Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Qarabağ - Yaqub Mahmudov - Kərim Şükürov
Yaşadığımız dövrdə insanlıq ənənəvi problemlərlə yanaşı, yeni - daha ağır bəla ilə üz-üzə qalmışdır. Bu bəlanın adı terrorizmdir. Terrorizm bu gün dünyanı narahat edən ən ağır problemə çevrilmişdir. Son illərin dəhşətli terror aktları göstərdi ki, bu bəla bütün ölkələr və xalqlar üçün, hətta ən böyük döv-lətlərdən ötrü də eyni dərəcədə təhlükəlidir. Azərbaycanın bu balaya münasibəti birmənalı və qətidir: biz hər Cür zorakılıq ak-tının - terrorun, soyqınmlannın, separatçı ekstremizrnin, etnik toqquşmaların, haqsız qan tökülməsinin əleyhinəyik. Azərbaycan antiterror alyansına ilk qoşulan ölkələrdən biridir.
Terrorun, soyqmrnlarının, separatçı ekstremizmin doğurduğu dəhşətli faciələr bizim xalqımıza yaxşı tanışdır. Azərbaycan xalqı terrora, soyqınmlarına, zorakı deportasiyalara ən çox maruz qalmış xalqlardan biridir. Artıq 200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix 19-cu əsrin əvvəllərində çar Rusiyasının erməniləri kütləvi surətdə İran və Türkiyədən bizim torpaq larırnıza köçürdüyü vaxtdan başlarırnışdır.
Əsrlər boyunca Şimalla Cənubun, Şərqlə Qərbin qovuşuğunda müxtəlif sivilizasiyaların, etnosların, dillərin, dinlərin qarşılıqlı təsiri nəticəsində qədim və zəngin mədəniyyət yarat¬mış xalqımız özünarnaxsus tolerantlıq, başqa xalqlara, mədəniyyətlərə dözümlülük, humanizm, mərhəmət ənənələrinə sa¬diq qalaraq gəlmə ermənilərə də öz torpaqlarında yer verdi. Ölkəmizdə ermənilərin sosial-iqtisadi və mədəni tərəqqisi üçün hər Cür şərait yaradıldı.
Lakin çox keçmədən, «Böyük Ermənistan» xülyası ilə zəhərlənmiş erməni millətçi-terrorçu dairələri xarici havadar¬larına arxalanaraq köçüb yaşadıq ları Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq niyyətinə düşdülər. Köçürülüb gətirilmiş ermənilər üçün Azərbaycan torpaqlarında əvvəlcə «Erməni vilayəti» yaradıldı. Bunun ardınca xaricdən hər Cür dəstək alan silahlı erməni terrorçu-quldur dəstələri Qərbi Azərbaycan torpaqlannı onun yerli sakinləri olan azərbaycanlılardan «təmizləməyə» başladılar. 1905-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirildi. Birinci Dünya müharibəsi illərində (1914-1918) böyük dövlətlərdən yardım alan erməni-daşnak silahlı dəstələri, qabaqcadan hazırlanmış plana uyğun olaraq, bütün Azərbaycan torpaqlarında yerli türk-müsəl-man əhaliyə qarşı yenidən dəhşətli soyqırımları həyata keçirdilər. Yüz minlərlə azərbaycanlı, 0 cümlədən uşaqlar, qadınlar, qocalar məhv edildi. Saysız-hesabsız yaşayış məntəqələrimiz, tarixi abidələrimiz yerlə-yeksan olundu. Soyqırımlarından canı¬nı salamat qurtarmış soydaşlarımız bütün dünyaya səpələndilər.
Bütün bunlara baxmayaraq, mərhəmətli xalqımız yenə güzəştə getdi. Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqaz¬da əmin-amanlığa nail olmaq, erməni-daşnak terror dəstələrinin törətdikləri qanlı qırğınlara son qoymaq məqsədi ilə, 1918-ci il mayın 29-da keçmiş Azərbaycan dövlətinin - İrəvan xanlığının..
Qarabağ Yaqub Mehmudov Kerim Şükürov Türk İngiliz Latin Urmu Turuz 2014 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 5.76 MB | Dosya Türü : Pdf | İzlenme Say : 504 | Başarısızlık Raporu |