Kitabi Dədə Qorqud Dastanlarının Dili - Ə.M Dəmirçizadə

5697
0
2015/9/9
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

Kitabi Dədə Qorqud Dastanlarının Dili

Ə.M Dəmirçizadə

İyirmi ilə yaxın bir zaman bundan əvvəl "Azərbaycan ədəbi dili tarixi xülasəlari" adlı kitabımda "Kitabi-Dadə Qorqud" dastanları şifahi ədabi dilimizin ilk abidələrindən sayılaraq onun dil xüsusiyyətlərinə 17 səhifə həsr edilmişdir.

Böyük Vətən müharibəsi illərində, mə'lum olduğu üzrə, bu sətirlərin müəllifi Dədə Qorqud dastanları əsasında "Dədə Qorqud" librettosu, "Qaraca Çoban" pyesini yazmış və o zaman milli operamızın banisi Ü. Hacıbəyov bu əsərlərə tamaşa etdikdən sonra müəllifi təbrik edərək "Dədə Qorqud dastanları opera üçün çox münasib və zəngin bir mə'xəzdir"- demişdi, bu mövzuda opera yazmaq fikrinə də düşmüşdü.

 

Böyük Vətən müharibəsi illərində bir çox mütəxəssislərimizi məşğul edən mövzulardan birisi də xalqımızın keçmişi, xüsusən onun qəhrəmanlıq səhifələri olmuşdur.

"Kitabi-Dədə Qorqud" qəhrəmanlıq dastanları olduğu ki-mi, ümumxalq Azərbaycan dilinin ilk təşəkkül dövrünü aydınlaşdırmaq üçün də çox zəngin və dolğun, həm də dürüst faktlar verən bir abidə olaraq o dövrdə müəllifin tədqiq etdiyi mühüm mənbələrdən biri olmuşdur və oxuculara təqdim olunan bu əsər də məhz bu dövrdə yazılmışdı..

یازیچی لار:
یایین لایان:
Elm
یایین ایلی:
1999 (میلادی)
صحیفه لر:
140
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی (h.beyhadi@gmail.com)
تبریز