Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
-Cоlan Türkmanlari Folklor Və Etnoqrafiya Örnəkləri -Ali Şamil
Orta Doğunun bol sulu, məhsuldar torpaqlı, strateji yöndən olduqca önəmli bir təpəlik bölgəsi qaynaqlarda Colan, Golan, Kolan adlandırılır. Ərəblərin Hadbetül-Cülan, İbranilərin Ramat Ha Golan adlandırdıqları təpəliklərin sahəsi 2 min kvadrat kilometrə yaxındır. Suriyanın Güney-Batısında, İsrailin Quzey-Doğusunda yerləşmiş Colan təpələrinin bir ucu da Livan (Lübnan) və İordaniyaya (Ürdünə) çatır. Buradan həm Dəməşq (Şam) şəhəri, həm də Ağ dəniz (Aralıq dənizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu üzərindəki Kuneytra keçidi Colan bölgəsindədir. İsraili içməli su ilə təmin edən bulaqların yüzdə otuzu məhz bu bölgədə yerləşir. Burada içməli suyun qiyməti neftdən baha olduğu üçün su qaynaqları olan yerlər mühüm strateji əhəmiyyət daşıyır.
1967-ci ildə İsrail Colan təpələrini işğal edənədək buradakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdılar. İsraillə Suriya arasındakı “Altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub Suriyanın içərilərinə doğru qaçdılar. Beləcə, Colan təpələrinin 1158 kvadrat kilometr sahəsi İsrailin işğal dairəsində qaldı.
Colan təpələrində gedən qısa savaşdan Sovet mətbuatında illərlə məqalələr verildi, radio-televiziya verilişləri hazırlandı, İsrailin işğalçı siyasəti kəskin tənqid edildi. Sovet diplomatları beynəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qorumaq adı altında hərbi sursat satdığı və iqtisadi əməkdaşlıq etdiyi Suriyanı dəstəklədi. Azərbaycan Respublikası da SSRİ-nin bir parçası olduğundan Colan mövzusu bizim mətbuatın, radio və televiziyanın gündəmindən uzun müddət düşmədi. Çox təəssüflər ki, həmin dövrün Colan təpələri ilə bağlı yazılarında, verilişlərində bizim...
-Cоlan Türkmanlari Folklor Və Etnoqrafiya Örnəkləri -Ali Şamil | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 4.55 MB | Dosya Türü : Doc | İzlenme Say : 841 | Başarısızlık Raporu |