Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Hebib Sahir - Saralan Arzular -1349 – 1977 – Ebced

7789
0
2016/10/12
Oy Sayısı 1
Oy Sonucu 5

Habib Sahir - Saralan Arzular -1349 – 1977 – Ebced

حبیب ساهیر - سارالان آرزولار -1349 – 1977 - ابجد 

 

YAŞAMI

Həbib Sahir 1903-cü ildə Şərqi Azərbaycan ostanında yerləşən Tərk Şəhrində dünyaya gəlib. daha çox kiçik Yaşlarda olduğu zaman ailesi ilə birlikdə Təbrizə köçüb və orda yaşamışdır[1]. Atasını çox erkən itirən H.Sahir ilk təhsilini mollaxanada alıb. İstanbul Universitetində tarix və coğrafiya fakültəsini bitirib. Sonra Güney Azərbaycana qayıdıb. O, türk və fransız şerinə də yaxından bələd idi və Lamartinin məşhur "Göl" poemasını Azərbaycan türkcəsinə tərcümə etmişdi. Həbib Sahir eyni zamanda, Azərbaycanın görkəmli şairi Tağı Rüfətin şagirdi də sayılır. Tağı Rüfət Fransada təhsil almış və çağdaş fransız şerini örnək götürərək, şerdə yeniliyi, çağdaşlığı və sərbəstliyi müdafiə edirdi. O, fransız poeziyasına dayanaraq, fars dilində sərbəst şerlər yazırdı. Tağı Rüfətin romantik bir şair kimi gənc Sahirə böyük təsiri olduğu qeyd edilir. Gənc Həbib sərbəst şeri əvvəllər ustadı Rüfət kimi farsca yazmağa başlamışdır. Amma onun bu yabançı bir dildə yazmağı çox çəkmir. Tağı Rüfət S.C.Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökumətindən qabaq millətimizə qarşı edilən zülmlərə, ədalətsizliyə və həqarətə dözməyərək intihar etmişdi. Ustad Həbib Sahir də eynən hərəkət etmişdi – o da güney azərbaycanlıların İslam inqilabından sonrakı illərdə üzləşdiyi ədalətsizliyə və təhqirlərə dözməyərək, habelə rejimin ona qarşı edəcəyi təzyiq və işgəncələri göz önünə gətirərək, Tehran yaxınlığındankı Aria şəhərində yaşadığı mənzilin pəncərəsindən özünü asmışdı. Bu vaxt onun nə az, nə çox, 85 yaşı vardı. Həbib Sahir 1979-cu il inqilabının Azərbaycana köklü dəyişiklik gətirməyəcəyini elə ilk aylardanca sezmişdi.

Həbib Sahirin Azərbaycan türkcəsində yazmasının səbəblərindən biri də Güney Azərbaycanda Pişəvəri hökumətinin buraxdığı iz idi. Milli hökumət Tehran ağalarının qanlı əlləri ilə süquta yetirildikdən sonra o, müəllim işlədiyi məktəbdən qovularaq sürgünə göndərilmişdi. Ustad şair mübarizəyə qoşulmazdan öncə romantik bir şair idi. Onun poeziyasında təbiətin gözəlliyi, varlığın sirri, qəribəliyi, anlaşılmazlığı ana motiv kimi özünü qabarıq şəkildə göstərirdi. Ustad Sahir yavaş-yavaş ictimai romantizmə yönələrək bu dövrdən başlayaraq yeni bir fəza qazanır. Azərbaycan təbiətinin gözəlliyi və insanın belə bir gözəl təbiətdə, mühitdə yazıqcasına yaşaması onun şerlərinin əsas mövzusuna çevrilir. Dünyanı qara romantik gözlə görən ustad millətinin, Azərbaycan türklərinin, ölkəsi Güney Azərbaycanın dərdini öz dərdi bilirdi. Onun poeziyasında bu günə kimi görünməyən bir işıq parlamağa başlayır.

Həbib Sahir şah və mövcud rejimlə mübarizə aparmaqla yanaşı, geriçiliyə, xurafat, ehkamçılıq, dərvişçiliyə qarşı da çıxış edərək güney azərbaycanlıları azad, sərbəst və çağdaş bir millət olmağa çağırırdı. Ona görə də farsca yazan bir sıra Azərbaycan şairlərini kəskin tənqid edərdi. "Mən əsir ellərimin şairiyəm" şerində Güney Azərbaycan ziyalısının faciəsindən yazır, Azərbaycan türklərinin bir millət kimi alın yazısına etiraz edir. O, "Səhər işıqlanır" kitabında yazırdı ki, o qanlı və yaslı payızdan (Milli Hökumətin süqutundan ötən dövrü nəzərdə tutur) artıq 32 payız keçib, amma hələ yaralar sağalmayıb... Bununla belə soyuq güllər altında közlər qaldı... Uzun illərdən, o qanlı faciədən sonra, deyəsən, səhər işıqlanır.

Yazarlar:
Yayın Yılı:
1349 (Miladi)
Sayfalar:
72
Dosya Türü:
PDF Document
İçerik Dili:
تورکجه

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz