Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Böyük Insan, Qüdrətli Alim Ustad Mirhidayət Hisarinin Nurlu Xatirəsini Ehtiramla Yad Edirik - 1929 – 2012 - Mirmusa Haşimi - 18s

3335
0
2016/4/16
Oy Sayısı 1
Oy Sonucu 5

Böyük Insan, Qüdrətli Alim Ustad Mirhidayət Hisarinin Nurlu Xatirəsini 

Ehtiramla Yad Edirik

1929 – 2012

Mirmusa Haşimi

18s

--------------

Yekanat Bölgəsi Azərbaycan Folklorundan-1-2- Mir Hidayət Hisari - Ebced - 1379 - 688s

 
 

------------------

Gulnarə:

Əziz qonaqlarimiz, əvvəlcə haminizin axşami xeyir olsun və bu gunku bu əlamətdar tədbirə XOŞ GƏLMISINIZ deyirik!

 

MirSadiq:

Hormətli qonaqlarimiz, sizi hamimiz ucun boyuk əhəmiyyəti olan belə bir gecədə aramizda gorməyə çox sevinirik və bir daha haminiza XOŞ GƏLIB SƏFALAR GƏTIRMISINIZ deyirik!)

G:

Bu gun hamiliqla buraya çox gozəl bir səbəb uçun yiğişmişiq: Guneydəki Azərbaycan ədəbiyyatinin gorkəmli simalarindan, dəyərli yaziçi, şair, araşdirmaci, jurnalist, folklorşunas ustad Mirhidayət Hesarinin anadan olmasinin 75 illik yubileyini qeyd etmək ucun! Ona gorə də  ilk əvvəl uzumuzu hormətli ustada tutub deyirik: Əziz ,sayğidəyər Mirhedayət Hesari bey, sizi 75 illik yubilyiniz munasibəti ilə səmimi qəlbdən təbrik edirik, sizə uzun ömur, can sağliqi, konul xoşluğu  və işlərinizdə, fəaliyyətizdə muvəffəqiyjətlər arzu edirik! (burda Sadiq sən də uzunu tutub ”təbrik edirik, ustad” deyərsən)

 

M.S:

Bu gozəl qələm sahibimizi, sizlərə tanitmağa heç ehtiyac yoxdur. Mirhidayət Hesari illərdir xalqina, dilimizə xidmət etmiş boyuk bir ədibdir. Onun yazib –yaratdiği əsərlər, kitablar, elmi araşdirmalari xalqimiz tərəfindən sevilərək oxunur, oxucular tərəfindən yaradiciliği təqib olunur.

Istərdik ki, ustadi ”məşəqqətli” həyat və fəaliyyətinə qisaca bir nəzər salaq: Mirhidayət Mirhəbib oğlü Hesari 1929-cu ildə Araz kənarında Culfa şəhərində dünyaya göz açmışdir. 14 yaşında atasını itirən Mirhidayət imkansiz bir ailədə böyumuş və təhsil almaq uçun hələ kiçik yaşlarinda ailəsindən uzaq duşmuşdur.

 

G:

Hələ uşaqliqdan bu dunyanin ağirisini-acisini gormuş dəyərli yaziçimiz qarşisina bir amal qoymuşudu:oxumaq, məariflənmək, savadlanmaq. Bir çox açilmayan qapilarin məhz elmin, zəkanin açdiğini dərk edən gənc Mirhedayət məktəb illərində çox başarili olmuşdur. Sonra 2 ali  təhsil: bir lisans və bir mühəndislik mədrəki (Təbiyi və Riyazi) almiş və sonradan fəxri doktorluq adini da qazanmişdir. ...illərdə Mirhidayət Hesari  Iranin hərbi sistemində çalişmiş, sərhənglik dərəcəsinə qədər yuksəlmiş və 11 il ali hərbi məktəbin rabitə fakultəsində (ye’ni “müxabirat danişkədəsində”) ustadlıq vəzifəsində çalişmişdir.

 

M.S:

Sayqidəyər ziyalimiz  bütün bu illərdə öz peşəsiylə bərabər ədəbi yaradıcılığini da davam etdirmişdir. Qələm, söz hər zaman ustadimizin kəsərli silahi olmuşdur ” Deyirlər söz qilincdan itidir” Bəli, çoxlarinin deyə bimədiyini, edə bilmədiyini Mirhidayət Hesari öz yazilari ilə, məqalələri ilə, şe’rləri ilə çox yerində və tutarli şəkildə deyə bilmişdir. Ustadin indiyədək 2250 türkcə və farsca məqalələri İran mətbuatında,  bə’zi əsərləri Türkiyə, Azərbaycan Cümhüriyyətində və Avropada çap olunmuşdur,  8 kitabı müstəqil və 22 kitabı mətbuatda ardıcıl şəkildə basılıb, yayılmışdir və hal hazirda 30-dan artıq təlifatı işiq üzü görmək üzrədir.

 

G:

Hörmətli Mirhidayət Hesarinin ədəbi yaradiciliğindan bəs edərkən onun jurnalistlik, köşə yazari, ədiblik, redaktorluq fəaliyyətini xüsüsilə qeyd etmək lazimdir. hörmetli ədibimiz uzun illər “Nedaye Qaz” jurnalının baş redaktoru vəzifəsində çalişmişdir, “Ürəkdən ürəyə yol” qəzetinin və “Yol dərgisinin” təməl daşını qoyanlardan biri olmuşdur. Hal hazirda  “Varliğin səsi” dərgisi ilə samballi yazilariilə əməkdaşliq etməkdədir. Bizim üçün, “Varliğin səsi “ dərgisinin çalişanlari üçün  belə bir dəyərli qələm sahibi ilə bir redaksiyada işləmək çox böyuk bir fəxrdir. Boyuk bir amali, oxumaq, savadlanmaq, məariflənmək amalini qarşisina qoyaraq ta bugünlərə gəlib çatan böyuk ədibimiz bu gündə bu ideyasini davam etdirərək indi də bizləri “oxudur, məarifləndirir və savadlandirir”.

 

M.S.

Ey ana torpağım! Ey Azərbaycan!

Qoy artsın gün bə gün şövkətin sənin.

Aslanlar becərən igitlər doğan,

Yayılsın aləmə şöhrətin sənin

 

Vətəninə, elinə, dilinə vurğun olan sevimli yaziçimiz Mirhidayət Hesaridir bu sözlərin muəllifi. Ədibin əsərlərində  bu vətən eşqinin, elə-obasina bağliliği, millətinə, onun dilinə,adət-ənənələrnə olan tukənməz sevgini açiq-aşkar görmək olur. Biz hər zaman qədrbilən xalq olmuşuq, zəhmətə, əməyə qiymət verməyi başarmişiq. Xalqi  üçün illərdir xidmət edən, ana dilimizin yaşamasi yolunda , inkişaf etməsi yolunda  qələmiilə külüng vuran hörmətli yaziçimiz Mirhedayət Hesarinin zəhmətinə  çox böyuk dəyər veririk. Bu gün elə bizi buraya toplayan da ustadimiza olan böyuk sevgi və sayğidir.

 

G:

Bəli ,bu gün buraya çox əvəzsiz bir ustad, çox gözəl bir insan olan  Mirhidayət Hesarinin 75 illik yubileyini kutlamağa yiğişmişiq. Ustad bir daha sizi təbrik edirik, hər  zaman sizin kimi deyerli insanlardan ağsaqqal sözu eşitməyə ehtiyacimiz var, hər zaman belə zirvələrdə olmaği sizə arzu edirik! Və beləliklə yubiley mərasimimizi açiq elan edirik!!!

Yazarlar:
Yayın Yılı:
2013 (Miladi)
Sayfalar:
18
Dosya Türü:
PDF Document
İçerik Dili:
تورکجه

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz