Azərbaycan Təzkirəçilik Tarixi Vüsalə Musali

3288
0
2014/12/14
Oy Sayısı 1
Oy Sonucu 5

Şair təzkirələri ədəbiyyat tarixinin çox dəyərli və əvəzsiz qaynaqlarındandır. Akademik B.Nəbiyev uzaq keçmişimizə dair poetik irsin toplanıb tədqiq edilməsində, ədəbi fakt və hadisələrin tarixlərinin dürüstləşdirilməsində, filoloji tədqiqatların aparılmasında, nəhayət, ədəbiyyat tarixlərinin və ayrı-ayrı poetik simalara həsr olunmuş monoqrafiyaların yazılmasında ilk məxəz kimi təzkirələrin çox böyük əhəmiyyəti olduğunu önəmlə vurğulayır1.

Sözün həqiqi mənasında, əgər təzkirələr qələmə alınmasaydı, bu gün bir çox şairin adı ədəbiyyat tarixindən silinəcəkdi. Məsələn, Sam mirzənin “Töhfeyi-Sami” və Sadiq bəy Əfşarın “Məcməülxəvas” təzkirələri Səfəvi dövrü Azərbaycan ədəbiyyatı tarixinin önəmli mənbələrindəndir. Əhdi Bağdadinin “Gülşəni-şüəra”sı isə Bağdadda yaşayıb-yaratmış azərbaycanlıların, eləcə də Osmanlı ölkəsinə mühacirət etmiş şairlərimizin həyat və yaradıcılığını öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Yalnız azərbaycanlı təzkirəçilərin deyil, həm də Orta Asiya və Osmanlı müəlliflərinin qələmə aldığı təzkirələr Azərbaycan ədəbiyyatı tarixinin mühüm mənbələrindən hesab oluna bilər. Osmanlı təzkirələri üzərində apardığımız araşdırmalar bunu bir daha təsdiq edir. Belə ki, tədqiqatlar nəticəsində məlum olmuşdur ki, XVI-XX əsrlərdə qələmə alınmış Osmanlı təzkirələrində təxminən 60 nəfərə yaxın …

Yazarlar:
Yayın:
Elm vəTəhsil
Yayın Yılı:
2012 (Miladi)
Sayfalar:
377
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi (h.beyhadi@gmail.com)
Təbriz