Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Leyli Və Məcnun - Üzeyir Hacıbəyli

10938
0
2014/12/13
Oy Sayısı 9
Oy Sonucu 5

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ilk operası olan «Leyli və Məcnun» 1908-ci ildə yaranmışdır. Bu, həm Azərbaycanda, həm də bütün Şərqdə ilk opera idi. Bununla Ü.Hacıbəyov XX əsrin əvvəllərində Azərbaycanda pəşəkar bəstəkarlıq sənətinin təməl daşını qoydu.

«Leyli və Məcnun» Ü.Hacıbəyovun yaradıcılıq yolunun ilk mərhələsi, həm də musiqi sənətində fəth etdiyi ilk zirvə idi.

«Leyli və Məcnun» ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Artıq janrın adı muğamın bəstəkar yaradıcılığındakı mühüm rolunu vurğulayır. «Muğam operası» sözünün mahiyyəti Şərq və Qərb ənənələrinin qovuşma nöqtəsini açıqlayır. Lakin bu, əsrlər boyu böyük təkamül yolu keçmiş Şərqin muğam və Qərbin opera formalarının zahiri qovuşması deyil. Belə ki, məhz şifahi ənənəli peşəkar musiqi sənəti olan muğam Azərbaycanda bəstəkar yaradıcılığının formalaşmasına təkan verib. Artıq bir əsrə yaxındır ki, Azərbaycanda muğam və bəstəkar yaradıcılığı bir-birinə qarşılıqlı təsir göstərərək inkişaf edir. Bu iki qütbün ilk dəfə qovuşduğu müstəvi isə Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» muğam – operası olmuşdur.

«Leyli və Məcnun» operası XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasına əsaslanır. Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, «Leyli və Məcnun» poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər.

Buna görə də Ü.Hacıbəyov dərindən bildiyi, uşaqlıqdan qanına, canına hopduğu, melodikasını, lad quruluşunu gözəl mənimsədiyi muğamlardan və xalq musiqi nümunələrindən istifadə etmişdi. Bütün bunları o, müəllif konsepsiyası ilə əsaslandırmışdı.

Ü.Hacıbəyov bunu belə izah edirdi: «Mənim vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi.»

Əslində, ilk baxışdan bəlkə də sadə görunən bu fikir böyük əhəmiyyətə malik idi. Çünki ilk dəfə olaraq, muğamlar musiqi dramaturgiyasına tabe olunub, vahid bədii ideyanın açılmasına xidmət edirdi. Bu, irəliyə doğru böyük bir addım idi. Bu , milli musiqi mədəniyyətinin inkişaf istiqamətinin yeni məcraya yönəldilməsi idi.

Ü.Hacıbəyov öz məqalələrindən birində «Leyli və Məcnun»un yaranma tarixini işıqlandıraraq yazırdı ki, təxminən 1897-1898-ci illərdə hələ on üç yaşında olarkən, doğma şəhəri Şuşada «Məcnun Leylinin məzarı üstündə» adlı musiqili səhnəyə baxır. Bu, Füzulinin «Leyli və Məcnun» poemasından sonuncu hissənin teatrallaşdırılmış şəkildə muğamla oxunması idi. Həmin musiqili səhnəni görkəmli Azərbaycan yazıçısı və dramaturqu Əbdülrəhim bəy Haqverdiyev Şuşanın tanınmış musiqiçilərinin köməyi ilə tamaşaya qoymuşdu. Məcnun rolunun ifaçısı dövrünün ən məşhur xanəndələrindən biri – Cabbar Qaryağdı oğlu idi. Onu tarzən Mirzə Sadıq oğlu müşayiət edirdi. Xor epizodlarına yaxşı səsi olan uşaqlar cəlb olunmuşdu. Üzeyir Hacıbəyov da bu uşaqların cərgəsində idi.

Üzeyir bəyin yazdığına görə, bu musiqili tamaşa onu çox həyəcanlandırır və yaddaşına həkk olunur. Bir neçə ildən sonra Qori müəllimlər seminariyasını bitirib Bakıya gələrkən o, məhz Füzulinin «Leyli və Məcnun» poeması əsasında opera yazmaq haqqında düşünür və tezliklə bu fikrini həyata keçirir.

Xatırlatmaq yerinə düşərdi ki, Şərqdə geniş yayılmış və çox sevilən bu ölməz məhəbbət dastanına ilk dəfə XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi müraciət edərək, «Leyli və Məcnun» poemasını yaratmışdır. Ondan sonra isə 50-dən artıq şair bu mövzuda əsərlər yaradıb. Onlardan XII əsrdə hind şairi Əmir Xosrov Dəhləvi, XIV əsrdə iran şairi İmadi, XV əsrdə özbək Əlişir Nəvai, tacik Cami, türk şairi Çakeri qeyd olunmalıdır.

Ü.Hacıbəyovun məhz Füzulinin yaratdığı «Leyli və Məcnun» poemasına müraciətinin səbəbi ondan ibarət idi ki, bu əsər Azərbaycan dilində yazılaraq, Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdi. Bu əsərdən parçalar peşəkar xanəndələr tərəfindən muğamlarda çox ifa olunaraq, xalq arasında geniş yayılmışdı.

Yayın:
Şərq-Qərb
Yayın Yılı:
2008 (Miladi)
Sayfalar:
232
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz