Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Dil üzre qissa sözler

14657
0
2016/4/8
Number of votes 1
Voting results 5

 

Dil üzre qissa sözler

 دیل اوزره قیسا سؤزلر

Toplayan: Bey Hadi

PDF biçimində endir/Download

dilsiz elin daşı çox ; ürək kövrək dağı çox, öz dilini bilməsə ; doğma elin yadı çox .
dilsiz elin, sözü yox .
ölmüş atın , nalı sökülər ; dilsiz elin başı .
dilli elin ; özüdə var, üzüdə var, sözüdə var .
bir dil bilən bir öz dilin bilməyə, necə deyim insan.
anamın şirin dilinin fərhadiyəm.
baş ; dililə asılar .
başsız gələn mal batsın ; vaxsız diyən(dinən) dil batsın.
bir ağızdan çıkar ; min dilə yayılar .
danışdın dilivə ; yeməkdə əlivə yiyə ( yiyələn) .
dilənçiyə üz vermə , xəbərçiyə söz vermə .
dili doğru ; yolu doğru .
dilim var ; elim var .
dilimi türk görür ; dilimi tükə bağlır .
dilini gör ; elini gör .
el dediyin kimindir , dil dediyin elindi .
el gözünü dil açar
elin ağzı torba deyil ; büzəsən .
eldən qalan dil olar , seldən qalan iz olar . oddan qalan kül olar .
əli əyrinin ; dili düz olmaz .
əziziyəm dil açar; bərk toprağı bel açar, toprağ sənin dil başqa; körpə dilin kim açar .
əziziyəm dilim dilim ; kəs qarpızı dilim dilim ; əlçəkmərəm dilim dən ; kəssən dilim , dilim-dilim .
ağıl dili basar ; dildə gücü .
hançı eldən yok ; hançı dildən diyəllər !
hardan gəlirsən - bülbül qalasından ; niyə başın qanlıdır - dilim bəlasından .
heyvan ilişə ilişə ; insan diləşə diləşə
ipin uzunu dilin qıssası
qara(qəhbə) elin ; qara(qəhbə) dili var , dil yoxdusa elin kimi var ?
qatır , əlilə ayaqdan ; insan , dililə başdan bəlaya düşər .
qeyrətsizin dilin al ; dilin verdi gözün al .
qulağı açan dil olur ; dilsiz qulağ kar olur .
pıçaq yarar , iz qoyar ; dil yarası köz qoyar .
yıxılsan dizindən gör ; əzilsən dilindən gör.

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz