Bağış

2017 yılının masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için h.beyhadi@gmail.com ile irtibata geçin.

:توروزا یاردیم ائدین

 

پرداخت آنلاین

  تومان  

بانک شماره کارت شماره حساب به نام
بانک سامان 6219-8610-2490-3436 9605-888-2316100-1 محمد حسن هادی طلب
- لطفا در صورت امکان بعد از پرداخت یا واریز، با پیام از طریق نظرات صفحه یاردیم، تماس با ما و یا ایمیل info{at}turuz.com (ارسال نام و نام خانوادگی) ما را از پرداخت خود مطلع سازید.

Bağışlarınızı bu E-postaya bildirin: h.beyhadi@gmail.com

 

2017 Yılının Yardımları

 

Cami Cem-Marağalı Ovhedi-Evhedi-Çev-Qulamhüsen Beydilli-Xelil Yusifi-Baki-latin-2004-228s

252
0
2017/1/1
Oy Sayısı 1
Oy Sonucu 5

Cami Cem-Marağalı Ovhedi-Evhedi-Çev-Qulamhüsen Beydilli-Xelil Yusifi-Baki-latin-2004-228s

Awhadi's Tomb.jpg

Əvhədi Marağayi (Rüknəddin) — Azərbaycan filosofu, şair.[1]
Həyatı[redaktə | əsas redaktə]
Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274 -cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir.

Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir.

Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s.

Orta Əsrlər müsəlman Şərqinin görkəmli Əvhədi Marağayi mütəfəkkiri Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru "Cəmşid piyaləsi") müəllifidir.

Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir.

Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz. İkincisi, kecmişdə bir çox şairlər iki, yaxud üç dildə yazmışlar. Ücüncüsü, azəri şairlərinin əsərlərinin fars və ərəb dilində yazması dövrün tələbilə olmuşdur, bə`zən isə əsər sifarişlə yazılmışsa, sifarişçinin(əsasən hökmdarların) istəyi ilə. Coxlarının isə Türkcə divanları ogurlanmış, məhv edilmiş və ola bilsin ki, haradasa gizlədilmişdir. Bəzi bizə məlum olmayan səbəblər ola bilsin ki, gələcəkdə məlum olsun. Əsas məsələ dahilərimizin əsərlərindəki fikirlərdir. Mövlana Əvhədinin bizə məlum olan əsərləri: tərcibənd, gəzəl, rübai, qitə və qəsidələrdən ibarət (ən azı 15000 beytlik) divan, Məlikül Hükəma Xacə Nəsir-əd-din Tusinin nəvəsi Xacə Ziyad-əd-din Yusif ibn Xacə Əsilinin(Əsil-əd-din) xahişi ilə yazdığı, 525 beytdən ibarət aşiqanə bir poema "Dəhnamə" ("Məntiqül-üşşaq"), 1333-34cü ildə 60 yaşında 1 ilə yazdığı şah əsəri "Cami-Cəm" didaktik-fəlsəfi məsnəvisi (9142 misra, Azərbaycan hökmdarı Xacə Qiyas-əd-din Məhəmməd ibn Rəşidə ithaf olunmuşdur), şer divani 10000 beyt.

"Gami-Gam" məsnəvisi həyatın mənası və insanın özünü dərk etməsi, Rəbbimizin eşqinə çatması üçün ən kamil əsərdir və dünyada tayı-bərabəri yoxdur. "Gami-Gam"-in 1970-ci il nəşrinin ön sözünda görkəmli alimimiz M.Sultanov yazır: "Yeri gəldikcə Azərbaycan sözləri və məsəlləri ilə bəzənən bu əsərin şair tərəfindən "Cami-Cəm" adlandırılması təsadüfi deyildir. "Cami-Cəm" əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks edən camına işarədir. Şair demək istəmişdir ki, onun bu əsərində Cəmişidin camında olduğu kimi, hər məsələyə cavab tapmaq olar. Əvhədi özü əsərinin "Cami-Cəm" adlanmasını belə izah edir.

Adını "Cəmşidin camı" qoydum mən,
Varlığın əksini onda görərsən.
Hər kəs istəyirsə dünyanı görmək,
Könlü istəyəni burda görəcək.

....Təsadüfi deyildir ki, bu əsər, istər şairin öz vaxtında, istər sonrakı dövrlərdə geniş yayılmış, Şərq xalqları tərəfindən sevilə-sevilə oxunmuş və bir çox klassik şairlərin yaradıcılığına öz tə`sirini göstərmişdir." Mövlana Əvhədi "Cami-Cəm"in "BU KİTABIN MƏZMUNU HAQQINDA" bölməsində öz əsəri haqqında belə deyir:

Bu kitab övliya kitabıdır, bax!
Yaramaz şöhrətçin onu aparmaq.
Bu əlvan naxışlı kitabda olar.
Cənnət, cəhənnəmin yolu aşikar,
İlk günün, hazırın, son günün sözü,
Bir neçə beytilə yazıldı, düzü.
Yaxşının sifəti, yamanın üzü,
Oğrunun hiyləsi, tacirin sözü,
Bir söz artırmadan yazıldı bir–bir,
Tutulmaq bilməyən bir ay kimidir.
Xəyalın məhsulu deyil o, heyhat.
Onu gətirmişdir dünyaya həyat.
Nəfs üçün çox xeyir verər bu əsər,
Onu kim oxusa məqsədə yetər.
Adını "Cəmşidin camı" qoydum mən,
Varlığın əksini onda görərsən.
Əgər kim istəsə dünyanı görmək,
Könlü istəyəni burda görəcək.
Ordan bilərsən ki, o şah hardadır.
Mənzili, məkanı nə diyardadır.
Şahın düşmənləri sınırlar nədən?
Sərxoş niyə yatır, onu bilərsən.
Bu evə, qapıya kim tapdı açar?
Bu evdə olanı kim gördü aşkar?
Addan adlanana nə qədər yoldur?
Tilsimdən xəznəyə nə qədər olur?
Mütləqi nisbidən ayırd edərsən,
Dönüb əyri yoldan düzlə gedərsən.
Səni azdırmaqçün div tapmaz macal,
Həm atmaz quyuya paltarını hal.
Gizli hiylələrdən olarsan uzaq,
Olmazsan hənəfi qövmündən iraq.
Adamlıq nədədir o, deyər, inan,
Nədir, nə deməkdir insanlıq, insan.
Oyuncaq eləməz səni hər alçaq.
Kimsə deməz sənə azqın və axmaq.
Malın oğrulardan amanda olar,
Elm edər könlündən şübhəni kənar.
Açar gözlərini fikir qartalın,
Yer, göyü titrədər fikrin, xəyalın,
Sağına–soluna keçməz hər axmaq.
Sən yaxşı bilərsən yerini ancaq.
Sənin ibrət gözün açılar, bişək,
Başqa naxışları rədd edər ürək.
Sən əldə edərsən belə bir zəfər,
Onda Əvhədi da savaba yetər.
Görsən ki, yaramır məni əfv elə,
Allahdan xacəyə xoşbəxtlik dilə.

Mövlana Əvhədi 1338-ci ildə martın 8-də 65 yaşında dogma şəhəri Marağada dünyasını dəyişmişdir. Dahi şairin məqbərəsi(Cənubi Azərbaycannin Marağa şəhərində) haı-hazırda "Pir Əvhəd-əd-din" adı ilə çox məşhur ziyarətgahdır. Onun məqbərəsini ziyarət etmək hamiya nəsib olmayan böyük xoşbəxtlikdir:

Bir rəngdə olsa da nurla can əgər,
Yenə bədənlə də yaxınlıq edər.
O şey ki, xalq onu ziyarət sayır,
O, bu nura doğru hey addımlayır.
Camaat bu nurdan görməsə əsər,
Sümüyün adını haradan çəkər!?
Candan ayrılsa da təmiz bir bədən,
Gen deyil allahın mərhəmətindən.
.......
Niyazla, yəqinlə əgər bir bədən
İllərlə din üçün çalışsa qəlbən,
O, olar ağılın bəndə fərmanı,
Düz çıxar ürəklə, canla peymanı.
Əgər o, gözlərdən olsa da pünhan,
Torpağı dünyaya qiblədir hər an.
Ruhu bilicidir, hazırdır müdam,
Hər kəsi kamına yetirər tamam.
Ölülər haqqında belə deyirsən,
Bəs niyə dirini heç gəzməyirsən,
İş gör rəhbər tutub arif sözünü,
İqrar et vasilin hər mö`cüzünü.
(Gami-Gam, QƏBRİLƏRİ ZİYARƏT ETMƏYİN MƏ`NASI)

Mövlana Əvhədinin baş daşı üzərində yazılmışdır: "Bu qəbir böyük ağa, məşur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyin İsfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhəd-əd-dinindir. Yeddi yüz otuz səkkizinci (738) ildə şəban ayının 15-də (08.03.1338 miladi) vəfat etmişdir."

Şairin həyat və yaradıcılığını ən geniş tədqiq edən istedadlı alimimiz Qulamhyseyn Beqdeli "Əvhədinin həyat və yaradıcılığı" kitabıni yazmışdır.(Baki-1962). Bu məqalə yazılarkən əsasən o kitabdan istifadə olunmuşdur. Görkəmli alimlərimiz Qulamhyseyn Beqdeli və Xəlil Həmid oğlu Əvhədinin "Gami-Gam" əsərini farscadan azəri turkcəsinə tərcümə etmişıər ki, bununla xalqımıza misilsiz xidmət göstərmişlər. Bu tərcümə 1970-ci ildə Azərbaycan Dövlət nəşriyatında 20000 tirajla kiril əlifbası ilə nəşr olunmuşdur. Sovet dovründa giddi senzura və ateizim şəraitində bu kitabin tərcüməsi va capı böyük qəhramanlıq kimi giymətləndirilməlidir.

8 mart 1338-ci ildə vəfat edib.

QAYNAQ

 

 

Yayın Yılı:
2004 (Miladi)
Sayfalar:
228
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi (h.beyhadi@gmail.com)
Təbriz