Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycan Qayaüstü Incəsenəti - Məlahət Fərəcova
Bu gün arxeoloji abidələrin qədim, eyni zamanda əsas və mühüm növlərindən olan qayaüstü təsvirlərin - petroqliflərin əhəmiyyəti məlum həqiqətdir. Fərəhli haldır ki, Qafqaz ərazisində qədim qayaüstü təsvirlərin iri ocaqları ilk dəfə Azərbaycanda aşkar olunmuşdur. Onları ilk dəfə olaraq görkəmli Azərbaycan arxeoloqu İ.M.Cəfərzadə kəşf etmiş və araşdırrnışdır. 0, keçən əsrin 30-cu illərinin sonunda Bakı yaxınlığında yerləşən Qobustanda külli miqdarda petroqliflər aşkar etmişdir. 60-70-ci illər yeni qayaüstü təsvirlərin kəşfləri ilə əlamətdar olmuşdur. Bu dövrdə Azərbaycan arxeoloqlarından Q.M.Aslanov Abşeronda, V.Q.Əliyev Gəmiqayada, Q.S.İsmayılzadə Kəlbəcər bölgəsində çoxlu sayda nadir qayaüstü təsvirlər qeydə almışlar. Həmin illərdə C.N.Rüstəmov və F.Muradovanın apardıqları genişmiqyaslı kəşfiyyat işləri nəticəsində Qobustanda aşkar olunmuş qayaüstü təsvirlərin sayı iki dəfə artırnşdır. Beləliklə, Azərbaycan ərazisində əcdadlarıırnzın təsərrüfat-məişət fəaliyyətini, adətlərini, etiqadlarını və ümumən yüksək maddi və mənəvi mədəniyyətini təsdiq edən abidələrin xüsusi növü aşkar olunmuşdur.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu mühüm tarixi mənbələr uzun müddət xüsusi tədqiqat obyekti olmamış, nəşr olunmuş əsərlərin əksəriyyətində əsas diqqət bu və ya digər ocağın petroqliflərinin ayrı-ayrılıqda ümumi təsvirinə yönəldilmiş, onların dəqiq və sistemli şəkildə öyrənilməsi məsələləri kənarda qalmışdır.
Qayaüstü rəsmlərin öyrənilməsi qədim tayfaların mədəniyyət tarixi, incəsənəti və düuyagörüşünün inkişafı ilə əlaqədar bir çox məsələlərin həllinə imkan verir. Müxtəlif etnomədəni əyalətlər arasında minillik intensiv əlaqələr zonası olan Azərbaycan qayaüstü təsvirləri arxeologiya elmi tərəfindən hələ tam öyrənilməmişdir. Bu baxımdan təqdim olunan tədqiqat işi Azərbaycanın qədim qayaüstü təsvirlərinin öyrənilməsində mövcud boşluğun aradan qaldırılmasına kömək etməlidir.
Tədqiqat işində əsas yeri Qobustan qayaüstü rəsmlərinin dövrlərə bölünməsi məsələsi tutur. Bu mürəkkəb prosesin açılması müxtəlif elmlərin - antropologiya, geologiya, paleontologiya, arxeologiya, etnoqrafiya və tarix elmlərinin məlumatlarına əsaslanan tədqiqatlar nəticəsində mümkündür. Arxeoloqlarımız tərəfindən Qobustan, Abşeron, Gəmiqaya və Kəlbəcərdə azərbaycanlıların qədim əcdadlarının tarixi inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, onların mədəniyyətinin, xüsusilə də qayaüstü incəsənətinin təkamülü haqqında təsəvvür yaradır, üst paleolit və sonrakı dövrlərdə Avropa və Asiyanın mədəniyyət tarixi ilə konteksdə Azərbaycan qayaüstü təsvirlərinin tarixi yerini və əhəmiyyətini düzgün başa düşməyə imkan verir...
Azerbaycan Qayaüstü Inceseneti Melahet Ferecova Urmu Turuz 2014 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 3.49 MB | Dosya Türü : Pdf | İzlenme Say : 515 | Başarısızlık Raporu |