Bağış

2017 yılının masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için h.beyhadi@gmail.com ile irtibata geçin.

:توروزا یاردیم ائدین

 

پرداخت آنلاین

  تومان  

بانک شماره کارت شماره حساب به نام
بانک سامان 6219-8610-2490-3436 9605-888-2316100-1 محمد حسن هادی طلب
- لطفا در صورت امکان بعد از پرداخت یا واریز، با پیام از طریق نظرات صفحه یاردیم، تماس با ما و یا ایمیل info{at}turuz.com (ارسال نام و نام خانوادگی) ما را از پرداخت خود مطلع سازید.

Bağışlarınızı bu E-postaya bildirin: h.beyhadi@gmail.com

 

2017 Yılının Yardımları

 

Sednik Paşa Pirsultanli Toplağından

314
0
2017/3/4
Oy Sayısı 1
Oy Sonucu 5

TIKLA

Sednik Paşa Pirsultanli Toplağından

Image result for Sədnik Paşa Pirsultanlı

Sədnik Paşa Pirsultanlı - YouTube


Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu) — Şair, filologiya elmlər doktoru, professor, 1988-ci ilin dekabr ayının 30-da "Əmək veteranı", 1992-ci ilin may ayının 4-də Əməkdar Mədəniyyət işçisi, 2007-ci ilin yanvar ayında Qabaqcıl Təhsil işçisi, Türkiyə cumhuriyyəti Kültür Bakanlığının "Teşekkür belgesi"- laureatı
Mündəricat  

Həyatı
Sədnik Xəlil oğlu 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1946-cı il "Daşkəsən" qəzeti, "Zəfər bayramı" adlı ilk şeiri çap olunub. Natamam orta təhsilini Qazaxyolçular kəndində, orta təhsilini Dəstəfur internat məktəbində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycab dili və ədəbiyyat fakültəsini bitirib. 2004-cü ildən AYB-nin üzvüdür. 1955-ci ildən 1970-ci ilə qədər "Yeni Daşkəsən" (Daşkəsən), "Mübariz" (Goranboy) və "Yenilik" (Kəlbəcər) rayon qəzetlərində redaktor, "Kirovabad kommunisti" qəzetinin məsul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul olunub, baş müəllim, dosent, professor vəzifələrində işləyib. Gəncə Dövlət Universitetinin professoru idi.
26 avqust 2013-cü ildə Gəncədə ürək tutmasından dünyasını dəyişib[1].
Fəaliyyəti[redaktə | əsas redaktə]
1993-cü ildən Ankarada keçirilən "İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu"nda və Nevşəhərdə keçirilən "Hacı Veli Bektaşi" törənində məruzəçi kimi çıxış edib.
1955-ci ilin iyul ayından "Bilik" cəmiyyətinin, 1960-ci ilin iyun ayından Jurnalistlər birliyinin, 1989-cu ilin aprel ayından Aşıqlar Birliyinin, 1998-ci ilin oktyabr ayından Azərbaycan Vətən müharibəsi veteranlar birliyinin (fəxri), 2003-cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının, 2004-cü ilin aprel ayından Yazıçılar Birliyinin üzvüdür.
Almaniya Avropa Türk-İslam Birliyinin dəvəti ilə "Yunus İmrəyə sevgi ili" kutlamalarında məruzəçi kimi çıxış edib, Türkiyədə, elmi konfraslarda və simpoziumlarda iştirak edib, ali məktəblərdə dərs deyib, İranda yaradıcılıq səfərində olub. 2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi", 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Kitablarının siyahisi
Lalə ,Aşıq Bəsti. Gənclik, Bakı 1969 – 55 səh, 10.000 nüsxə
Yaşayan əfsanələr, Gənclik, Bakı1973 – 78 səh, 4.000 nüsxə
Xəstə Qasım, Gənclik,Bakı 1975 – 64 səh, 2.200 nüsxə
Yurdumuzun əfsanələri, Bakı 1976- 45 səh, 30. 000 nüsxə
Nizami və folklor, Bilik, Bakı 1976- 65 səh 2.500 nüsxə
Yanardağ əfsanələri, Gənclik, Bakı 1978- 160 səh, 20.000 nüsxə
Azərbaycan xalq yaradıcılığının inkişafı, Bilik, Bakı 1981- 40 səh, 1000 nüsxə
Nizami və xalq əfsanələri, Gənclik, , Bakı 1983- 128 səh, 4.000 nüsxə
Bayatılar (toplayanlar: V. Vəliyev, S. Paşayev) Yazıçı, Bakı 1985- 200 səh, 40.000 nüsxə
Azərbaycan əfsanələrinin öyrənilməsi. Bilik, Bakı, 1985-70 səh, 500 nüsxə
Azərbaycan xalq əfsanələri. Yazıçı, Bakü 1985- 285 səh, 50.000 nüsxə
Azərbaycan mifoloji mətnləri, Elm Bakı 1988 (toplayanlar Sədnik Paşayev, Maqbet Əhmədov, Arif Rahimov, Arif Acalov)- 180 səh 25.000 nüsxə
Azərbaycan Folkloru ve aşıq yaradıcılığı (dərs kitabı) Azərbaycan Dövlət Universiteti Nəşriyyatı, Bakı 1989. - 88 səh, 500 nüsxə
Azərbaycan xalq dastanlarının tədrisinə dair (metodik göstəriş) Bakı1989, səh 48, nüsxə 500
XIX əsr Azərbaycan aşıq yaradıcılığı (dərs vəsaiti) Azərbaycan DPİ- nin nəşriyyatı, Bakı 1990- 98 səh, 500 nüsxə
Öz səsim (şeirlər), İdeya nəşriyyatı Gəncə -1990-72 səh, 500 nüsxə
Azərbaycan xalq söyləmələri, Yazıçı, Bakı- 1992- 211 səh,10.000 nüsxə
Pirsultan bulağı (şeirlər) Elm, Bakı, 1994- 110 səh, 1000 nüsxə
İnciçiçəyim (şeirlər) Gəncə 1996- 100 səh, 500 nüsxə
Karağan Usubun lətifələri Gəncə, 1997, təkrar 2000,2001- səh 37, 1000 nüsxə
Xalqın söz mirvariləri, Azərnəşr. 1999-110 səh, 500 nüsxə
İlahi bir səs (şeirlər) Gəncə, 1999-110, 500 nüsxə
Unnu Ağcanın lətifələri, Ekologiya nəşriyyatı, Gəncə 1999- 60 səh-500 nüsxə
Ağdabanlı şair Qurban, Gənclik, Bakı 2000- 177 səh, 500 nüsxə
Dabrovol Qasımın lətifələri, "Əsgəroğlu"Gəncə 2001- 62 səh, 200 nüsxə
Yəhya bəy Dilqəmə el-oba məhəbbəti Bakı, Agah 2001- 105 səh, 600 nüsxə
Aşıq Bəsti, Bənövşələr "Əsgəroğlu", Gəncə 2001-80 səh, 300 nüsxə
Heca vəznli şeir və mənzum atalar sözləri, Gəncə, Agah, 2001-110 səh, 200 nüsxə
Heca vəznli tapmacaların inkiçafı, AGAH nəşriyyatı,Gəncə, 2001-110 səh, 300 nüsxə
Azərbaycan eposunun əfsanə qaynaqları, Azərnəşr Bakı 2002- 102 səh, 500 nüsxə
Qaraxanlı Künə Dəmirin lətifələri, Gəncə, "Pirsultan", 2002—51 səh, 200 nüsxə
Qamışlı şair Rüstəm, "Laçın qaya, çal yadıma düşəndə", Gəncə, "Pirsultan", 2002- 80 səh, 300 nüsxə
Yuxular olmasaydı, "Pirsultan", 2002-60 səh, 150 nüsxə
Ozan-Aşıq sənətinin nəzəri məsələləri, Bakı, Ozan 2002- 208 səh, 250 nüsxə
Ozan-Aşıq yaradıcılığına dair araşdırmalar. I cild, Gəncə "Pirsultan", 2002- 203 səh, 150 nüsxə
Ozan-Aşıq yaradıcılığına dair araşdırmalar. II cild, Gəncə "Pirsultan", 2002- 230 səh, 100 nüsxə
Bir içim nəğmə (şeirlər) Gəncə "Pirsultan", 2003-70 səh, 100 nüsxə
Heca vəznli bayatı ve qoşma möcüzələri. Gəncə, "Pirsultan", 2003-80 səh, 100 nüsxə
Gəncəbasar lətifələri Gəncə "Agah" 2005-201 səh, 300 nüsxə
Bir çiçək də Vətəndi, Gəncə 2005- 127 səh, 200 nüsxə
Əsatirlər, əfsanələr, rəvayətlər( S.P. Pirsultanlı və digər müəlliflər) "Şərq-Qərb" 2005- 304 səh, 2500 nüsxə
Mir Cəfər Bağırov yaddaşlarda "Pirsultan", Gəncə 2005-80 səh, 100 nüsxə
Eldən-obadan eşitdiklərim, Gəncə "Agah" 2005- 170 səh, 200 nüsxə
Yıldızdağdan əsən külək, Gəncə, 2006-100 səh, 200 nüsxə
Azərbaycan Folkloruna dair tədqiqlər, Gəncə, 2006-402 səh, 200 nüsxə
Publisistika və folklor,Gəncə 330 səh, 2oo nüsxə.
Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi, Elm 2007- 310 səh, 500 nüsxə
Pirsultan Pinarı,( Şeirlər) "Pirsultan", Gəncə 2007-666 səh, 100 nüsxə
Saz nəfəsli şeirlərim "Pirsultan", Gəncə 2007-100 səh, 200 nüsxə
Aşıq Şəmşirin poetik aləminə səyahət, "Təknur", Bakı 2008- 295 səh, 500 nüsxə
Azərbaycan türklərinin xalq əfsanələri, Azərnəşr 2009- 427 səh, 200 nüsxə, Azərbaycan aşıq poeziyasında möhtəşəm təcnis binalarını memarları, Azərnəşr , 2009 140 səh.
“Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli tədqiqi, Azərnəşr, 2009, 112 səh.

QAYNAQ

 

Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi (h.beyhadi@gmail.com)
Təbriz