Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Xalça Sənətinin Kamili - Esmira Fuad

4124
0
2014/12/27
Oy Sayısı 1
Oy Sonucu 5

Başdan-ayağa möcüzədir insan... Bəlkə elə buna görə də o, həmi¬şə Yer üzünün əşrəfi sayılıb ... Onun sehrli barmaqları bəzən elə mö¬cüzələr yaradır ki, Ulu Yaradanımızın bəndəsinə öz yaratmaq qüdrə¬tindən, doğrudan da, pay verdiyinə inanmaya bilmirsən. Bir "OL!" kəl¬məsi ilə yeri-göyü, canlı varlıqları, bu varlıqlann ən alisi insanı yara¬dan Tanrı onları bir-birindən zahirinə, taleyinə görə fərqləndirsə də, bir təkcə "sevgi" payını bərabər bölüb bəndələrinə. Hər şeyi də məhz bu sevgi üzərində qurub Rəbbim. "OL!" kəlməsini də elə məhəbbətlə, elə sevgi ilə deyib ki, bu gözəgörünməz, sözlə ifadə edilmiş hissin ca¬zibəsindən insan ha çalışsa da, çıxmaq qüdrətində olmayıb ... İlk ön¬cə sevdiyi bəndələrinə ''Tanrı sevgisi" bəxş edib və buyurub ki, əgər bu sevgi ilə yaşayarsınızsa, əvəzini özü verər. Hər şey Yaradanına sev¬gidən başlar, bütün nəsnələr bu müqəddəs sevgidən yaranar və rişə¬Iənər. .. Sonradan yaratdıqları da bu sevgidən doğar ...

... Tanrı bəndəsi də bu buyruqdan çıxmadan öz yaranışından bəri nə edibsə, sevgi ilə edib, nəyi daha böyük sevgi ilə yoğuraraq yara¬dıbsa, məhz 0, möcüzəyə çevrilib ... İnsan əlinin və təfəkkürünün məh¬sulu olan xalçalar da belədir... Onu ürəksiz, sevgisiz yaratmaq müm¬kün deyiL. Bir türk şərqisində deyildiyi kimi:

Euibdir, günahdır, dinmə, Eşqitıi söyləmə, - deyə, Kilid ourduler dilimə, Aşqı toxudurtı kilimə ...

Böyük Cavid əfəndi isə deyirdi: "Mənim Tannm gözəllikdir, sevgidir ... " Təqdim etdiyimiz bu kitabda adı Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış ustad bir sənətkarın, Azərbaycan xalça sənətinin ən qədim ənənələrini davam etdirərək mənəvi dünyamızın qəhrəman¬lanna ikinCİ-əbədi həyat verən, çağdaş ornamentli xalça janrının inkişa¬fında müstəsna xidmətlər göstərən tayı-bərabəri olmayan bir xalça rəs¬samının mənalı ömrünü yalnız və yalnız gözəllik yaratmağa, insanlara yüksək estetik zövq verməyə, ruhunu oxşamağa həsr etmiş Kamil Əli¬yevin həyat səhifələri vərəqlənir. Onun yaratdığı ecazkar bir aləmin qa¬pıları üzünüzə açılır. Çünki Azərbaycanımızın məşhur xalçaçı rəssamı, xalqın sevimlisi Kamil Əliyevin də Tanrısı xalçalar, rənglər, naxışlar, i1mələr ... və gözəllikdir!..

Yayın:
Altun Kitab
Yayın Yılı:
2006 (Miladi)
Sayfalar:
128
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz