یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan tarixi – 7 cild

11092
0
2015/1/8
سس لرین سایی 2
سس وئرمه نین سونوجو 4

Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər.

Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir.

Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu abidələrin tükənməz "arxivi"ni - əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmçinin başqa şeylər saxlayır.

Ona görə də ayrı-ayrı elmlərin qovuşuğunda dayanan arxeologiyanın əhəmiyyəti son dərəcə böyükdür. Müxtəlif elmlərin nümayəndələri, ilk növbədə, arxeoloq, tarixçi və filoloq, fizik və kimyaçı, etnoqraf və antropoloq, geoloq və paleontoloq, botanik, zooloq və başqaları öz biliklərini "arxeologiya mehrabı"na gətirirlər.

Axtarış zamanı aşkara çıxarılan arxeoloji abidələr qədim dövrlərdən başlamış son orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı şəkildə və daha dərindən işıqlandırmaq imkanı verir. Şübhə yoxdur ki, azərbaycanşünaslığın bir çox mühüm problemlərinin həlli birbaş arxeoloji axtarışlarla bağlıdır.

Arxeologiya təkcə öyrənilən ölkənin ilk sakinlərinin maddi və mənəvi mədəniyyət səviyyəsi haqqında mühakimə yürütməyə deyil, həm də məhsuldar qüvvələr tarixi, sinfi cəmiyyətin yaranması və inkişafı, miqrasiya, etnogenez və bir çox başqa problemlərlə bağlı olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll olunmasına imkan verir.

Arxeologiya diyar tarixinin məkan üfüqlərini, onun çərçivələrini genişləndirmiş, bizim nəsil şəcərəmizin minilliklərin dərinliklərinə gedən köklərini izləməyə imkan vermişdir.

Lakin təkcə arxeologiyanın köməyi ilə sosioloji nəticələr çıxarmaq, yazılı qaynaqlar olmayan dövrlərin, o cümlədən ibtidai icma cəmiyyətinin, necə deyərlər, canlı tarixini vermək, xüsusən də ibtidai icma dövründə sosial münasibətlərin, insanın mənəvi aləminin mənzərəsinin yaratmaq və s. qeyri-mümkündür. Maddi abidələri "canlandırmaq", onları izah etmək üçün əlavə məlumatlar, ilk növbədə, primatoloji müşahidələr, paleoantropoloji tədqiqatlar və əlbəttə ki, etnoqrafik materialların cəlb olunması zəruridir.

Arxeoloji materiallar, şübhəsiz ki, etnoqrafik şərh tələb edir, əks halda

bölgənin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzərəsini bərpa etmək çətindir…

یایین لایان:
Elm
یایین ایلی:
2007 (میلادی)
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز