Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Oğuz Mifolojyası - Seyfəddin Rzasoy

6235
0
2018/4/15
Oy Sayısı 1
Oy Sonucu 7

Azərbaycan etnokosmik gerçəkliyinin substratını təşkil edən oğuz mifologiyasının öyrənilməsi təkcə milli folklorşünaslığımızın deyil, eləcə də ümumtürk folklorşünaslığı və bütövlükdə, dünya türkologiyasının həlli vacib problemlərindəndir. Məsələnin aktuallığı ilk növbədə mifın hər bir mədəniyyətdə olduğu kimi, Azərbaycan mədəniyyətindəki yerinin, rolunun və semantik mahiyyətinin öyrənilmə zərurəti ilə bağlıdır.

Mifologiya hər bir mədəniyyətin etnokosmik substratı ki¬mi, onun diaxron və sinxron strukturunu eyni zamanda (paralel olaraq) təşkil edir. İnsan şüurunun diaxronik başlanğıcı olan mifologiya onun təkamül dialektikasının arxetipik sxemi olmaqla qalmayıb, həmin şüurun bütün tarixi inkişafının sinxron böyümə formullarının da genetik əsasında durur. Mifoloji şüurun törəməsi (tarixi-diaxron paradiqması) olan tarixi şüuru müəyyənləşdirən bütün struktur əlamətləri mifologiyadan qaynaqlanır. Bu halda hər bir çağdaş mədəniyyətin struktur tipologiyasının müəyyənləşdirilməsi onun gen etik əsaslarını təşkil edən mifologiyanın strukturunun öyrənilməsini mütləq şəkildə nəzərdə tutur. Mədəniyyətin mifdən yan keçməklə tədqiqi onun morfoloji strukturunu təsbit (konstatasiya) etməyə imkan versə də, funksional dinamikasının qanunauyğunluqlarını müəyyənləşdirməyə imkan vermir. Tipin arxetipini müəyyənləşdirmədən (tipin strukturunda arxetipi bərpa etmədən) onun semantikasına nüfuz etmək mümkün deyildir. Oğuz mifı oğuz mədəniyyətinin və bütövlükdə Azərbaycan etnokosmik varlığının bütün təzahür formalarının, o cümlədən folklorun arxetipini təşkil edir. Bu səbəbdən milli mədəniyyətimizin struktur semantikasının, funksional dialektikasının dərki və onunla hər cür, o cümlədən elmi «ünsiyyətin» (bugünlə keçmişin, tarixlə mifın «dialoqunun») meto-dologiyasının əsasında oğuz mifınin öyrənilməsi durur..

Yazarlar:
Yayın:
Nurlan
Yayın Yılı:
2009 (Miladi)
Sayfalar:
366
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz