یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Doqquz Bitik-1-2-3-Azerbaycanda Qurulan Qedim Dövletler-Firidun Ağasıoğlu-Baki-2014

8620
1
1401/12/20
تعداد آرا 3
نتیجه آرا 6

Doqquz Bitik-1-2-3-Azerbaycanda Qurulan Qedim Dövletler-Firidun Ağasıoğlu-Baki-2014

Azərbaycanın tarixinə aid çoxlu kitablar yazılmış, burada yaranan dövlət-lərin tarixi, coğrafi sınırları, ölkənin mədəni və sosial durumu geniş təsvir olun-muşdur. Lakin bu ölkədə yaşayan, burada dövlətlər quran, minillər boyu etnik-mədəni dəyərləri nəsildən-nəsilə ötürən insanların tarixi kölgədə qaldığından, bugün sayı 50 milyonu aşan Azər türklərinin tarixi haqqında indiyəcən əlimizdə tutarlı bir əsər yoxdur. Halbuki, son illərdə bir neçə alimin bu yöndə apardığı tədqiqatlar öncə bəlli olmayan və ya bəlli olsa da, bilərəkdən əhəmiyət verilmə-yən çoxlu tarixi qaynaqlar, gərəkli bəlgələr ortaya çıxarmışdır. Bu ölkənin möh-təşəm tarixini yaradıb, onu günümüzəcən yaşadan Azər türklərinin tarixini bu-günkü nəsilə çatdırmaq amacı ilə qələmə aldığım bu kitabın ərsəyə gəlməsində 1975-dən başladığım araşdırmalarda damla-damla toplanan tarixi bəlgələrlə yanaşı, başqa alimlərin bu yöndə apardığı araşdırmalar da yararlı olmuşdur.

Elmdə yeni konsepsiyanın özü ilə yeni terminologiya gətirməsi doğaldır, çünki artıq çoxmənalı sözə çevrilmiş bəzi terminlər yeni anlam yükünü daşıya bilmir. Bu baxımdan, göz-qulaq alışanacan istəkli oxucunun dözümünə sığına-raq tayfa, qəbilə, xalq, dövlət sözləri ilə yanaşı uruq, boy, budun, ellik, el, həmçinin ilk səhifədən qulağımız alışmadığı bitik (kitab) kimi bir çox sözün dilimizə xeyir verəcəyinə inanaraq, onlardan istifadə etmişəm. Çünki yarandığı dövrün siyasi-sosial durumunu əks etdirən el (xalq-dövlət) sözündə olduğu kimi, bir sıra tarixi terminlərin türkcə olan leksik mənasında da tarix üçün gərəkli informasiyalar yatır, hər elin gerçək tarixi onun öz dilində daha aydın görünür.

Kitabın çapa hazırlanmasında mənim üçün ən yorucu iş buradakı şəkil,..

نویسندگان:
سال انتشار:
2014 (میلادی)
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز