Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Dilinin Antonimlər Luğəti

8336
0
2014/12/26
Oy Sayısı 2
Oy Sonucu 4

Azərbaycan dili dialekt və şivə materiallarının toplanmasına keçən əsrin 20-ci illərin¬dən başlanmış, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti nəzdində yazıçı Ə.Haqverdiyevin rəhbərliyi ilə tarix-etnoqrafiya şöbəsinin Azərbaycan ziyalılarını, gənc tədqiqatçıları işə cəlb etməsi nəticəsində zəngin lüğət materialı toplanmışdır. 30 cildlik şivə sözləri lüğətinin çapı planlaşdırılmışdır. Lakin təəssüf ki, "A" və "B" hərflərindən ibarət cəmi iki cild buraxıl¬mışdır. Repressiyalar və Böyük Vətən müharibəsi bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də işlərin ləngiməsinə səbəb olmuşdur. Şivələrin öyrənilməsi işi 40-cl illərin orta¬larından genişlənməyə başlamış, 50-ci illərdə daha intensiv şəkildə davam etdirilmiş, 1964-cü ildə bütün hərfləri əhatə edən bircildlik "Azərbaycan dilinin dialektoloji lüğəti" çap olunmuşdur. Lüğət 6.300 sözü əhatə edirdi.

Dialekt və şivələrimizin öyrənilməsi işi 60-70-ci illərdə və sonrakı dövrdə də davam etdirilmiş, təkcə Azərbaycan Respublikası daxilindəki şivələr deyil, İran İslam Respublikası, Ermənistan, Gürcüstan, Dağıstan ərazilərindəki Azərbaycan şivələri də əhatə edilməklə ədəbi dil leksikasından fərqlənən zəngin bir leksik lay üzə çıxarılmışdır. Toplanmış dialekt və şivə leksikası yeni dialektoloji lüğətin hazırlanması zərurətini doğurmuşdur. 1 975-ci ildə 20 minə qədər sözü əhatə edən iki cildlik belə bir lüğət tamamlansa da, müxtəlif səbəb¬lərdən uzun müddət çap olunmamış, yalnız 1991 -ci ildə Dilçilik İnstitutunun direktoru, prof. A.A.Axundov Türkiyə Respublikası Türk Dil Qurumunun rəhbərliyi ilə danışıqlar apararaq, lüğətin Türkiyədə Türk Dil Qurumu hesabına çap olunması üçün razılıq əldə etmişdir. 1 -ci cild 1999, 2-ci cild 2003-cü ildə Ankarada nəşr olunmuşdur. Lüğət akad. M.Ş.Şirəliyev (A hərfi), prof. M.İ.İslamov (Ö, R, F), f.e.d. K.T.Ramazanov (Q, Y, P, C), f.e.n. B.M.Tağıyev (B, V, E, Ə, T, Ş), f.e.n. Ə.Q.Ağayev (Z, İ, 0, U, Ü), f.e.n. S.M.Behbudov (K, Ç), f.e.n. N.x.Məmmədov (H), f.e.n. Q.M.Həsənov (D, M), f.e.n. Ə.İ.Əliyev (L, N), f.e.n. Z.Ə.Xasıyev (G, X), f.e.d. T.M.Əhmədov (S) tərəfindən tərtib edilmişdir. Prof. A.H.Vəliyev və f.e.n. B.T.Abdullayev lüğətə geniş rəy yazmış, f.e.d. F.R.xalıqov lüğətin çapa hazırlanmasına kömək etmiş, f.e.d.M.Musayev Türkiyədə lüğəti yenidən nəzərdən keçirməklə çap prosesində tələb olunan işlərin icrası ilə məşğul olmuşdur.

Əslində, bu lüğət bütün Azərbaycan dialektoloqlarının əməyinin nəticəsi idi.

Hazırda Prezident fərmanı ilə çap olunan bu lüğət ikicildliyin yeniləşdirilmiş nəşridir.

Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları lüğət üzərində yenidən işləmiş və onu təkmilləşdirmişlər. F.e.n. S.Behbudov lüğəti diqqətlə oxu¬yaraq, sözlərin mənası və lüğətin texniki tərtibi ilə bağlı qüsurları aradan qaldırmışdır. Şöbənin əməkdaşları filologiya elmləri namizədləri S.Behbudov, ZıXasıyev, K.Quliyeva, K.İmamquliyeva, G.Binnətova və Ş.Məmmədov tərəfindən lüğətə 2500-ə qədər yeni söz əlavə olunmuş, lüğət Zəngibasar, Şərur, Yardımlı, Təbriz, Qubadlı, Laçın, Kəlbəcər, Bala¬kən, Qax, Zaqatala və başqa şivələrdən toplanmış yeni sözlər hesabına zənginləşdirilmişdir.

Lüğət bu vaxta qədər çap olunmuş dialektoloji lüğətlər içərisində daha təkmil olması və söz ehtiyatının zənginliyi ilə fərqlənir...

Yazarlar:
Yayın:
Şərq-Qərb
Yayın Yılı:
2007 (Miladi)
Sayfalar:
568
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz