Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ay Adamlar Mən Burdayam Şirin Xanım Kərimbəyli Şadiman

5189
0
2015/1/10
Oy Sayısı 1
Oy Sonucu 6

Bir şair fəryadını, ürək yanğılarını, göylərə bülənd olub ərşə çəkilən ahını, xxı əsrin qadın poeziya öndərlərindən olan Şirin xanım Kərimbəyli Şadimanın kitabına qoyduğu «Ay adamlar, mən burdayam» adında gördüm. Bəli, gördüm və duydum. Duydum və mənəvi yükü yaşadım. Fikirin, sözün, məntiqin sanbalını idrak tərəzisinə qoydum. Şirin xa¬nım Şadimanın bugünki ədəbiyyatımızda olması ilə fəxarət hissi keçirdim.

Bəli, ay adamlar, ay ədəbiyyat, poeziya sevərlər, sözə, sənətə qiymət verənlər, Şirin xanım bütöv məntiqi, sivil dünyagörüşü, dünyaya nikbin baxışı ilə burdadır, sizin aranızda, sizin, sıranızdadır. Əcəba, siz hardasınız?! Onu görürsünüzmü, duyursu¬nuzmu, yazdıqlarına dəyər verə bilirsinizmi?! Yəni bir hal-əhval soruşmağa dəyməzmi?! Bu sözləri mən dedim (Fəridə Ləman). Amma müəllif heç onun halını soruşmağı da istəmir və deyir:-Ay yoldan keçən, ay qənşərimə çıxan halımı soruşma, Allah, soruşma deyir. Deyəcəm ki, yaxşı, pis, ya da babat. Şeir yazanın halı necə olacaq, dərdin içində üzənin, bir udum nəfəsə pəncərə gözlüyü bağlanan, qələmə Məcnun olanın halı necə olacaq? Soruşma haIımı qoy cızma-qaramla məşğul olum.

Güney arzuları quzeydə qərar tutanın, torpaqları yağı əlində mələyənin, əsir gəlinlərin fəryadına gözləri tar tutdu anaların, çarəsiz bir təəssüb keşiyində qələmini, sözün gücünü, işğal altında qalan Torpaqların «günahkarı» sayan yazarın, təbəssümü üzündə danan körpənin halını görən, dünyanı palaza bükən kimi bir anda bürüb-büküb qabağına alıb aparan sunamilərin, qasırğa və tufanların, nahaq tökülən qanların səbəbini bilən qələm əhlinin halı necə olacaq??

Şirin xanım Şadiman dərdi içinə gülə-gülə sıxıb kəlməyə, misraya döndərir, şeirə çevirir. Bu şeirlərin mənəvi yükü, ali sanbalı çox dəyərlidir. Azərbaycan dilinin söz xəzinəsini özünün Allah vergisi, möcüzə gözü ilə ipə, sapa düzür düşünür, düşündürür...

Yayın:
Adiloğlu
Yayın Yılı:
2012 (Miladi)
Sayfalar:
457
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz