Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycan Dili Fonetikasının Əsasları - Mübariz Yusifov
Fonetika sözü mənşəcə yunan dilinə məxsusdur. Bu söz dilçilikdə nitq səslərinin akustik və fizioloji (artikulyasiya) təbiətini öyrənən bəhsin adı mənasında işlədilir. Eyni zamanda, fonetika sözü hər hansı bir dilin səs tərkibinin fizioloji və akustik (artikulyasiya) quruluşu mənasını bildirir. Fonetika sözü, bir termin kimi fon (fone) sözü və tika vahidinin birləşməsi yolu ilə yaranmışdır. Fon sözü mənşəcə yunan dilinə məxsusdur. Mənası səs deməkdir. Tika (tike) tərkibi də mənşəcə yunan dilinə məxsusdur. Tika (tike) hissəsi affiksal vahiddir. Fone (fone) və tika (tike) hissələrinin birləşməsi ilə nitq səslərinin quruluşu və onların tərkibi mənasında yeni bir terminoloji vahid yaranmışdır.
Fonetika sözünün əsası olan fon tərkibi səs mənasında bir çox başqa sözlərin də yaranmasında iştirak edir. Məsələn, həmin köklə bağlı fonem (dilin səs sisteminə məxsus kiçik vahid), fonietariya (insanın səs aparatının fiziologiyasını və patologiyasını öyrənən elm sahəsi), fonika (bədii nitqin səs tərkibi, səsyazma, səs instrumentovkası, səslərin bədii xassəsinin tədqiqi sahəsi), fonoqram (fonoqraf vastəsi ilə səs yazılması), fonoqraf (səs yazan və həmin səsləri yenidən hasil edən aparat), fonologiya (dilçiliyin fonemlərdən bəhs edən sahəsi), fonometr (səsin gücünü ölçən cihaz), fonoskop (nitqin fonetik xüsusiyyətlərini və bununla əlaqədar dodaqların və əzələlərin hərəkətlərini tədqiq etmək üçün işlədilən cihaz), fonoteka (fonoqramlar, səs yazıları arxivi), fonokardioqram (ürəyin səs fəaliyyətinin qrafik yazısı) və s...
Azerbaycan Dili Fonetikasının Esasları Mübariz Yusifov Urmu Turuz 2014 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 2.63 MB | Dosya Türü : Pdf | İzlenme Say : 1052 | Başarısızlık Raporu |