Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

The Book Of Dede Qorqud - Dede Qurqud - Jeoffrey Lewis - Ingilizce - 1974 – 110 - Book Of Dede Qorqud - A Turkish Epic – Çeviri - Faruk Sümer - Ahmed Uyal-Warren-S- Walker – Ingilisce - 51

19985
0
2017/3/22
Oy Sayısı 1
Oy Sonucu 7

The Book Of Dede Qorqud - Dede Qurqud - Jeoffrey Lewis - Ingilizce - 1974 – 110

Book Of Dede Qorqud - A Turkish Epic – Çeviri - Faruk Sümer - Ahmed Uyal-Warren-S- Walker – Ingilisce - 51

 

 

DƏDƏ QORQUD DASTANLARI

 Azərbaycan xalqının qədim mədəniyyət abidələrindən biri də “Kitabi-Dədə Qorqud” adı ilə məşhur olan qəhrəmanlıq dastanlarıdır. Xalqımızın orta əsrlər həyatında baş vermiş tarixi, mədəni hadisələrin öyrənilməsi üçün çox böyük əhəmiyyətə malik olan bu zəngin xalq yaradıcılığı məhsulu son illərdə böyük bir yanlışlıq nəticəsi olaraq düzgün qiymətləndirilməmiş, hətta Azərbaycan xalqı ilə əlaqəli olmayan zərərli bir əsər kimi qələmə verilmişdi. Tariximizin, ədəbiyyatımızın, dilimizin, folklorumuzun, etnoqrafiyamızın öyrənilməsi üçün çox zəngin bir mənbə olan bu qiymətli abidəni marksizm-leninizm nöqteyinəzərindən elmi, obyektiv bir şəkildə tədqiq etmək alimlərimizin qarşısında duran təxirəsalınmaz şərəfli bir vəzifədir.

Bu canhanşümul abidə hələ keçən əsrin əvvəllərindən başlayaraq məşhur şərqşünasların diqqətini cəlb etmişdir.

Əsərin ilk nüsxəsinə XIX əsrin əvvəllərində Almaniyada Drezden kitabxanasında təsadüf edilmişdir. Həmin kitabxananın kataloqunu tərtib edən Fleyşer əlyazmasının üstündə olan bir qeydə əsaslanaraq əsəri XVI əsr kataloquna daxil etmişdir. 1815 ildə şərqşünas Dits həmin əlyazmasının üzünü çıxardaraq Berlin kitabxanasına gətirmiş və “Təpəgöz” boyunu da alman dilinə tərcüməsilə birlikdə nəşr etmişdir. Dits həmin nəşr münasibətilə yazdığı məqalədə “Təpəgöz” boyunu Homerin “Odisseya”sı ilə müqayisə etmiş, hətta “Odisseya”nın yaradılmasında bu boydan istifadə olunduğunu söyləməklə əsərin çox qədim olması iddiasını irəli sürmüşdür.

 

Sonra bu abidə böyük rus alimi Bartoldun diqqətini cəlb etmişdir. Bartold 1894 ildə “Записки Восточного Отделения Императорского Русского Общества ” adlı məcmuənin VIII cildində bu əsər haqqında ümumi məlumat vermiş və “Duxa Qoca oğlu Dəli Domrul boyu”nu ruscaya tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. Akademikin bu təşəbbüsü rus şərqşünasları içərisində böyük maraq oyatmış, həmin məcmuənin sonrakı nömrələrində Tumanski, Divaev, İnostrantsev və daha bir sıra başqa alimlər ciddi elmi-tənqidi məqalələr yazmışlar. Sonrakı illərdə Bartold əsərin daha bir neçə boyunu ruscaya tərcüməsi ilə birlikdə çapa hazırlanmışdır. Bartoldun həmin bu tərcüməsi 1950 ildə Nizami adına Ədəbiyyat və Dil instututu tərəfindən nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, bu abidə haqqında Türkiyə alimləri də tədqiqat aparmışlar. 1916 ildə Kilisli Müəllim Rifət əsəri Berlin nüsxəsi əsasında ərəb əlifbası ilə nəşr etmişdir. Lakin naşir əsərin bir sıra yerlərini oxuya bilməmiş, bəzən təhrif etmiş, bəzən isə doğrudandoğruya oxuya bilmədiyini göstərən xüsusi işarələr qoymuşdur. 1938 ildə yenə də türk alimi Orxan Şaiq Gökyay əsəri yeni əlifbada nəşr etdirmişdir. Eyni ildə əsər latın əlifbası ilə Bakıda nəşr edilmişdir. Son illərdə İtaliya şərqşünası, professor Rossi bu abidənin başqa bir nüsxəsini Vatikan kitabxanasından tapıb, 1952 ildə böyük bir müqəddimə ilə nəşr etmişdir. Bu dastanların belə geniş bir şəkildə nəşr edilməsi bu sahədə müxtəlif xalqlara mənsub alimlər tərəfindən aparılan tədqiqatın da çox geniş bir şəkil almasına səbəb olmuşdur. İlk tədqi90 qatçı Ditsdən başlayaraq son tədqiqatçı Rossiyə qədər bütün alimlər Dədə Qorqudun şəxsiyyəti, dastanların əhəmiyyəti, hadisələrin cərəyan etdiyi zaman və məkan məsələləri, əsərin dili, üslubu və s. haqqında ciddi tədqiqat aparmış, bəzisi yanlış, bəzisi çox doğru nəticələrə gəlmişlər. Bu tədqiqatçılar içərisində diqqəti cəlb edən ilk görkəmli iş akademik Bartold tərəfindən görülmüşdür. Bartold gənc yaşlarından ta ömrünün son günlərinə kimi bu əsər üzərində işləmişdir. Ruscaya tərcüməsi ilə birlikdə çapa hazırlamış olduğu nüsxəyə yazdığı geniş müqəddiməsində akademik bir daha qəti surətdə elan etmişdir ki, bu dastanların Qafqaz mühitindən başqa bir yerdə yaranmış olduğunu ehtimal etmək mümkün deyildir. Bartolddan sonra xüsusilə Azərbaycan alimləri tərəfindən aparılan tədqiqat da onun bu fikrinin doğru olduğunu təsdiq etməkdədir. Bu dastanlarda təsvir edilən hadisələr doğurdan da Azərbaycanda cərəyan edir. Burada Gəncənin, Bərdənin, Dərbəndin, Əlincə çayı və Əlincə qalasının, Dərəşam, Göyçə gölü və s. adları çəkilməkdədir. Daha doğru deyilsə, hadisələr Azərbaycan mühitində cərəyan edir. Əsərin qəhrəmanları gürcülər, ermənilər, abxazlarla qonşudurlar. “Dədə Qorqud”un Azərbaycanla bağlı olduğu vaxtilə müxtəlif məqsədlə Azərbaycana gəlmiş alimlərin, səyyahların əsərlərindən də aydın surətdə görünməkdədir. Adam Oleari 1638 ildə Dərbənddə olduğu zaman, azərbaycanlılardan Dədə Qorqud hekayələrini eşitdiyini, Qazan xanın və arvadı Burla xatunun, eləcə də Dədə Qorqudun özünün burada qəbrləri olduğunu qeyd edir. Həmin əsrin ortalarında Şamaxıya gəlmiş səyyah Övliya Çələbi isə öz səyahətnaməsində Dərbənddə Dədə Qorqudun qəbri olduğunu və şirvanlıların bu qəbrə böyük ehtiram bəslədiklərini, hətta, etiqad etdiklərini yazır (Övliya Çələbi. “Səyahətnamə”, I cild, İstanbul; Podrobnoe opisanie puteşestviə v Moskvu i Persiö. M., 1870). Misal üçün, ətraflı təfərrüata girişmədən elə bircə bu faktı qeyd etmək kifayətdir ki, ən yaxını XV-XVI əsrlərdən etibarən “aşıq” ifadəsinin işlənilməsinə baxmayaraq, “Kitabi-Dədə Qorqud” dastanlarında əsas yaradıcı və ifaçı kimi iştirak edən ozan Nizami, Nəsimi, Füzuli kimi klassiklərimizin əsərlərində olmaqdan başqa, bu gün də yer adlarında və şifahi ədəbiyyat nümunələrimizdə yaşamaqdadır. Məsələn: Qızım, qızım, qız ana! Qızımı verrəm ozana, Ozan axça qazana, Qızım geyə, bəzənə və s. “Dədə Qorqud” kitabında on iki boy (dastan) və bir müqəddimə vardır. Diqqətli tədqiq aydın bir şəkidə göstərir ki, bu dastanlar ayrı-ayrı ozanlar (aşıqlar) tərəfindən ayrı-ayrı vaxtlarda yaradılmış əsərlərdir. Boyların əksəriyyətində bütün dünya xalqlarının qəhrəmanlıq eposlarında olduğu kimi epik qəhrəmanların daxili və xarici düşmənlərə qarşı apardıqları müharibələrdən bəhs olunur. Əsərin əsas boyları, əsasən, X-XI əsrlərlə səsləşir. Lakin, eyni zamanda, burada çox qədim mifologiya ilə əlaqədar mövzular da var ki, bunlar daha çox qədim Qafqaz, eləcə də yunan əsatirini xatırlatmaqdadır. Belə boylara misal olaraq xüsusilə “Dirsə xan oğlu Buğac”, “Qanturalı” və “Təpəgöz” boylarını göstərmək olar. “Dədə Qorqud” dastanları daha çox köçəri patriarxal – qəbilə quruluşunun pozulduğu, feodal münasibətlərinin qüvvətləndiyi əsrlərin məhsuludur. Burada təsvir edilən cəmiyyətin başında xanlar xanı Bayındır xan durur. Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı isə Qazan xan və onun ətrafında birləşən bahadırlardır. Eyni zamanda burada “qarğı cida gəzdirən” rəiyyət qəhrəmanlarından, xalq nümayəndələrindən, nökərlərindən, çobanlardan da bəhs edilməkdədir. Əməkçi xalqın nümayəndələri olan Qaraca Çoban çox böyük bir qəhrəmanlıqla düşmən basqınının qarşısını alır, iki qardaşını qurban verərək sürüləri xilas edir. Beləliklə də, əsərin ümumi qəhrəmanı kimi təsvir edilən Qazan xandan daha qüvvətli, daha namuslu göstərilir. Heç bir adı-sanı, mənsəbi, titulu olmayan Dəli Domrul isə mövhumi- dini qüvvələrə, Əzrailə qarşı çıxır, nəticədə bu dastan məhəbbətin ölümə qalib gəlməsi ilə bitir. Burası doğrudur ki, bu qəhrəmanlar və onların təmsil etdikləri tayfa dini görüş etibarı ilə müsəlmandırlar. Hətta dastanlarda onların namaz qıldıqlarından, kilsələri yıxıb məscid tikmələrindən danışılır. Məhəmmədin (s.ə.v.) adı çəkilir və s. Lakin bütün bunlara baxmayaraq, əsərdə islamiyyət ruhu, misal üçün bu əsrlərdə yaranmış yazılı ədəbiyyat əsərlərinə nisbətən çox zəifdir. Burada hicab, çoxarvadlılıq və s. yoxdur. Hətta alqış və qarğışlar da dini mahiyyət daşımır (Qılıncıma doğranım, oğlum doğmasın, doğarsa on yaşına varmasın, çaparkən ağ-boz atın büdrəməsin, kölgəlicə ağacın qurumasın və s.). Mübaliğəsiz demək olar ki, əsərdə at, qılınc, qadın və s. islamiyyətlə əlaqədar dini şəxsiyyətlərdən daha qabarıq bir şəkildə müqəddəsləşdirilmişdir. Hələ islamiyyətdən qabaqkı dini görüşlərlə əlaqədar inam və etiqadlar, adət və ənənələr də əsərdə aydın bir şəkildə yaşamaqdadır. Əsərdə təsvir edilən müharibələrin müəyyən hissəsi “kafirlərə” qarşı aparılır. Lakin “kafir” sözü hər yerdə din ayrı düşmən mənasında işlədilmir. Əsərdəki qəhrəmanlar daxildə öz aralarında müharibələr, döyüşlər apardıqları kimi, xarici basqınlara da qarşı vuruşurlar. Diqqət edilsə, belə vuruşmalardan bəhs edən dastanların əksəriyyətində “kafir” adlanan bu düşmənlər ölkəyə basqın edir, qəhrəmanlar da bunlara qarşı vuruşmaq üçün ayağa qalxırlar (“Qazan xanın evinin yağmalanması”, “Bamsı Beyrək”, “Bəkil oğlu Əmran”, “Uruzun əsir olması” və s.). Qalan dastanlardan “Dirsə xan oğlu Buğacda” qırx namərdin xəyanəti nəticəsində ata ilə oğul arasında salınan ziddiyyətdən, “Dəli Domrul” boyunda ailə-məişət məsələsindən, xüsusilə qadının öz ərinə məhəbbətindən, hətta, Əzrailə qalib gələn qüdrətindən, “Təpəgözdə” xalqın ümumi fəlakətinə səbəb olan qara qüvvələrlə (yemək üçün gündə beş yüz qoyun, iki adam tələb edən Təpəgözə) mübarizədən, “Qanturalı” boyunda “kafirlərdən” qız sevib evlənməkdən, qadın qəhrəmanlığından, son boyda isə bu qəhrəmanların öz aralarında gedən daxili çəkişmələrdən danışılır. Beləliklə, on iki dastandan beşi basqınçılara qarşı mübarizə, beşi əsatir, ailə-məişət məsələsi mövzularına həsr edilmişdir. İki dastanda isə (“Yegnək” və “Segrək”) basqınçılıq əhval-ruhiyyəsi vardır. Lakin bu iki dastanda da düşmən kimi verilən tərəf konkretlikdən çox uzaqdır. Misal üçün “Yegnək” dastanında qəhrəmanların mübarizə apardıqları düşmən tərəfin başçısı “Altmış arşın qaməti” olan “Arşın oğlu Dirəkdir”. Aydındır ki, bu konkret şəxsiyyət deyil, sadəcə ədəbi obrazdır. “Segrək” dastanında isə müharibə Əlincə qalasına qarşı aparılır ki, bu da Azərbaycan ərazisidir. Ümumiyyətlə, bu dastanlarda xalqın nəcib hissləri və vətənpərvərlik, fədakarlıq, sədaqət, qəhrəmanlıq, mətinlik kimi sifətləri təbliğ edilir. Qaraca Çoban altı yüz düşmən qarşısında mərd dayanır, sürüləri öz sapandı ilə düşməndən qoruyur. Uruz düşmən əlinə düşmüş anasının tanınmaması üçün, dardan asılıb ətinin qiymə-qiymə kəsilməsinə razı olur. Dəli Domrulun qadını ərinin əvəzinə ölümə hazır olduğunu bildirir, Selcan xatun “sağına-soluna qoşa yay çəkərək” sevgilisini ölümdən qurtarır. Qazan ölümə razı olur, lakin xəyanət etmir, düşmənə boyun əymir. Dastanlarda ana məhəbbəti, qardaş məhəbbəti, dostluq, yoldaşlıq kimi nəcib hisslər qabarıq şəkildə verilir. Eyni zamanda əsərdə düşmən başı kəsənə, düşmən qanı tökənə hətta mükafat da verilir. Atalar oğullarını müharibə meydanlarına aparır, öyrədir, düşmən başı gətirməmiş oğullara isə oğul gözü ilə baxmırlar. Belə adamlara hətta, ad da qoyulmur. Bu əhval-ruhiyyəyə bəzən müharibə kultu kimi baxmaq istəyənlər olur. Lakin diqqət edilsə, bu bütün dünya qəhrəmanlıq dastanlarına xas olan bir məsələdir. Belə əhval-ruhiyyəyə malik olmayan dastan hər şeydən əvvəl “qəhrəmanlıq dastanı” olmaz, ümumiyyətlə hər hansı bir dastanda belə əhval-ruhiyyəyə zidd getmək qəhrəmanlıq dastanı janrına zidd getmək deməkdir. Aydındır ki, müharibə əhval-ruhiyyəsi, müharibə qanunları, müharibə adət və ənənələri yaradır. Bu, hər xalqda, hər dövrdə, hər ölkədə belə olmuşdur. Bu əhval-ruhiyyənin kimlərə qarşı olması, başqa sözlə deyilsə, əsərdə təsvir edilən “kafirlərin” kimlərdən ibarət olması məsələsinə isə yuxarıda deyildiyi kimi, diqqət və ehtiyatla yanaşmaq lazımdır. Bir daha qeyd etmək lazımdır ki, “Dədə Qorqud” qəhrəmanları bəzən öz aralarında vuruşurlar, bəzən isə konkretlikdən çox uzaq, ümumiləşmiş, fantastikləşmiş, epik obraza çevrilmiş düşmənlərlə vuruşurlar. Bu düşmən bəzən Qıpçaq adlanır, bəzən “Trabzon təkuru”, bəzən isə Təpəgöz olur. ...”Dədə Qorqud” dastanlarında təsvir edilən düşmən obrazları, əslində heç də zənn edildiyi qədər barışmaz “dini” və yaxud “milli” düşmən obrazları deyildir. Tarixən məlumdur ki, hələ VI-VII əsrlərdən başlayaraq oğuz-türkmən qəbilələri Azərbaycan ərazisinə gəlir, yerlilərlə qaynayıb qovuşur, doğrudandoğruya Azərbaycan xalqının etnik tərkibinə daxil olurdular. Dastan qəhrəmanları qonşulardan qız sevib evlənirlər, bunlara qız verib qohum olurlar. “Kafirlər” və “Bamsı Beyrək” boylarındakı müharibələr ancaq qız üstündə olur. Göründüyü üzrə, bütün bunlar kö- çəri feodal-patriarxal mühitin öz daxili məzmunundan doğan hadisələrdir. X-XI əsrlərdə böyük şəhərlərdə, kəndlərdə yaşayan oturaq əhalidən fərqli olaraq köçəri həyat keçirən əhali əsasən maldarlıqla məşğul olduqları üçün sabit məskənə malik deyildilər. Onlar fəsillərə uyğun olaraq tez-tez yerlərini dəyişdilər, qışlağa və yaylağa köçürdülər ki, bu da onların məişət tərzinə təsir etməyə bilməzdi. Düzdür, KDQ dastanlarında oturaq həyatdan da danışılır, üzüm bağları təriflənir, hətta şərabçılıqdan, qəhrəman93 ların şərab içmələrindən danışılır (“Dəli Domrul” boyu). Lakin ümumiyyətlə epos daha çox köçəri-maldar əhali içərisində yaranmış və yaşamışdır. Buna görə də köçəri həyat keçirən yerli tayfaların ruhu, səviyyəsi, adətləri, hətta dünya görüşü daha qabarıq bir şəkildə eposda mühafizə olunmuşdur. Bu vəziyyət bəzilərinə qəribə görünə bilər. Lakin unudulmamalıdır ki, aşıq Ələsgəri yetirən mühit olmadığı kimi, Nizamini yetirən Gəncə mühiti də Qaraca Çobanın yaşadığı mühit deyildi, ola da bilməzdi. 1951 ildə KDQ dastanlarını millət- çilik təbliğ edən pantürkist, panislamist bir abidə adlandıraraq, bu dastanların Azərbaycanla heç bir əlaqəsi olmadığını iddia edirdilər. Bu iddia tamamilə əsassızdır. Məlum olduğu üzrə, panislamizm XIX əsrin sonlarında, pantürkizm isə birinci dünya müharibəsi ərəfəsində ortaya çıxmış cərəyanlardır. Əsərin dili türk dilində danışan bir sıra xalqlar üçün də tam və yaxud qismən anlaşıqlı olsa da, lüğət tərkibi, frazeologiyası və qrammatik quruluşu etibarilə digər türk dillərinin hamısından daha çox Azərbaycan dili ilə bağlıdır. Elə bunun nəticəsidir ki, abidəni ərəb əlifbası ilə nəşr edən Müəllim Rifət, eləcə də bunu yeni türk əlifbasına kö- çürmüş olan Orxan Şaiq bir sıra sözləri, ifadələri, hətta bütöv cümlələri, fikirləri başa düşə bilməmişlər. Yuxarıda deyildiyi kimi, ya təhrif etmişlər, yaxud da başa düşmədiklərini qeyd etmişlər. Misal üçün, Müəllim Rifət “bələmək” (uşaq bələmək) sözünü “bəlləmək” mənasında başa düşmüşdür. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, türkmənlərdə də bu söz “qundamaqdır”. “Şillə” sözü Türkiyədə heç anlaşılmamış, türkmənlərdə isə bu, “şappatdır”. “Səksənmək” sözü türk alimləri tərəfindən anlaşılmamış, türkmənlər isə bu mə’nanı bizdə bu sözün sinonimi olan “tiskinmək” ilə ifadə edirlər. Türk nəşrlərində “günü” sözü “qısqanmaq”, “çaxmaq” sözü “alov”, “qarmalamaq” sözü isə “qaranlıqda o tərəf-bu tərəfə hərəkət etmək” deyə mənalandırılmışdır. Belə misallar çoxdur. Halbuki, türk mütəxəssislərinin başa düşmədikləri bu sözlər bizdə hamının gündəlik danışıqda işlətdiyi sözlərdir. Əsərdə çox az da olsa hər halda bəzən indiki dilimizdə işlədilməyən sözlərə də təsadüf edilir ki, bunlar dilimizin tarixini bilməyən adamlara “yabançı” sözlər kimi görünür. Belə adamlar bə’zi hallarda bu tipli sözlərin müasir dilimizdə işlənmədiyinə əsaslanaraq, qeyri- elmi, yüngül mülahizələr irəli sürmək təşəbbüsündə olurlar. Halbuki istər klassiklərimizdə, istərsə də canlı dilimizdə, şivələrdə belə sözlərin özlərinə, ya da derivatlarına (törəmə sözlər) istənilən qədər təsadüf etmək mümkündür. Misal üçün: a) əsərin müqəddiməsində belə bir cümlə vardır: “Əgər yazıdan-yabandan evə qutlu bir qonaq gəlsə...”. Əvvələn, burasını qeyd edək ki, “qonaq” sözü türklərdə bizdəki mənadan fərqli olaraq “qonağın düşdüyü yer” deməkdir. Burada isə bizdəki mənada işlənir. “Utlu” sözü isə indi işlənməyən arxaik sözdür. Halbuki əslində “ar demək olan” “ut” sözünün “ut-anmaq” – “utanmaq” forması indi də işlənməkdədir; b) əsərdə çox tez-tez “payız” mənasında “güz” sözü işlənməkdədir. Bu söz elə belə müstəqil şəkildə klassiklərimizdə işləndiyi kimi onun derivatları da bugünkü dilimizdə yaşamaqdadır. Misal üçün, güzdəlikpayızlıq taxıl, güzəm-payız yunu, yaxud “yayda yaylağa, payızda güzdəyə” kimi atalar sözü şəklində də işlənməkdədir; v) “əzizləmək” mə’nasında işlə94 nən “ağırlamaq” sözü də belədir: “Bir içim su ilə ağırlamadın mehmanın” (Füzuli). “Təmiz” mənasında işlənən “arı” sözü də bu qəbildəndir: “Arıtmamaq”, “Arıtmaq”, “Aydan arı, sudan duru”, “Arı desən gözəllərdən arıyam” (dastandan), “Güzgüsü arı deyildir, çarə qılsın pasına” (Nəsimi), “Dün” (gecə), “görklü” (müqəddəs), “uçmaq” (cənnət), “tamu” (cəhənnəm) və s. sözlər də ya klassiklərimizdə, ya da canlı dilimizdə yaşamaqdadır. Bu gün bəzilərinə anlaşılmaz, yaxud “ yabançı” kimi görünən sözlərin bir qismi bu qəbildəndir. “Yabançı” kimi görünən sözlərin bəziləri isə Drezdendəki nüsxənin yazıya alındığı zaman imlanın hələ sabitləşməmiş olması ilə əlaqədardır. İndi dastanı düz oxuya bilməyənlərə, əlbəttə ki, bu sözlər yabançı kimi görünə bilər. Bunlardan başqa, onu da qeyd etmək lazımdır ki, nüsxədə nəzərə çarpan bir sıra sözlərin paralel işlənməsi, yəni sinonimlərdən istifadə məsələsi (varmaq- getmək, qılmaq-etmək, bolmaqolmaq, sağ-əsən və s.). Azərbaycan ədəbi dilində uzun müddət davam etmiş ümumi haldır. Buna görə də KDQ-də bəzən təsadüf edilən belə halları dilimizdə yabançı hal kimi qiymətləndirmək doğru deyil. Azərbaycan dilinin inkişaf tarixini dəqiq müəyyənləşdirmək üçün də KDQ ən yaxşı, ən qədim abidələrdən biridir. Lakin burada deyilən və deyilməyən bir sıra səbəblər üzündən “anlaşılmaz”, yaxud “yabançı” hala düşmüş sözlərdən, ifadələrdən başqa bəzi dastanlarda doğrudan da dilimizdə nadir hallarda işlədilmiş, işlədilən, bəzən də heç işlədildiyi hələ bizə mə’lum olmayan sözlərə də təsadüf olunur. Burasını da qeyd etmək lazımdır ki, Dədə Qorqudla əlaqədar olan əfsanə, dastan, nağıl və s. başqa türk xalqlarında da vardır. Orta Asiyanın bir sıra xalqlarında o, Korqut Ata adı ilə məşhurdur. Hətta türkmənlərdə Korqut dastanlarımızdakı Xızr kimi övliyalardan hesab edilir. Müxtəlif səyyahlar onun Azərbaycanda qəbri olduğunu söylədikləri kimi, Orta Asiyada olduğunu da göstərirlər. Bundan başqa, əsərin “Bamsı Beyrək” boyu tamamilə yeni bir səpkidə işlənib, təkmilləşdirilərək özbəklərdə “Alpamış”, qazaxlarda isə “Alpamıs” dastanları səviyyəsinə də yüksəlmişdir. Lakin bu heç də qəribə bir məsələ deyildir. Bizdə bir sıra “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Əmrah” və başqa onlarla dastan vardır ki, əsli, mənşəyi Azərbaycanla bağlı olduğu halda qonşu xalqlara da keçmiş, yenidən işlənərək, Özbəkistanda özbək, Türkmənistanda türkmən dastanı olmuşdur. “Molla Nəsrəddin” isə daha böyük bir miqyasda yayılmışdır. Biz bu fikirdəyik ki, hər bir əfsanəvi, yaxud realtarixi şəxsiyyətlə bağlı olan hər hansı bir əsər onu yaratmış xalqın öz yaradıcılıq məhsuludur. Bu mənada “Alpamış” özbəklərin, “Alpamıs” qazaxlarındır. İçərisində “Alp-Bamsı”, yəni Bamsı Beyrəyə aid xüsusi boy olan “Kitabi-Dədə Qorqud” dastanları isə bizimdir. Bunu Azərbaycandan başqa heç bir yerlə bağlamaq mümkün deyildir. Bunu akademik Bartold belə demişdir, Bartolddan sonra tədqiqat aparan alimlər də belə deyirlər. Yuxarıda deyildiyi kimi, KDQ dastanlarının əhəmiyyəti çox böyükdür. Lakin bu heç də o demək deyil ki, bu dastanlarda tənqid olunmalı heç bir şey yoxdur. Keçmişdə yaranmış bütün eposlarda olduğu kimi, bu dastanlarda da məhdud cəhətlər vardır. Əsərin əsas ruhuna uyğun olmayıb, ancaq daha çox sonluqlarda özünü göstərən dini “yumlar”, bəzi hallarda özünü göstərən “aqınçılıq” eşqi və s., əlbəttə ki, əsərin məhdud cəhətləridir. Lakin bunlar bir tərəfdən əsərin qiymətini azaltmır, o biri tərəfdən də X-XI əsrlərin tarixi-ictimai həyatı ilə səsləşən bir qəhrəmanlıq eposunda belə ünsürlərin mövcud olması heç də qəribə deyildir. Bütün bu deyilənlərdən aydın görünür ki, Dədə Qorqud dastanları xalqımızın tarixində baş vermiş bir sıra mühüm hadisələri əks etdirən qiymətli bir abidədir. Belə bir abidədən imtina etmək, onu zərərli bir şey kimi qələmə vermək tarixi abidələrə vicdanla yanaşmamaq deməkdir. Biz əminik ki, alimlər bu abidənin üzərində daha ciddi işləyərək onun əsl qiymətini verə biləcəklər. Uzun müddət şərqşünaslıq aləmini maraqlandırmış olan bu abidənin öyrənilməsi işi davam etdiriləcəkdir. Professor H.Araslı Professor Ə.Dəmirçizadə Professor M.Arif Dosent M.H.Təhmasib

“Kommunist” qəz. 26 mart 1957. Bəraət məqaləsi

 

Yazarlar:
Dosya Türü:
PDF Document
İçerik Dili:
English

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz