Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Teymur lengin tarixi - Nizamizade Efendi - 1277 hicri- Ebced- Daş Çapı
Teymur lengin tarixi -
Nizmaizade Efendi
1277 hicri- Ebced- Daş Çapı
---------------------------
Teymur 1336, Hoca-İlqar kəndi, müasir. Şaxrisabz,Özbəkistan — 18 fevral 1405, Otrar, müasir Qazaxıstan; Çağatay dilində تیمور (Temür, Tēmōr) — "dəmir") — görkəmli sərkərdə, Mərkəzi,Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətininbanisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.
Teymurun adı
Ərəb ad qaydalarına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir"mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Axsaq Teymur" kimi də qeyd olunub.
Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی) titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi.
Müxtəlif fars mənbələrində tez-tez Teymur Ləng (fars. Tīmūr-e Lang, تیمور لنگ) yəni "Topal Teymur" adına rast gəlmək olar. Ehtimal olunur ki, bu addan həmin dövrdə Teymuru alçaltmaq və həqarət etmək üçün istifadə olunub.[5]. Bu söz sonradan qərb dillərində müxtəlif formalarda yayılır (Tamerlan, Tamerlane, Tamburlaine, Timur Lenk). Rus dilinə də keçən bu söz (Тамерлан) öz ilkin kökündən fərqli olarq heç bir neqativ çalara malik deyil və "Teymur" sözü ilə yanaşı şəkildə işlədilir.
Teymurun şəxsiyyəti
Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə təşkilatlarının təfərrüatları ilə maraqlanırdı, rəqib və onların torpaqları barədə ətraflı məlumatlar toplayırdı, öz ordusunda yüksək olan şəxsi nüfuza malik idi və tamamilə öz silahdaşlarına güvənirdi. Fərq Teymurun uğursuz şəkildə seçib vətəndaş idarəetməsinə qoyduğu insanlarda idi (Səmərqənd, Herat, Şiraz və Təbriz şəhərlərində çoxlu sayda yüksək rütbəli məmur rüşvətxorluğa görə cəzalandırılmışdı).
Teymur alimlər ilə söhbət etməyi xüsusən də tarixi əsərləri dinləməyi çox sevirdi. Teymurun özünün tarixi bilikləri ilə orta əsrlər tarixçisi, filosofu və mütəfəkkiri olanİbn Xəldunu çox təəccübləndirmişdir. Teymur tarixi və əfsanəvi qəhrəmanların cəsurluqlarından danışaraq öz döyüşçülərini ruhlandırırdı.
Teymur özündən sonra çoxlu sayda əzəmətli memarlıq tikililəri saxlayıb. Bunlardan bir çoxu dünya mədəniyyətinin xəzinələrinə daxildir. Teymurun tikililəri, hansıların ki, yaradılmasında şəxsən özünün fəal iştirakı olub, Teymurun bədii zövqünü nümayiş etdirib.
Teymur başlıca olaraq özünün doğma şəhəri Mavərənnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş (Şaxrisabz), Buxara və sərhədyanı şəhər Türkistanı yenidən qurmaq üçün sözügedən yerlərə göndərirdi. Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: "Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq". Bu insanları ancaq həyatlarının son illərində daha çox sərhədyanı bölgələrdə yerləşən şəhərlərə işləmək üçün göndərirdilər (1398-ci ildə Əfqanıstanda yeni suvarma kanalı çəkilir, 1401-ci ildə isə Cənubi Qafqazda və s.)
Teymurun Tarixi - Nizmizade Efendi - 1277 hicri- Ebced- Daş Çapı - تیمورون تاریخی نیظامی زاده افندی 1277 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 6.54 MB | Dosya Türü : Pdf | İzlenme Say : 546 | Başarısızlık Raporu |
Sagolun,allah razı olsun ki böyle yararlı iş işliyorsunuz. gerekli yardım gelmedige üzüldüm. Ben Urfada oturuyorum ögrenciyim. Keşke tüm masrafları karşılayabilseydim de böyle yararlı sayfa hiç sıkıntı çekmeseydi. Tekrar sagolun Türkiyeden tüm soydaşlarımıza selam ediyorum.
sayın dos.
çevrəzdə olanları yardıma qızdırın.
sağolun
Sagolun,allah razı olsun ki böyle yararlı iş işliyorsunuz. gerekli yardım gelmedige üzüldüm. Ben Urfada oturuyorum ögrenciyim. Keşke tüm masrafları karşılayabilseydim de böyle yararlı sayfa hiç sıkıntı çekmeseydi. Tekrar sagolun Türkiyeden tüm soydaşlarımıza selam ediyorum.
sayın dos.
çevrəzdə olanları yardıma qızdırın.
sağolun