یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Rəşid Behbudovun Sənətkarlığı - Məryəm Babayeva

4795
0
2014/12/27
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

Rəşid Behbudov Azərbaycan musiqi mədəniyyətinin parlaq simalarından biridir. Təkrarolunmaz, gözəl tembrli, məlahətli səsi, yüksək ifaçılıq istedadı, böyük sənətkarlığı ilə Rəşid Behbudov bütün dünyada şöhrət qazanmış, Azərbaycan musiqisini dünyaya tanıtmışdır.

Rəşid Behbudov Azərbaycan musiqi ifaçılığı sənətində yeni səhifə açmış müğənnidir. Onun yaradıcılığı Azərbaycan musiqisində bütöv bir mərhələ təşkil edir. Bənzərsiz mahnı ifaçılığı üslubu, səhnə və ekran obrazları, Mahnı Teatrı - böyük sənətkarın yaradıcılığının şaxələri olmaqla, həm də milli musiqi ifaçılığı sənətində açdığı yolun başlanğıcıdır.

Bütün dünyada öz mahnıları ilə milyonlarla dinləyicilərin ürəyini fəth etmiş Rəşid Behbudov Azərbaycan musiqisini ən müxtəlif millətlərdən olan insanlara sevdirmişdir. Məhz onun möhtəşəm istedadı sayəsində müasir Azərbaycan musiqi mədəniyyəti dünya¬nın bir çox ölkələrində geniş dinləyici kütləsinin sərvətinə çevrilmişdir. Eyni zamanda, hər bir xalqın milli musiqisini dərindən qavramaq bacarığı sayəsində 0, dünya xalqlarının mahnılarının bənzərsiz təfsirçisi kimi tanınmışdır.

R.Behbudovun yaradıcılıq simasında müğənni və aktyorluq istedadı vəhdət təşkil edir. Bu da onun ifaçılıq üslubunun əsas keyfiyyətlərindən biridir. Müğənni R.Behbudov aktyor R.Behbudov anlayışından ayrılmazdır və bu vəhdətdən onun təkrarolunmaz ifaçılıq üslubu meydana gəlmişdir.

R.Behbudovun Azərbaycanda musiqili komediya və opera…

یازیچی لار:
یایین لایان:
Afpoligraf
یایین ایلی:
2012 (میلادی)
صحیفه لر:
160
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز