Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ötənlərdən Gələn Səslər - 2 Cild - Şirin Xanım Kərimbəyli Şadiman

5395
0
2014/12/28
Number of votes 1
Voting results 5

Mən söz adamı deyiləm və bu vaxta qədər nə mətbuatda çıxış etmişəm, nə də ədəbiyyatda bir yazım da olmayıb, peşəm də ki, bədii ədəbiyyatdan çox uzaqdır – ancaq bədii ədəbiyyatın həvəskarıyam. Orta məktəbi 1966-cı ildə qurtarmışam. Demək lazımdır ki, sovet vaxtında təhsil çox yüksək dərəcədə idi və orta məktəbi qurtaran şagird indiki filologiya fakültəsini qurtaran tələbədən geri qalmazdı. O dövür kitab oxunan dövr idi, həmçinin yaxşı kitab dükanların rəflərində çox dayanmazdı.

1985-ci ilin payızı yadıma gəlir, mən onda «Günəşli» yatağında dəstə rəisi işləyirdim, geofizik materallarını təhfil vermək üçün «Neft Daşları» ekspedisiyasına gəldim, interpretasiya şöbəsində təzə işçi gördüm, o Şirin xanım idi.

Onun atası da, rəhmətlik Ağabala kişi ekspedisiyada qaldırıcı maşında maşinist işləyirdi. O vaxt Şirin xanım nazik bir qız idi, onun qıvrıq saçlırı, qara parıldayan gözləri, uçaq yerişi diqqəti cəlb edirdi. 1986-cı ilin yazında mən ekspedisyanın baş mühəndisi vəzifəsinə təyin olundum.

«Neft Daşları»na tez-tez yaradıcı adamlar, məşhur artistlər gəlirdi. Yadımdan heç vaxt çıxmaz «Neft Daşları»na Xəlil Rza Ulutürkün və Mikayıl Mirzənin gəlməyi…«Neft Daşları»nın kino-teatrında oturmağa yer yox idi, adamlar ayaq üstə dayanırdılar. Qeyd etmək lazımdır ki, sovet qurluşu hələ dağılmamışdı, amma Ermənistan artıq Azərbaycana qarşı hərbi əməliyyatları aparırdı. Respublikada vəziyyət gərgin idi, vətənpərvərlik hisslər camaatda coşurdu. Belə mühitdə Mikayıl Mirzənin Ulutürkün şeirlərini deməyi «Neft Daşları işçilərinə böyük təsir etmişdi. Mən bu vaxta qədər Mikayıl Mirzədən emosional artist görməmişəm.

Hər şair onda xoşbaxt olur ki, nə vaxt cəmiyyətin onun yazdığına təlabatı var. Xəlil Rza Ulutürk xoşbəxt şair idi. O, öz vətənpərvərlik şeirləriynən fərqlənən yaradıcılığı ilə millətə lazım olduğunu sağ ikən gördü.

1991-ci ildə Şirin xanım Şadimanın «Ürək niyə ağrıyırsan?» adlı birinci kitabı çıxıb. O kiçik həcimli, 56 səhifəlik kitabçada çox mövzulara yer tapılıb –vətənpərvərlik, dünyaya baxış, təbiət, məhəbbət lirikası, amma onun bütün şeirlərindən əsas yaradıcılıq xətti kimi vətən sevgisi keçir. Şirin xanımı tanıyanlar bu birinci kitabı ilk qaranquş təki qəbul etdilər, ondan təzə kitablar, təzə şeirlər, mətbuatda və mediyada tez-tez görünməyi gözləyirdilər, amma təsadüf belə olmadı…

Şirin xanım böyük istedad sahibi – vergili şairdi. O istedad hələ ilk dəfə məktəbdə hiss olunub:..

Publisher:
Qanun
The publishing year:
2013 (Anno Domini/AD)
File Type:
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz