Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
-Quzey Kıbrıs - Ali Şamil
Quzey Kıbrıs Türk Cümhuriyyəti adını yerləşdiyi adanın adından alıb. Ada Ağ dənizdə yerləşir. “Ağ dəniz” adı deyiləndə Azərbaycan oxucusunun nəzərinə Şimal Buzlu okeandakı dəniz gəlir. Çünki 20-ci yüzildə bu dənizin adı keçmiş Sovet mətbuatında çox çəkilib. Ağ dəniz-Baltik kanalının reklamı da bu baxımdan çox iş görüb. Lakin onlar artıq unudulmaqdadır.
Son illər Türkiyə ilə əlaqələrin genişlənməsi nəticəsində mətbuatımızda bizim burada nəzərdə tutduğumuz Ağ dənizin adı ara-sıra da olsa, görünməyə başlayıb. Ancaq bu, Şimal Buzlu okeanına bitişən Ağ dəniz deyil, uzun illər rus dilindən tərcümə edib (ruslar da bunu Avropa dillərindən alıblar) “Aralıq” adlandırdığımız dənizdir.
Biz də yazılarımızda “Aralıq dənizi” əvəzinə “Ağ dəniz” işlətməyə üstünlük veririk. Dünyanın ən böyük dənizinin, üç qitənin – Avropa, Asiya, Afrikanın sahillərini yuyan bu dənizin qonşuluğundakı dənizlər rənglə adlanırsa (Quzey-doğusunda Qara dəniz, güney-doğusunda Qırmızı dəniz varsa) onun da Ağ dəniz adlandırılması ağlabatandır. Qədimdə rənglər həm də istiqamət – cəhət bildirib. Məsələn: qara-Quzey, ağ-batı, qırmızı-güney və s. Ağ dəniz də Türklər yaşayan məmləkətin batısındadır. Məhz bunlara görə də, indiyədək Aralıq dənizi dediyimiz və yazdığımız dənizi Ağ dəniz deyə yazmağı münasib sayırıq.
Kıbrıs adası isə adını latınca “cuprium” sözündən alıb. Bu da mis deməkdir. Hələ miladdan öncə burada mis çıxarılmış, Avropaya, Asiyaya, Afrikaya aparılmışdır. Azərbaycanda isə uzun illər adanın, adadakı dövlətin, adanı qoynuna alan dənizin adı rus dilində işlənən şəkildə — Kipr, Kipr Respublikası, Aralıq dənizi kimi yazılıb və deyilib. Türkiyə mətbuatında isə adanın adı Kıbrıs şəklində yazılır. Son dövrlər Azərbaycan mətbuatında Kiprlə yanaşı Kıbrıs, Aralıq dənizi ilə yanaşı Ağ dəniz, eləcə də Cənubi Kipr Respublikası, Şimali Kipr Türk Respublikası, Quzey Kıbrıs Türk Cümhuriyyəti yazılışlarına təsadüf olunur..
-Quzey Kıbrıs - Ali Şamil | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 6.07 MB | Dosya Türü : Doc | İzlenme Say : 586 | Başarısızlık Raporu |