Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

-Quzey Kıbrıs - Ali Şamil

3558
0
2017/10/19
Oy Sayısı 1
Oy Sonucu 5

Quzey Kıbrıs Türk Cümhuriyyəti adını yerləşdiyi adanın adından alıb. Ada Ağ dənizdə yerləşir. “Ağ dəniz” adı deyiləndə Azərbaycan oxucusunun nəzərinə Şimal Buzlu okeandakı dəniz gəlir. Çünki 20-ci yüzildə bu dənizin adı keçmiş Sovet mətbuatında çox çəkilib. Ağ dəniz-Baltik kanalının reklamı da bu baxımdan çox iş görüb. Lakin onlar artıq unudulmaqdadır.

Son illər Türkiyə ilə əlaqələrin genişlənməsi nəticəsində mətbuatımızda bizim burada nəzərdə tutduğumuz Ağ dənizin adı ara-sıra da olsa, görünməyə başlayıb. Ancaq bu, Şimal Buzlu okeanına bitişən Ağ dəniz deyil, uzun illər rus dilindən tərcümə edib (ruslar da bunu Avropa dillərindən alıblar) “Aralıq” adlandırdığımız dənizdir.

Biz də yazılarımızda “Aralıq dənizi” əvəzinə “Ağ dəniz” işlətməyə üstünlük veririk. Dünyanın ən böyük dənizinin, üç qitənin – Avropa, Asiya, Afrikanın sahillərini yuyan bu dənizin qonşuluğundakı dənizlər rənglə adlanırsa (Quzey-doğusunda Qara dəniz, güney-doğusunda Qırmızı dəniz varsa) onun da Ağ dəniz adlandırılması ağlabatandır. Qədimdə rənglər həm də istiqamət – cəhət bildirib. Məsələn: qara-Quzey, ağ-batı, qırmızı-güney və s. Ağ dəniz də Türklər yaşayan məmləkətin batısındadır. Məhz bunlara görə də, indiyədək Aralıq dənizi dediyimiz və yazdığımız dənizi Ağ dəniz deyə yazmağı münasib sayırıq.

Kıbrıs adası isə adını latınca “cuprium” sözündən alıb. Bu da mis deməkdir. Hələ miladdan öncə burada mis çıxarılmış, Avropaya, Asiyaya, Afrikaya aparılmışdır. Azərbay­can­da isə uzun illər adanın, adadakı dövlətin, adanı qoynuna alan dənizin adı rus dilində işlənən şəkildə — Kipr, Kipr Respublikası, Aralıq dənizi  kimi yazılıb və deyilib. Türkiyə mətbuatında isə adanın adı Kıbrıs şəklində yazılır. Son dövrlər Azərbaycan mətbuatında Kiprlə yanaşı Kıbrıs, Aralıq dənizi ilə yanaşı Ağ dəniz, eləcə də Cənubi Kipr Respublikası, Şimali Kipr Türk Respublikası, Quzey Kıbrıs Türk Cümhuriyyəti yazılışlarına təsadüf olunur..

Yazarlar:
Yayın:
Azərbaycan Milli Enrsiklopediyası
Yayın Yılı:
2001 (Miladi)
Sayfalar:
166
Dosya Türü:
Word Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz