Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Həmid Nıtqı Seçilmiş Əsərləri - Sabir Nəbioğlu

3770
0
2015/1/9
Oy Sayısı 1
Oy Sonucu 5

Sirlər, müəmmalar, qəribəliklərlə dolu olan dünyamızda bir məna axtarmaq heç də ayaqları gerçək aləmdən üzülən bir xəyalpərvərlik ol-mazdı. Həmid Nitqi ömür yolu barədə söhbət açdığı müsahibələrin birində demişdir:

- Şeyx Məhəmməd Xiyabani gözlərini həyata yumduğu gün mən dünyaya göz açdım.

Bu inqilab bahadınnın - Xiyabaninin, kimliyi barədə bizim bu müqəddiməmizdə söz açmağa yəqin ki, ehtiyac yoxdur. Fəqət, onun özündən sonrakı nəslə, xüsusilə dünyadan köçdüyü gün həyata yaşa¬maq vəsiqəsi alanlara mötəbər bir vəsiyyət kimi səslənən fıkrini burada yada salmağa gərəkli zərurət duyuruq. o demişdir:

- Kişinin ayaqları altında azad Vətən torpağı olmalı, başının üstün¬də ölkəsinin istiqlaliyyət bayrağı dalğalanmalıdır.

Mir Həmid Nitqi 1 no-ci ildə Güney Azərbaycanda bir sıra mötəbər söz elçilərinin işıqlı aləmə göz açdıqları Təbrizin məşhur Surxab məhəllə sində dünyaya gəlmişdir. o, elm və bilik aləmində ilk addımlarını o zaman molla mədrəsəsi səviyyəsində bilik verən məhəllə məktəbində atmışdır.

Lakin o, səmimi ünsiyyət tapdığı bu bilik ocağı ilə çox tez vidalaşdı. Məktəbdə artıq "Balaca alim" adı qazanmış Həmid ailəsi ilə Astara şəhərinə köçdü.

Ailəsi yenidən Təbrizə qayıdarkən Həmidin özü ilə gətirdiyi ən qiymətli sərvət məhz Astara mühitində onun uşaqlıq aləminə həkk olunan unudulmaz xatirələri oldu.

Həmid təhsilini Təbrizdə məşhur Firdovsi adına məktəbdə davam etdirdi. Dövrünün tanınmış şairlərindən olan Həbib Sahirin həmin mək-təbdə müəllimlik etməsini şair həmişə taleyinin ona bəxş etdiyi qiymətli bir hədiyyə kimi qiymətləndirirdi. Həbib müəllim onu həm coğrafıya elminin rəngarəng aləminə səfərə çıxardır, həm də poeziyanın sirlər dünyasına aparan yollarına nur çiləyirdi.

Gənc Həmid 1936-cı ildə Tehrana getdikdən sonra "İqdam", "İttilaat", "Mərdane kar", "Dəmavənd", "Xavəri-no", "Qanun" və digər qəzet¬lərdə maraqlı yazılarla çıxış edir

Yazarlar:
Tercümanlar:
Yayın:
Avrasiya Press
Yayın Yılı:
2005 (Miladi)
Sayfalar:
153
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz