Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Felsefenin Qısa Tarixi-Nigel Warburton-1967-359S
Felsefenin Qısa Tarixi-Nigel Warburton-1967-359S
Bu kitab XX əsrin böyük filosofu və riyaziyyatçısı Bertran Rasselin "Qərb fəlsəfəsi tarixi" əsərinin fars dilində olan xülasəsindən (ingiliscəsi ilə tutuşdurularaq) və mənim müxtəlif fəlsəfi əsərlərdən iqtibas gətirdiyim və nəql etdiyim əlavələrdən ibarət bir məcmuədir.
İlk dəfə 1946-cı ildə çap olunmuş bu kitabında müəllif çalışmışdır ki, fəlsəfələrindən bəhs etdiyi filosoflann əsərlərini onların sosial mühitləri ilə əlaqələndirsin, hər bir filosofu öz mühitinin məhsulu kimi təqdim etsin və onu öz əsrinin fikir və hisslərinin təcəssümü, nümayəndəsi kimi tanıtdırsın. Buna nail olmaq üçün о kitabın bir fəslini sivilizasiya tarixinə həsr etmişdir.
"Qərb fəlsəfəsi tarixi" kitabı İngiltərədə on dörd dəfə çap edilmişdir və dünyanın bir çox dillərinə, о cümlədən fars dilinə tərcümə olunmuşdur.
Oxuyacağınız bu kitabın hazırlanması zamanı Bertran Rasselin "Qərb fəlsəfəsi tarixi" kitabının cənab Nəcəf Dəryabəndərinin tərcümələrində 1968-ci ildə Tehranda dörd cilddə çap olunmuş son nüsxəsi onun ingilis mətni ilə müqayisədə (History of Western Philosophy; Oxford, 1975) əsas götürülmüşdür. Bundan əlavə 20-dən çox kitabdan iqtibaslar gətirilmişdir. Onların siyahısı kitabın sonunda müraciət edilmiş mənbələr adı altında verilmişdir. Eyni zamanda, zərurət yarandıqda kitabın mətninə izahlar da əlavə olunmuşdur. İngilis və fars dilinə tərcümə mətnlərinin müqayisəsi zamanı bəzi hallarda bu məcmuədə fərqli terminlərdən istifadə edilmişdir. Çünki, digər filosofların fəlsəfi əsərlərini mütaliə edərkən oradakı müvafiq terminlərin daha anlaşıqlı və işlədilməsi daha məqsədəuyğun olduğu qənaətinə gəlinmişdir.
Bertran Rassel islam fəlsəfəsi ilə dərindən tanış olmadığına görə onu ərəb fəlsəfəsi kimi qələmə vermiş və müsəlman filosoflarını Qərb fəlsəfəsinin şərhçiləri və təfsirçiləri kimi təqdim etmişdir. Mənim də islam fəlsəfəsi ilə kifayət qədər tanışlığım yoxdur, amma oxucularda müəyyən təsəvvür yaratmaq üçün islam fəlsəfəsindən bəzi nümunələri bu kitabda verməyi lazımlı hesab etdim və bu məqsədlə Sədrəddin Şirazinin hicri tarixi ilə XI əsrdə yazdığı "Substantiv hərəkət (dünyanın sakit olmayan xarakteri)" əsəri haqqında kitabın sonuna bir bölmə artırdım.
Bertran Rasselin "Qərb fəlsəfəsi tarixi" kitabın ingilis mətnində iki halda tarixi səhvə yol verilmişdir. Mən burada onlara qısa şəkildə toxunmaq istəyirəm.
1975-ci ildə çap olunmuş ingilis mətninin 382-ci səhifəsində o ingilislərin xristianlaşması barəsində belə yazır: "Böyük Qriqori papa olan zaman müqəddəs Avqustini Kentə göndərdi ki, ingilisləri xristian dininə gətirsin. Bu xüsusda onun müqəddəs Avqustinə, ingilis kralı Edilbertə və başqalarına ünvanladığı çoxlu sayda məktublar qalmışdır". Halbuki elə həmin kitabdaca müqəddəs Avqustinin bioqrafiyasında yazılmışdır ki, o 430-cu ildə vəfat etmişdir. Böyük Qriqori isə 540-cı ildə dünyaya gəlmişdir. Qeyd edim ki, bu hər iki tarix düzgün göstərilib.
Bu kitabın ingilis mətninin 415-ci səhifəsində Harun-ər-Rəşid haqqında onun qısa bioqrafiyasından sonra belə yazılmışdır: "Bu cah-cəlalın ömrü qısa olmuşdur. Onun canişini ordusunu əsasən türklərdən təşkil etməklə səhvə yol verdi və türklər xəlifəyə tabe olmayıb onun hakimiyyətini zəiflətdilər. Belə ki, hərbçilər hər dəfə yeni xəlifənin əlindən təngə gələndə onu kor edir və ya öldürürdülər". İslam tarixindən bildiyimiz kimi Harunun canişinləri Əmin və Məmun idilər və onlar belə bir iş görməmişdilər. Hətta Məmun əvvəlcə iranlıları hakimiyyətə gətirmişdi. Lakin Məmunun varisi Mötəsim türkləri orduya cəlb etdi və bundan sonra türklərin islam ordusunda və xəlifə hakimiyyətində nüfuzları artmağa başladı.
Üç böyük filosof – Kant, Hegel və Berqson haqqmda kitabdakı mətn məni tam qane etmədiyindən müvafiq bölmədə şərhlər qeyd etməklə yanaşı digər fəlsəfə kitablarından bir xülasə də hazırlayıb kitabın sonunda verdim. Bu kitab xeyli vaxt bundan əvvəl tərtib edilib çapa hazırlanmışdı. Lakin islam inqilabından sonrakı illərdə əsas işimə əlavə olaraq (cərrahlıq və onun universitetdə tədrisi, mədəni və türkoloji fəaliyyət), Tehranda Azərbaycan dilində işıq üzü görən "Varlıq" ədəbi-bədii jurnalın müntəzəm nəşri və cərrahlıq sahəsinə aid əsərlərin hazırlanması bu məcmuənin çapını yubatdı. Amma bu mənə bu müddət ərzində müxtəlif fəlsəfi kitabları mütaliə etməyə, oxuyacağınız məcmuənin təkmilləşdirilməsi üçün onlardan iqtibaslar gətirməyə imkan yaratdı. "Bu məsnəvi bir müddət dayandı. Bir müddət gözləmək lazım gəldi ki, qan süd olsun" (Mövlana).
Eyni zamanda bir neçə müasir dövr filosoflarının -Jan Pol Sartnn, ekzistensialist filosofların, Haydeggerin, Karl Popperin və Bertran Rasselin özünün bioqrafiyası da müxtəlif mənbələrdən alınaraq bu kitaba əlavə edilmişdir.
Sonda qeyd etmək istərdim ki, bu kitabda yığcam şəkildə və nisbətən sadə dildə fəlsəfənin tarixi və müəyyən dərəcədə Avropada sivilizasiyanın inkişaf tarixi haqqında məlumatlar toplanmış və oxucuların ixtiyarına verilmişdir. Bu kitab daha çox fəlsəfə və onun mənbələri ilə tanış olmaq istəyən, lakin iri həcmli kitabları və müfəssəl bəhsləri oxumaq üçün vaxt və imkanları olmayan insanlar üçün hazırlanmışdır. Kitabın tərtibatçısı kimi ümid edirəm ki, o əziz və sevimli oxucuların marağına səbəb olacaq.
Doktor Cavad Heyət
Baxılıb: 3810
Felsefenin Qısa Tarixi-Nigel Warburton-1967-359S | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 3.91 MB | Dosya Türü : Pdf | İzlenme Say : 752 | Başarısızlık Raporu |