Damqalar Rəmzlər Mənimsəmələr - Araz Qurbanov

5701
0
2016/11/14
Oy Sayısı 2
Oy Sonucu 7

Əlinizdəki bu kitab çox ağır, çətin və mürəkkəb bir mövzuya – damğalara həsr olunmuşdur. Petroqlif, piktoqram, rəmz, heraldika, nəhayət, yazı kimi damğa da bəşər mədəniyyəti tarixində çox mühüm yer tutur. Təəssüf ki, türk, eləcə də Azərbaycan damğaları sistemli şəkildə araşdırılmamış, elmi dövriyyəyə yetərincə daxil edilməmiş, bizlərə məxsus olan bir çox tarixi dəyər kimi yağmalanmış, başqa mədəniyyətlərə və millətlərə peşkəş edilmişdir. Bu mənada Araz Qurbanovun oxuculara təqdim olunan «Damğalar, rəmzlər...mənimsəmələr» adlı kitabı son dərəcə aktual və dəyərli tədqiqatdır.  Damğalar xüsusi mülkiyyətin meydana çıxması ilə yaşıd olsa da, bəzi ehtimallara əsasən, daha çox atın türk etnosu tərəfindən əhliləşdirilməsi ilə bağlıdır. Çünki at digər heyvanlara nəzərən ən sürətli nəqliyyat və savaş vasitəsi, dolayısı ilə ən qiymətli və baha əmtəə idi. Hələ hun çağında türklər qonşu Çinə çoxlu sayda at ixrac edirdilər. Bu atlar rənginə, növünə, cinsinə və digər zahiri əlamətlərinə görə (qaşqa, çəkil və s.) təsnif olunur və çeşidlənirdi. Bəzən bir-birinə oxşar kəhərləri və ya qaşqaları ayrı-ayrı istehsalçılara görə fərqləndirmək ehtiyacı yaranırdı. Təbii ki, bunu kağız üzərində aparmaq təcrübi baxımdan doğru deyildi, çünki ilxıda atlar bir-birinə qarışdıqda onları ayırd etmək qeyri-mümkün idi. Ona görə də atların kimə, hansı ailəyə, boya, soya mənsub olduğunu dərhal və səhvsiz anlamaq üçün damğalardan istifadə edilirdi. Müəyyən yaşdan sonra atın sağrısına (buduna) qızmar dəmirlə heç vaxt silinməyəcək şəkildə xüsusi damğa vurulurdu. Daha sonra bu, başqa sahələrdə bir qədər fərqli məqsəd və metodlarla (bayraq və sancaqlar üzərində, silahlarda, sənətdə, xüsusilə xalçaçılıqda, bəzək əşyaları, zərgərlik, gil və çini qab-qacaq istehsalında, yasaq ərazilərin sərhədlərinin göstərilməsində və s.) tətbiq olunmağa başlandı, gömrük, möhür, imza, siqnatura, müəlliflik funksiyaları qazandı. Maraqlı cəhət budur ki, türkcə «damğa» sözü bir çox dillərə (rus, ərəb, fars, monqol və s.) keçmiş, rusca «tamqa», «tamojnya», «tabun» sözləri də buradan yaranmışdır. Əski türkcədəki «tamqaçı» (damğaçı) sözü ilə dövlətin ən yüksək..

Yazarlar:
Yayın:
Strateji Araşdırmalar Mərkəzi
Yayın Yılı:
2013 (Miladi)
Sayfalar:
328
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi (h.beyhadi@gmail.com)
Təbriz