Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Mirəli Seyidov - Böri-Qurd Baki - 2006
Mirəli Seyidov
Böri-Qurd
Baki - 2006
----------
ƏSKİ TÜRKLƏRİN SİMVOLU
Namiq Hacıheydərli
Əski türkcədə Aşina, Börteçine, Çine, Azərbaycan türkcəsində Qurd, Boz qurd, Anadolu türkcəsində Gök börü, Gök kurt, Gök yele, Yalınsak (Yalquzaq anlamında) Qırğız türkcəsində Coo börüsü, Qazax türkcəsində Kaskır, Kök çal, Tıva türkcəsində Kuu pörü, Özbək türkcəsində Kök yal və digər adların daşıyıcısı Boz qurd.
Əski türk və bozqurd xarakteri
Bozqurdlar da türklər kimi təşkilat halında yaşayar.
Bozqurd ailəsində ata ailənin başçısıdır.
Türk soylarında olduğu kimi boz qurd sürülərinin də tabe olduqları lideri var.
Bozqurd erkəyinin ömürlük bir dişi yoldaşı, dişisinin də yalnız bir erkəyi olur. Onlar bir-birini qısqanarlar.
Dişisi ölən erkək boz qurd bir daha heç vaxt başqa dişi qurdla yaxınlıq etməz və Yalquzaq olar. Dişi boz qurd da eləcə. Yalquzaq olan qurd çox təhlükəli olur. Artıq onlar hər şeyini və yaşam anlamını itirmiş kimi davranır, qurd törələrinə belə məhəl qoymur, çox bədbin və qəzəbli olur.
Qar üzərində hərəkət edən boz qurd sürüsü ayağını öndə gedən liderin izi üzərinə qoyaraq gedər. Onlarla boz qurdun getdiyi yerdə sanki üç-dörd boz qurd keçibmiş kimi ayaq izi qalar.
Anasını, atasını, yaxud bunların hər ikisini itirən körpə boz qurd ac qalmaq, ölmək təhlükəsi ilə üzləşmir. Bu zaman boz qurd ailəsi ona ata-anasının yoxluğunu unutdurur, yetim qalan balanı digər boz qurdlar «övladlığa götürür».
Qurd əhliləşməyən, azadlığını əldən verməyən yeganə heyvandır. Əyər o, ayağından tələyə düşərsə, azadlığının əlindən alınmasına nədən olan tələdəki ayağından «imtina edər», dişləri ilə ayağını üzər və qalan üç ayağı ilə qaçıb qurtular.
Qurd qeyri-yetkinliyə, zəiflik və xəstəlik mənbəyinə qarşı amansızdır. Onlar təbiətin ən sağlam heyvanlarıdır. Dünyaya gələn körpələrindən hansısa xəstə olarsa onu dərhal parçalayar, digər balalarına yedirər.
Qurdlar sürü şəklində hərəkət edər. Ov edərkən, təbiətdəki digər canlılardan qorunarkən həyatda qalmağın ən başlıca yolunun birliyin qorunub saxlanmasında olduğunun fərqindədirlər..
Qurdlar heç bir halda qorxu hissi keçirmir. Rəqibinə hücum edərkən ilk olaraq onun gözlərinə baxır, bununla rəqibinin gücünü və qorxub-qorxmadığını müəyyən edir.
Qurd üçün soy və qan təmizliyi çox önəmlidir, yurduna, ailəsinə və soyundan olanlara çox bağlıdır. Ailəsinə və yurduna təcavüz olarkən qurdun qəzəbi qarşısında heç bir canlı duruş gətirə bilmir. Hətta, intiqam hissi ilə irəliləyən qurddan aslanlar belə ehtiyat edir, yoldan çəkilir.
Qurdlar sürü şəklində ova gedərkən və ya ovdan qayıdarkən sürünün geridə qalan xəstə üzvü olarsa lider qurd tərəfindən parçalanıb öldürülür ki, digər canlıların əsiri olmasın.
Bütün heyvanlar təhlükə anında bir addım geri çəkilir, qurd isə bir addım irəli atılır.
Qurd düşməninə gözlənilmədən və arxadan saldırmaz. Üzbəüz, gözbəgöz dayanar, saldıracağını öncədən bəlli edər.
Əyər boz qurd ona saldıran çox sayda yırtıcının əhatəsində çıxılmaz durumda qalarsa, əsir olmamaq üçün sinəsini parçalayıb özünü öldürər.
Qurdun ən təhlükəli halı yaralandığı haldır. Ovçu və ya rəqib canlı tərəfindən yaralanan qurd əsla qaçmaz, əksinə qəzəb və qətiyyətlə onu yaralayana saldırar.
İkinci ərəb xəlifəsi Ömərin boz qurd simgəli türklər haqqında dediyi məşhur sözü var: «Türkü yaraladınsa mütləq onun işini bitir. Əks halda o, geri qayıdacaq. O zaman sizə aman olmayacaq. Türklər geri çəkilməyi, uduzmağı qəbul etmirlər».
Əski türk dastan, əfsanə və yazılarında qurd.........................
Mirəli Seyidov - Böri-Qurd Baki - 2006 | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 6.54 MB | File Type : Pdf | دیده شده : 488 | Damage report |