یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ibrahimbeyin Seyahanamesi-1-2-Zenalabdin Marağayı-503s

2882
0
2017/6/27
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

Ibrahimbeyin Seyahanamesi-1-2-Zenalabdin Marağayı-503s

Həyatı

Hacı Zeynalabdin Mərağei, məşədi Əli adlı azərbaycanlı bir tacirin oğlu lap cavanlığından, azadlıq ordusuna qoşulur. Zeynalabdin 1838-ci ildə anadan olub, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb, atasından qalan mal-dövləti əldən verib, qardaşı ilə bərabər öz vətənini tərk edib, çox az sərmayə ilə Qafqaza gəlib, Tiflis şəhərində sakin olub. Bu şəhərdə 3-4 ilin ərzində artıq mal qazanıb, neçə min manat ələ gətirir. Yavaş-yavaş iranlıların sayı Tiflis şəhərində artdıqca, onun da hörməti, etibarı artır, Əsədulla xan Nazim əl Dövlə (İranın baş konsulu) tərəfindən Kutaisi şəhərində naib-konsul işinə məşğul olur.

QAYNAQ

İLK SÖZ

 

İşıq zehinli bilik sahiblәrinә (mәnim sözüm dә onlaradır) mәlumdur ki, bu gün yer üzündә millәtlәrin tәrәqqisi, mәdәniyyәti, sәadәti vә xoşbәxtliyinin ilk sәbәblәrindәn biri mәtbuatdır. Bәli, mәtbuat sahiblәri qәrәzsiz olub, әyri yolla mәnfәәt әldә etmәkdәn çәkinsәlәr, özlәrini mәsxәrәbazlıq vә yaltaqlıqla   lәkәlәmәyәrәk mәnliklәrini qorusalar, vәtәn mәhәbbәtini vә hәmvәtәnlәrinә sevgini öz şüarlarına çevirsәlәr, dövlәtә xidmәti qarşılarına mәqsәd qoyub, fikirlәrini hәmişә ölkәnin vә millәtin hәqiqi tәrәqqisi vә inkişafı yollarını    axtarıb tapmağa yönәltsәlәr, özlәrinin heç bir mehriban dostunu yersiz tәriflәmәsәlәr, heç bir düşmәninә dә qәrәz üzündәn iftira söylәmәsәlәr, insanlıq şivәsinә zidd sayılan böhtanı böyük günah hesab etsәlәr, әlbәttә, onların sözlәri böyükdәn tutmuş kiçiyә qәdәr hәr bir hәmvәtәnә tәsir  göstәrib,    işlәrimizdәki nöqsanların aradan qaldırılmasına sәbәb olacaqdır. Xüsusilә tarixçilәr vә sәyahәtnamә yazanlar öz gözlәri ilә gördüklәri vә ya inanılmış  adamlardan eşitdiklәrindәn başqa bir söz yazmamalı vә bu mәsәlәlәrә hәr şeydәn çox fikir verib diqqәt yetirmәlidirlәr.

 

Bu gün hamıya aydındır ki, Qәrb millәtlәrinin tәrәqqisinin әsas sәbәbi o xoşbәxt ölkәlәrin mәtbuatının bәrәkәtindәndir. Onlar vәtәnlәrindәki bütün nöqsanları, millәtin hәr hansı sinfinә vә mәmlәkәtin hәr hansı bir sahәsinә aid olmasından asılı olmayaraq, gördüklәri kimi yazırlar. Әgәr eşitmiş olsalar, doğruluğunu yoxlayıb tam arxayınlıq әldә etdikdәn sonra eşitdiklәrini heç bir şәxsi mülahizә vә qәrәzә yol vermәdәn mәtbuat sәhifәlәrindә әfkari-ümumin qarşısına çıxarıb, sәlahiyyәtli dairәlәri bu nöqsanları aradan qaldırmağa çağırırlar. Mәsul mәqamlar da mәtbuatın xәbәrdarlığını eşidәn kimi bircә dәqiqәni belә fövtә vermәdәn әvvәlcә o mәtlәbin doğruluğunu yoxlayır, sonra nöqsanı islah etmәk vasitәlәrini tәşkil etmәklә bәrabәr onu yazıb göstәrәnә tәşәkkürünü bildirir, әgәr bir yanlışlıq baş vermiş olsa, bunu xoş dillә qeyd edәrәk mәtbuatın sәhvini düzәltmәyә çalışırlar. Belәliklә demәk olar ki, o ölkәlәrin xoşbәxt әhalisinin hәm danışan dili, hәm görәn gözü, hәm dә eşidәn qulağı var. Tәәssüflәr olsun ki, bәdbәxtlik üzündәn biz bu nemәtlərin üçündәn dә mәhrumuq.

 

Bu müqәddimәni söylәmәkdәn mәqsәdimiz odur ki, hәr cür qәrәz vә mübaliğә lәkәsindәn tәmiz olan vә әziz vәtәnimizin bir sıra nöqsanlarından danışan bu sәyahәtnamәnin üzü bir yerdәn bizim әlimizә düşdü. Vәtәnpәrvәrlik alәmindә rәva görmәdik ki, bu xәzinә torpaq altında qalsın. Buna görә dә mәhz vәtәn mәhәbbәtini vә hәmvәtәnlәri nәzәrә alaraq bu әsәrin çap olunması vә nәşrinin xәrcini öz üzәrimizә götürdük. Bunu da yәqin bilirik ki, bilikli vә insaflı hәmvәtәnlәrimizdәn heç birisi onun bir kәlmәsinin belә üstünә barmaq qoyub etiraz etmәyәcәkdir. Çünki qeyrәtli sәyyahımızın görüb, öz sәyahәtnamәsindә qeyd etdiklәrinә hәr kәs azca diqqәt yetirәrsә, vәtәnimizin o yerlәrindә bu hadisәlәrin hәr gün vә hәr saat artıq-әskiksiz şahidi ola bilәr.

 

Demәli, burada heç bir qәrәz-mәrәz ola bilmәz. Bu, yalnız onun üçündür ki, hәrgah vәtәnimizin başçıları bu sәyahәtnamәdә yazılanlara insaf gözü ilә baxıb, әcnәbilәrin nәzәrindә dövlәt vә millәtin başıaşağılığına, xarlığına vә xәcalәtinә sәbәb olan bu nöqsanları aradan qaldırmaq üçün mәrdliklә ayağa qalxsınlar. Bәlkә belәliklә axıb getmiş olan su bir daha arxa qayıda, İran abad ola, iranlılar keçmişdә olduğu kimi, öz tay-tuşları arasında başıuca olalar. Belә etsәlәr onlar öz adlarını da әbәdilәşdirmiş olarlar. Çünki bu kimi fәdakarlıqdan sonra millәtin tarixi onların adını heç vaxt unutmaz.

 

Әbәdi yaşayar yaxşı adamlar,

Ölsә dә şöhrәti dillәrdә qalar.

 

Hörmәtli oxuculardan tәkidlә xahiş edirik ki, bu "Sәyahәtnamә"ni sonadәk  oxumayınca müәllifi lәnәt vә nifrәtlә yad etmәsinlәr. Әsәri oxuyub başa vurduqdan sonra onun rәhmәt vә ya lәnәtә layiq görülәcәyini oxucuların öz insafına tapşırırıq. Allah-taaladan ricamız ancaq budur ki, bütün hәmvәtәnlәrimizin vә dindarlarımızın vicdanını vәtәn sevgisi duyğuları ilә süslәsin.

 

Әlqәrәz, bu kimi mәtlәblәri demәk vә yazmaq borcumuzdur.

یازیچی لار:
صحیفه لر:
503
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Türkçe

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز