Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Imam Hüseyn Aşiqi Fuzuli-Verağa Almasov-Baki-2016-667s

5053
0
2017/6/3
Number of votes 1
Voting results 5

Imam Hüseyn Ashiqi Fuzuli-Verağa Almasov-Baki-2016-667s

 

 

İmam Hüseyn (ə) aşiqi - Məhəmməd Füzuli

Azərbaycan xalqının fəxri olan Molla Məhəmməd Füzuli demək olar, bütün ömrünü İraqda, Hillə və Kərbəla şəhərlərində yaşamışdır. Məqsədimiz bu böyük şəxsiyyətin ədəbi fəaliyyəti barədə yazmaq deyil. Bu məqalədə yalnız Füzulinin Kərbəla sevgisi və bu sevginin həm sağlığında, həm də vəfatından sonrakı təzahürü haqqında yazacağıq.

Füzuli İmam Hüseyn (ə) aşiqi idi. Tarix boyunca Kərbəla faciəsini türkcə ən gözəl ifadə edən əsərlərdən birini – “Hədiqət əl-süəda” kitabını yazmaqdan əlavə, o, öz qəzəl və qəsidələrində də Şəhidlər Sərvərinə olan sevgisini izhar etməkdən usanmırdı. Füzuli İmam Hüseynin (ə) məzarına, bu məzarın yerləşdiyi Kərbəla şəhərinə vurğun idi. O, Kərbəlada yaşaması ilə fəxr etdiyini gizlətmirdi. Fars dilində nəzmə çəkdiyi divanın dibaçəsində (girişində) yazırdı:

Ey Füzuli, məskənim çün Kərbəladır, şerimin

Hörməti hər yerdə vardır, xalq onun müştaqıdır.

Nə qızıldır, nə gümüş, nə ləlü nə mirvarıdır,

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

(Məhəmməd Füzuli. Əsərləri, Bakı, 1958, 3-cü cild, səh. 23).

Bu gün demək olar hamı bilir ki, Füzuli Kərbəla şəhərində İmam Hüseynin (ə) mübarək hərəmində xuddamlıq (xidmətkarlıq) etmişdir. Bəzən yanlış olaraq, onun kəfəşdar (ayaqqabı cütləyən) kimi xidmət etdiyini söyləyirlər. Belə bir fikir yaranıb ki, Füzuli ziyarətgahın girişində durub, hərəmə daxil olan zəvvarların ayaqqabılarını cütləməklə, hərəmdən çıxanda onlara təqdim etməklə məşğul olub (bu gün Azərbaycanda da böyük məscid və ziyarətgahlarda bu cür xidmət edən şəxslər var). Doğrudur, Füzuli bu xidməti də özünə şərəf bilərdi. Amma həqiqət budur ki, o, İmam Hüseyn (ə) hərəminin işıqlandırılması sahəsində xidmətkarlıq edib. O zamanlar elektrik enerjisi olmadığı üçün binalar, o cümlədən, ziyarətgahlar çıraq və şamlarla işıqlandırılırdı. Xüsusi xidmətçilər vardı ki, hər səhər çıraqları yandırar, yanacağa nəzarət edər, axşamlar işığı söndürərdilər. Füzulinin hərəmdəki vəzifəsi bu idi.

Bu məlumatı mənbələr də təsdiq edir. Nümunə olaraq, “İmam Hüseyn (ə) ensiklopediyası” kitabında bu barədə yazılanları xatırlatmaq istərdik. Çoxcildilik layihə olan “İmam Hüseyn (ə) ensiklopediyası”nın cildlərindən birində - “Tarix əl-məraqid” (“İmam Hüseynin, ailə üzvlərinin və yardımçılarının məzarının tarixi”; London, 2003-cü il) kitabının 2-ci cildində, 74-cü səhifədə yazılıb: “Hicri 960-cı illər ətrafında şair Füzuli İmam Hüseyn (ə) məqbərəsinin işıqlandırılması üçün nəzarətçi vəzifəsini icra edirdi. Bu, onun ömrünün axırlarında baş vermişdir; belə ki, hicri 963-cü (miladi 1555-ci) ildə vəfat etmişdir”.

Bu məlumatı təsdiq edən mənbələrdən biri də görkəmli alim Mühəmməd Hirzəddin tərəfindən qələmə alınmış “Məraqid əl-məarif” (“Tanınmış şəxslərin məzarları”; Nəcəf, 1971-ci il) kitabıdır. Qeyd edək ki, M.Hirzəddin üçcildlik “Məarif əl-rical” (Məşhur şəxsləri tanıdan kitab) əsəri ilə də məşhurdur.

Müəllif “Məraqid əl-məarif” kitabının ikinci cildində (səh. 175-179; 196-cı sıra sayı) Füzuliyə 5 səhifə yer ayırır. 179-cu səhifədə yazır: “(Füzulinin) həyatının sonlarında və ölümündən sonra məskəni müqəddəs Kərbəlada şəhidlər atası Hüseyn ibn Əlinin (ə) məzarının qonşuluğu oldu. O, Sultan Səlim tərəfindən müqəddəs hərəmdən asılmış lampaları, şamdan və çıraqları yandırmaq vəzifəsinə təyin olundu”. Zənnimizcə, burada Sultan Səlim əvəzinə Sultan Süleyman Qanuni olmalıdır və müəllif bu məsələdə kiçik yanlışlığa yol vermişdir. Çünki əvvəla, İraqi-ərəbi öz ixtiyarına alan Osmanlı hökmdarı Sultan Süleyman olub. Məhz o, 1534-sü ildə Səfəvilərlə apardığı müharibənin nəticəsində müqəddəs Nəcəf və Kərbəla şəhərlərini ələ keçirmişdi. İkincisi, Sultan Səlim 1520-ci ildə vəfat etmişdir. Füzulinin isə 1556-cı ildə yaxud daha sonra vəfat etməsi yazılır. Yuxarıda təqdim etdiyimiz mənbələrdən məlum olur ki, o, müqəddəs hərəmin xidmətinə vəfatından bir neçə il əvvəl daxil olmuşdur. Elə isə, bu vəzifəyə Sultan Süleyman tərəfindən təyin olunması da şübhə doğurmur.

“Məraqid əl-məarif” kitabında Füzuliyə həsr edilmiş səhifələrin axırında verilən məlumat insanı riqqətə gətirir. Müəllif yazır ki, hicri 14-cü əsrin əvvəllərinə, yəni 130 il bundan əvvələ kimi Kərbəlada belə bir ənənə mövcud olmuşdur: hər axşam İmam Hüseyn (ə) hərəminin işıqlarını yandırmaq vaxtı çatanda xidmətçilər Füzulinin məqbərəsinə gedər, oradakı çıraqları yandırar, həmin çıraqlardan od götürüb hərəmə gələr və hərəmin çıraqlarını həmin odla alışdırarmışlar. Yəni Füzulinin özü rəhmətə getsə də, onun İmam Hüseyn (ə) hərəmindəki xidmətləri 300 ildən artıq müddət boyunca unudulmamışdır. O, sanki yenə də öz müqəddəs vəzifəsini yerinə yetirməyə davam etmişdir. Bu fakt dahi şairimizə Kərbəlada nə qədər böyük ehtiram göstərildiyini nümayiş etdirir.

Ölməz şairimiz İmam Hüseyn (ə) hərəmində xidmətlərinə arxalanaraq, cənazəsinin bu müqəddəs məkanda dəfn olunmasını arzu edirdi. Özünü İmam Hüseyn (ə) məscidinin içində dəfn olunmağa layiq bilməyən şair heç olmasa məscidin həyətində torpağa tapşırılmasını istəyirdi. Qəzəllərinin birində şair yazırdı:

Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətddən

Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən.

Məzarım üstə qoymun mil, əgər kuyində can versəm,

Qoyun bir sayə düşsün qəbrimə ol sərv qamətdən...

(Məhəmməd Füzuli. Əsərləri, Bakı, 1958, 1-ci cid, səh. 263).

Şair burada xəyali bir səhnə yaratmışdır. Adətən, kütlə sevmədiyi, qəbul etmədiyi şəxsləri daşa tutur, öz nifrətini və məzəmmətini bu yolla büruza verir. Füzuli eşq ilə dolu qəlbinin nadanlar tərəfindən dərk olunmamasına işarə edərək sanki üzünü həmin hissiyyatsız və laqeyd “bidərdlərə” (dərdsizlərə) tutaraq deyir ki, mənə istədiyiniz qədər tənə daşı atın. Hətta razıyam ki, o daşların altında qalım və atdığınız daşlar mənim qəbrimə çevrilsin. Yetər ki, özümdən sonrakı dərd əhlinə öz varlığım və ölümümlə nümunə ola bilim. Bu şəkildə eşq şəhidi olsam, qəbrimin üstünə başdaşı qoymağa da ehtiyac yoxdur. Buraxın, mövlam İmam Hüseynin (ə) mübarək məzarının günbəz və minarələrinin kölgəsi qəbrimin üstünə düşüb başdaşıma dönsün...

Şairin vəsiyyəti kimi səslənən bu beytlərə ölümündən sonra əməl edildi. Onu, özünün arzu etdiyi kimi İmam Hüseynin (ə) hərəmində dəfn etdilər və mübarək kölgələr onun məzarının torpağını əzizlədi...

QAYNAQ

 

The publishing year:
2016 (Anno Domini/AD)
Pages:
667
File Type:
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz