یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azerbaycan Türkcesinde Feil Şekilçilərinin Formalaşması Tarixi- Mirze Rehimov – Baki -1965 - Kiril

7956
0
1395/2/12
تعداد آرا 1
نتیجه آرا 5

Azerbaycan Türkcesinde Feil Şekilçilərinin Formalaşması Tarixi - Mirze Rehimov – Baki -1965 - Kiril

میرزا رحیم اوو – باکی -1965 - کیریل-آزربایجان تورکجه سینده فعل شکیلچی‌لری‌نین فورمالاشماسی تاریخی

 

Sözün tərkib hissələri
Sözün tərkib hissələri

Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir.
Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir, Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir.
Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s.
Qeyd: Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır: na, bi, ba, la, a, anti və s. Məsələn: namərd, narahət, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanistvə s. Bu şəkilçilərdən ilk dördü ərəb - fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.

Şəkilçilərin növləri
Şəkilçilər vəzifəsinə görə iki növə bölünür: leksik(sözdüzəldici) və qrammatik (sözdəyişdirici) şəkilçilər.
Söz köklərinə qoşularaq yeni mənalı sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır.Leksik şəkilçilər qoşulduğu söz köklərindən yeni mənalı sözlər düzəldir, yəni onun mənasını dəyişdirir. Məsələn: 
kənd -kənd + li, 
balıq - balıq+çı, 
üzüm - üzüm+lük və s.Ön şəkilçilər (na, bi, la, a, anti və s.) də leksik şəkilçilərdir.
Qrammatik şəkilçilər isə sözün yalnız formasını dəyisdirir. Bu şəkilçilər söz birləşmələrində və cümlələrdə sözlər arasında qrammatik əlaqə yaradır. Buna görə də həmin şəkilçilər qrammtik şəkilçilər adlanır. 
İsimlərdə cəm, hal, mənsubiyyət və xəbərlik şəkilçiləri,fellərdə isə zaman və şəxs şəkilçiləriqrammatik şəkilçilərdir. Məsələn: kitab+lar, qələm+in, şa+gird+dir, yaz+dı+q, yaz+dcaq+san və s.
Sözlərin yalnız formasını dəyişən və onlar arasında əlaqə yaradan şəkilçilər qrammatik şəkilçilər adlanır.
نویسندگان:
اتشارات:
baki
سال انتشار:
1965 (میلادی)
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi - cyrillic

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز