Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azerbaycan edebiyatında Borçalı Qolu - Suretdin Memmedli
Azərbaycançılıq məfkurəsinin milli mentalitet ideologiyası strateji proqramında dünya azərbaycanlılarının bu amal ətrafında birləşməsi milli-mədəni birlik siyasətinin əsas istiqamətinə, aparıcı ideoloji xəttinə çevrilmişdir. Dünya azərbaycanlılarının birinci qurultayında vurğulanmışdı ki, «bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir» [54, s. 11].
«Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında » Azərbaycan Respublikasının Qanununda xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yardım, onların mədəni irsinin öyrənilməsinə kömək göstərilməsi xüsusi vurğu ilə təsbitlənir [183].
Azərbaycan xalqının tarixi-coğrafi lokalizasiyadan və siyasi hüdudlardan asılı olmayaraq, ədəbi fəaliyyətinin elmi araşdırılması işi də məhz həmin milli-mədəni məsuliyyət hissindən, Azərbaycançılıq təəssübkeşliyindən irəli gəlir. Müasir tarixi, ictimai-siyasi durumda Azərbaycançılıq amallarının yüksəlməsi təbii və məntiqi zərurətdir. Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların ana vətənidir.Gürcüstanda da yarım milyona yaxın azərbaycanlı yaşayır.
Azərbaycan və Gürcüstan dövlətləri arasındakı yaxın dostluq münasibətləri hər iki ölkədə yaşayan soydaşlarımız arasında mənəvi ünsiyyəti, milli-mənəvi və ədəbi-mədəni vəhdəti qorumağa imkan verir. Azərbaycan dövlətinin milli-mədəni siyasətinin tərkib hissəsi olaraq Gürcüstan azərbaycanlılarına dövlət səviyyəsində diqqət yetirilir.Xüsusən də, onların tarixinin, maarifinin, folklor, ədəbiyyat, incəsənət, mətbuat ənənələrinin inkişafına qayğı göstərilir.
Gürcüstandakı soydaşlarımız həm vətənpərvər vətəndaşları olduqları müstəqil Gürcüstan dövlətiylə fəxr edirlər, həm də qürur hissi keçirirlər ki, onların müstəqil Azərbaycan kimi dayağı var.
Azerbaycan Edebiyyatında Borçalı Qolu Sureddin Memmedli Urmu Turuz 2014 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 1.93 MB | Dosya Türü : Pdf | İzlenme Say : 654 | Başarısızlık Raporu |