Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

edebiyat Nezeriyyesi - Rehim eliyev

25763
0
2016/12/2
Oy Sayısı 15
Oy Sonucu 6

Ədəbiyyatşünaslıq ən qədim elmlərdən biridir. Bu elmin qədim və dövrümüzə qədər gəlib çıxmış klassik nümunəsi – Aristotelin “Poetika” əsəri yeni eradan əvvəl dördüncü əsrdə Yunanıstanda meydana çıxmışdır.

Sonrakı iyirmi dörd əsr ərzində dünya xalqlarının yüzlərcə dilində milli ədəbiyyatlar yaranmış və inkişaf etmişdir. Ədəbiyyatların belə milli əlvanlığına baxmayaraq onların hamısını birləşdirən ümumi xüsusiyyətlər vardır.

Bunlar ədəbi dilin, bədii qavrayışın, bədii əsərin quruluşunun və yaradılması prosesinin ümumi xüsusiyyətlərinə aiddir. Bu xüsusiyyətləri, onları əks edən əsas anlayış və terminləri ədəbiyyatşünaslığın əsasları və ədəbiyyat nəzəriyyəsi öyrənir.

Ədəbiyyatşünaslığın əsasları ədəbiyyat elmi haqda ümumi məlumat verir və onun əsas anlayış və terminlərini yığcam, sistemli şəkildə izah edir. Bu fənn adətən filoloji təhsilin əvvəlində, birinci kurslarda tədris edilir. Yalnız ədəbiyyat tarixi və dünya ədəbiyyatı barədə geniş biliklər alındıqdan sonra ədəbiyyat nəzəriyyəsi bu bilikləri nəzəri cəhətdən əlaqələndirəm və müqayisəli şəkildə izah edən və sistemləşdirən bir fənn kimi öyrənilir. Ədəbiyyat nəzəriyyəsinin əsas termin və anlayışlarını yaxşı mənimsəmək və təsəvvür etmək üçün ı üç-dörd ədəbiyyatın tarixini, təcrübəsini az-çox bilmək zəruridir.

Ədəbiyyat tarixini ilk dəfə fransız filosofu F.Bekon 1605-ci ildə öz traktatlarından birində müstəqil elm adlandırmışdır. Bu elmin Avropa universitetlərində tədrisi isə XIX əsrdən başlanır. İlk ədəbiyyat tarixi kursları yunan-Roma ədəbiyyatları tarixinə aid idi, sonralar konkret Avropa ədəbiyyatlarının tarixləri də müstəqil fənlər kimi tədris olunmağa başlamışdır.

Bu ədəbiyyatlar sırasında Qərbi Avropa ədəbiyyatı kursu xüsusilə vacibdir, Rusiya və Azərbaycanda müstəqil fənn kimi tədris olunur. Ədəbiyyat nəzəriyyəsinin əsas nəzəri və terminoloji əsasları bu ədəbiyyatlarda, xüsusilə qədim yunan-Roma ədəbiyyatında yaranmış və digər xalqların ədəbiyyatlarına keçmişdir. Yunan-Roma ədəbiyyatının əsas nümunələri Y11-1X əsrlərdə ərəb dilinə də tərcümə olunmuşdur və nəticədə ərəb dilində müsəlman ədəbiyyat nəzəriyyəsi – Şərq poetikası və onun terminoloji bazası da yaranmışdır. Bu terminlərin bir qismi şərq yolu ilə Azərbaycan dilinə keçmişdir. Ona görə bir sıra müsəlman xalqları, məsələn biz azərbaycanlıların dilində paralel olaraq həm Avropa ədəbiyyat nəzəriyyəsi..

Yazarlar:
Yayın:
Mütercim
Yayın Yılı:
2008 (Miladi)
Sayfalar:
360
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz