Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Hebib Sahir Seçilmiş Əsərləri

5118
0
2016/10/12
Oy Sayısı 1
Oy Sonucu 5

Həbib Sahir Güney Azərbaycan poeziyasında "yeni üsullu şerin" forma-laşmasına və inkişafına təkan verən, poetik təsvir sisteminin orijinallığı ilə seçilən şairlərdəndir.

H.Sahir 1903-cü ildə Təbrizdə doğulmuşdur. Atasını erkən itirdiyindən uşaqlıq və gənclik illərində həyatın ağır sınaqları ilə üzləşməli olmuşdur. İlk təhsilini mollaxanada alan şair, orta təhsilini Təbrizdə başa vurmuşdur.

Təbrizin Məhəmmədiyyə mədrəsəsində təhsil aldığı illərdə onun fransız dili və ədəbiyyatı müəllimi olmuş Tağı Rüfətin vasitəsilə Həbib Sahir Türkiyədə nəşr olunan "Serveıi-fünun", "Rəsm li ay" kimi ədəbi-ictimai toplularla və digər nəşriyyələrlə tanış olur. Orada dərc olunan şeirləri, xüsusilə Tofiq Fikrət və Cəlal Sahirin əsərlərini çox bəyənir. Cəlal Sahirin əsərləri gənc şairin ədəbi-bədii zövqünə, dünyagörüşünə elə əsaslı təsir göstərir ki, onun soyadını belə özünə təxəllüs götürür.

Fransız şairi Bodlerdən bir çevirməsi və Cənubi Azərbaycan milli azadlıq hərəkatının lideri Şeyx Məhəmməd Xiyabaninin ölümünə həsr etdiyi mərsiyə Həbib Sahirin ilk qələm təcriibələrindəndir .

. H.Sahir sonralar yazdığı "Məktəb xatirələri" adlı şerində Xiyabanini əvəzsiz milli lider, maarifin, mədəniyyətin inkişafına xüsusi qayğı göstərən rəhbər kimi yenidən anır, onun uşaqlar üçün açdığı, özünün də təhsil aldığı məktəblərdən bəhs edirdi.

H.Sahir orta təhsilini başa vurub, bir müddət imkanlı ailələrin uşaqlarına dərs verir, qazandığı pulun bir hissəsini Təbrizə ailəsinə göndərir, qalanını isə Türkiyədə ali təhsil almaq niyyətilə toplayırdı.

1927-ci ildə H.Sahir Türkiyəyə gedir. Orada yaşayan iranlı lar üçün açıl-mış "Dəbistane-İraniyan" məktəbində 2 il fars dili və ədəbiyyatı müəllimi işləyir. ı929-cu ildə İstanbul Universitetinin coğrafiya bölməsinə daxil olur. Coğrafiya fakültəsinin məzunu Habib Sahir müəllimi Sədi bəyin tövsiyyəsi ilə "İran Azərbaycanının təbii coğrafiyası" adlı buraxılış işinin xülasəsini ı934-cü ildə "Azərbaycan yurd bilgisi" jurnalında silsilə şəklində nəşr etdirir.

"Azərbaycan yurd bilgisi" İstanbulda Azərbaycan mühacirlərinin nəşr etdikləri mətbu orqanlarından biri idi. Jurnalın redaktoru görkəmli Azərbaycan alimi və ziyalısı Əhməd Cəfəroğlu idi. Jurnalda tanınmış türk ziyalılan da fəal iştirak edirdilər. "Azərbaycan yurd bilgisi" jurnalında türk xalqlarının, xüsusilə Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi, həmçinin coğrafiya və iqtisadiyyatından bəhs olunan yazılar çap olunurdu...

 

Yazarlar:
Yayın:
Lider
Yayın Yılı:
2005 (Miladi)
Sayfalar:
98
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz