.

düz 90 il bundan əvvəl ya 1304-üncü ilinin azər ayının son günlərində tarixlərdə « darülsəfa » adlanan xoy şəhərinin əli əsğər adlı bir ailəsində əhməd adlı bir uşaq işıq dünyaya göz açır. o bir zaman xoyda olduqdan sonra ədəbi – ictimai işlərinə xoyu bir o qədər uyğun bilməyib təbrizə köçür. bu ucsuz–bucaqsız şəhərdə onun gözü daha açılır və yaradıcılığın başlayır. sonra o tehrana köçüb ömrünün sonunadək bu şəhərdə yaşama məcburiyətində olub, hərdən ürəyi istədiyi azərbaycanada baş çəkir. 79 il ömür gün sürən və 60 il həndəvərində ədəbiyatımız qulluğunda olan ustad Alov 1383-üncü ilin mehr ayının 23-üncü günü dünyasın dəyişib torpağa gedir.

indi mən özümü bəxətvər birisi bilirəm ki də bu qimətli sözlüyün gün işığına çıxmasında mənim də kiçik olmuşsa payım olmuşdur.

Yazarlar:
Yayın:
Turuz
Yayın Yılı:
2015 (Miladi)
Dosya Türü:
PDF Document
İçerik Dili:
تورکجه

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz