Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

-Cоlan Türkmanlari Folklor Və Etnoqrafiya Örnəkləri -Ali Şamil

4847
0
2017/10/19
Oy Sayısı 1
Oy Sonucu 5

Orta Doğunun bol sulu, məhsuldar torpaqlı, strateji yön­dən olduqca önəmli bir təpəlik bölgəsi qaynaqlarda Colan, Go­lan, Kolan adlandırılır. Ərəblərin Hadbetül-Cülan, İbrani­lə­rin Ra­mat Ha Golan adlandırdıqları təpəliklərin sahəsi 2 min kvad­rat kilometrə yaxındır. Suriyanın Güney-Batısın­da, İsrailin Quzey-Doğusunda yerləşmiş Colan təpələrinin bir ucu da Livan (Lübnan) və İordaniyaya (Ürdünə) çatır. Bura­dan həm Dəməşq (Şam) şəhəri, həm də Ağ dəniz (Aralıq də­nizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu üzərindəki Kuneytra keçidi Colan bölgəsindədir. İsraili içməli su ilə təmin edən bulaqların yüzdə otuzu məhz bu bölgədə yerləşir. Burada içməli suyun qiyməti neftdən baha olduğu üçün su qaynaqları olan yerlər mühüm strateji əhəmiyyət daşıyır.

1967-ci ildə İsrail Colan təpələrini işğal edənədək bura­dakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdılar. İsraillə Suriya arasın­dakı “Altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub Suriyanın içərilərinə doğru qaç­dılar. Beləcə, Colan təpələrinin 1158 kvadrat kilometr sahəsi İsrailin işğal dairəsində qaldı.

Colan təpələrində gedən qısa savaşdan Sovet mətbua­tında illərlə məqalələr verildi, radio-televiziya verilişləri ha­zır­landı, İs­railin işğalçı siyasəti kəskin tənqid edildi. Sovet dip­lomatları bey­nəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qo­ru­maq adı altında hərbi sursat satdığı və iqtisadi əməkdaşlıq etdiyi Suriyanı dəstək­lə­di. Azərbaycan Respublikası da SSRİ-nin bir parçası olduğun­dan Colan mövzusu bizim mətbuatın, radio və televiziyanın gün­dəmindən uzun müddət düşmədi. Çox təəssüflər ki, həmin dövrün Colan təpələri ilə bağlı ya­zılarında, verilişlərində bizim...

Yayın:
Folklor İnstitutu
Yayın Yılı:
2014 (Miladi)
Sayfalar:
155
Dosya Türü:
Word Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz