یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Qərb Bölgeəinin Mənəvi Mədəniyyetindən - Məhəmməd Allahmanlı

3183
0
1393/10/4
تعداد آرا 1
نتیجه آرا 5

Özümü tanıyandan, ağlım kəsəndən, duyğularıma, düşüncələrimə, təfəkkürümə sahiblik edən¬dən bəri daim təsəvvürlərimdə idbar sifotli, əli qılınclı, pəzəvəng kimi canlandırdığım Olüm adlı qaniçən kabusa lənətlər yağdırmışam, «çox analar saç yolubdur əlindən, əlac ola, asam səni dilindon!» - demişəm. Yaxınlarımı, əzizlərimi - ata nənəm 105 yaşlı Sənəm qarını, atamı, anamı, əlli yaşını yenicə tamamlamış böyük qardaşım Mahalı, əmim Əşrəfi, heç əlli yaşına çatmamış qaynım Xaliqi əlimdən alıb özü ilə qol-boyun aparanda göz yaşlarımı içimə axıdıb qovrulmuşam, Ölüm kabusunu qarğımışam, talan olub parçalanmış ürəyimi boşaltmağa çalışmışam ...

Bu sinəmə çəkdiyi çalın-çarpaz dağları hələ az bilmiş kimi, qardaşım qədər xətrini əziz bildiyim etnoqraf-alim, Azərbaycan etnoqrafiyası elmində öz dəst-xətti, yazı və da¬nışıq manerası olan, ensiklopedik biliyinə çoxlarının həsəd apardığı Qara oğlu Məhəmmədi (Məhəmməd Allahmanlını) da mənə çox gördü, arzularının, əməllərinin yenicə ayaq tu¬tub yeridiyi bir yaş dövründə - qırx yeddi yaşında dünyasını dəyişdirdi, məni qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mehriban kollektivini, «Tarixi etnoqrafiya» şö¬bəsinin bütün əməkdaşlarını, bütövlükdə onu tanıyan elmi ictimaiyyəti hədsiz kədərləndirdi.

Hüznlü, pərişan payızın «sarılığa tutulduğu», qışın so¬yuq nəfəsini artıq yanaqlarımızda hiss etdiyimiz dekabrın ilk ongünlüyündə Məhəmmədin vəfatının qırx günü tamam olacaq. Bu günlərdə dəfələrlə özümü tarazlamağa, alim¬etnoqraf qardaşım haqqında düşündüklərimi vərəqlərə köçürməyə cəhd etsəm də, xeyri olmayıb: elə bil ki, bütün varlığım payızın rənginə bürünüb, beynimin içi gün vurub yel döymüş payız kövşəni kimi saralıb, yazı masama..

نویسندگان:
اتشارات:
Nurlan
سال انتشار:
2011 (میلادی)
صفحات:
196
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز