Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azerbaycan Şifahi Xalq edebiyatı - Ramil Aliyev

23884
0
2023/3/24
Oy Sayısı 7
Oy Sonucu 7

Azərbaycan xalqının poetik şifahi xalq yaradıcılığı ənənəvi mədəniyyətin əsas tərkib hissələrindən birini təşkil edir. Folklor da daxil olmaqla hər bir mənəvi mədəniyyət müəyyən tarixi-ictimai şəraitdən asılıdır və real məzmun daşıyır, həmişə xalqın həyat şəraiti və məişəti ilə sıx bağlıdır, özündə xalqın bütöv keçmişini, yaşadığı və yaşayacağı dövrün bu və ya digər xüsusiyyətlərini, insanların istəklərini, ən xoş arzularını əks etdirir. Görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminli yazır: “Bu sahədə tədqiqə o qədər lüzum vardır ki, bunsuz xalq ədəbiyyatının təhlili yarımçıq qalır, çünki xalqı öyrənmənin başlıca yolu onun dimağı məhsullarının toplanmasından daha əfsəl o məhsulların açarını tapmaqdır. Bu “açar” da həyatımızın elmi və tarixi tədqiqindən ibarətdir”.

Əgər belə olmazsa şifahi xalq ədəbiyyatının ictimai təbiətini, mahiyyət və xarakterini düzgün başa düşmək olmaz. Bir də onu nəzərə almaq lazımdır ki, folklore yaradan, onu mühafizə edən və inkişaf etdirib zənginləşdirən xalqdır.

Yazarlar:
Yayın Yılı:
2014 (Miladi)
Sayfalar:
350
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz