یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Sheki Xanlığıi-Mahmud Ismayıl-Maya Bağırova-Baki-1997-36s

2816
0
1396/7/8
تعداد آرا 1
نتیجه آرا 5

Sheki Xanlığıi-Mahmud Ismayıl-Maya Bağırova-Baki-1997-36s

 

Şəki xanlığı XVIII əsrin 40-cı illərinin sonlarına yaxın güclü siyasi qüvvəyə çevrilmişdir[3]. Nəticədə Qəbələ və Ərəş sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi.

 

Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin məhsuldar qüvvələrinin vəziyyətinə dağıdıcı təsir göstərirdi.Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyət oğlu Ağakişi bəyə, onun öldürülməsindən 30-40 gün sonra isə Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli zəifləmişdi.

 

1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Bir neçə ildən sonra Şəki xanlarının qohumları arasında baş verən çəkişmələr ona gətirib çıxardı ki, 1780[4]-cı ildə Hüseyn ölümündən sonra hakimiyyət Əbdülqadirə, 1783-ci ildə Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi. Səlim xan iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuşdu. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, 1806-cı ilin yayında bacısının - Qarabağ xanı İbrahimxəlil xanın arvadının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi.

 

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq idi. İqtisadiyyatda ipəkçilik mühüm yer tuturdu. Demək olar ki, hər bir həyətdə tut ağacları vardı. Kəndlərin əhalisi ipək salımaqla məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, İtaliya, Türkiyə və İrana ixrac edilirdi.

 

Kənd təsərrüfatı ilə bərabər sənətkarlıq və ticarət də inkişaf etmişdi. Şəki xanlığında ipək parçalar, mis qablar, silah, kənd təsərrüfatı alətləri, məişət əşyaları və s. hazırlanırdı. Müxtəlif sex təşkilatlarında – əsnaflarda dəmirçilər, misgərlər, toxucular, dulusçular, boyaqçılar, dabbağlar, bənnalar, dülgərlər, pinəçilər, sabunbişirənlər, dərzilər, zərgərlər, silahsazlar və b. birləşirdi. Sənətkarlıq istehsalı bəzi kəndlərdə çox inkişaf etmişdi. Bütün sənətkarlıq məhsullarına vergilər qoyulurdu. Şəhər əhalisi isə əsasən ticarətlə məşğul olurdu.

 

Şəki xanlığı qonşu Azərbaycan xanlıqları, Gürcüstan, Dağıstan, İran və digər dövlətlərlə geniş ticarət aparırdı. Bu dövrdə Rusiya ilə ticarət durmadan artırdı. Şəki xanlığı Rusiya ilə iki yolla – Dərbənd vasitəsilə quru yolla və Bakı vasitəsilə Xəzər dənizi ilə ticarət əlaqələri saxlayırdı. Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük əngəl törədirdi. Xanlığa gətirilən və oradan aparılan bütün mallardan gömrük toplanırdı. Məhəmməd Həsən xanın dövründə xanlıqda vergilərin toplanmasını hüquqi cəhətdən möhkəmləndirən və hakim sinfın mənafelərini təmin edən "Dəsrur ül-amal" (azərb. "Qanunlar məcmuəsi") hazırlanmışdı. İltizam sistemi, pul, ölçü və çəki vahidlərinin müxtəlifliyi, gömrük maneələri, həmçinin natural təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığının inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artımını ləngidirdi.

QAYNAQ

نویسندگان:
سال انتشار:
1997 (میلادی)
صفحات:
36
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز