Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Şirin xanım Kərimbəyli Şadiman Seçmələr (Şeirlər, poemalar, dramlar) 4 cild

7933
0
2016/7/9
Oy Sayısı 1
Oy Sonucu 7

MÜƏLLİF HAQQINDA

Şirinxanım Ağabala qızı Kərimbəyli (ədəbi təxəllüsü ŞADİMAN) 2 sentyabr 1955-ci ildə Siyazən (keçmiş Dəvəçi, indiki Şabran) bölgəsinin Tağay kəndində anadan olub. Do- ğulduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. 1973-75-ci illərdə Yenikənd üzümçülük sovxozunda fəhlə,1975-76-ci illərdə Volodarski adına tikiş fabrikında tikişçi işləyib.1977-ci il-də ADUnun (indiki BDU) hazırlıq şöbəsində dinləyiçi, 1978-83-cu illərdə Kitabxanaçılıq (indiki informatika fakul- təsinin) əyani şöbəsini bitirib. 1992-ci ildə Azərbaycan jurnalist Sənətkarlığı İnstitutun məzunu olub. 1984-cu ildə Dəvəçi rayonun (indiki Şabran), hal-hazırda Siyəzən rayonun inzibatı ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985-2007-ci illərdə ADNŞ-nın Mədəngeofizik idarəsinin «Neft Daşları» geofizik ekspedisiyasında cizgiçi, texnik, mühəndis peşələrində çalışıb. 2007-ci ildən həmin idarədən əmək təqaüdünə çıxıb. Əmək fəaliyyəti ilə bərabər bədii yaradıcılığını davam etdirib. Dövrü mətbuatın mətbu orqanları olan «Neft Daşları», «Ədalət», «Çənlibel», «Azərbaycan müəllimi», «Bütöv Azərbaycan», «Kredo», «Mütərcim», «Məhsəti» və sair qəzet-jurnallarda çapolunub. «Məcməüs-şüəra» (Şairlər məclisi), «Füzuli» ədəbi məclislərin üzvü olub. AYB-nın və CASCFEN(Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi)nin üzvüdür. Hal-hazırda ədəbi fəaliyyətlə məşğuldur. «Modern.az», «Yalquzaq. com», «Davam.az» «Lit.parad», «Dayaq.az» və sair internet portallarla yaradıcılıq əlaqələri saxlayır. «Azpressin» və «Kredo» qəzetinin əməkdaşıdır. Şəxsi saytı aktiv faliyyətdədir.

Yayın Yılı:
2015 (Miladi)
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz