Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ərəb Xilafəti Və Azərbaycan - Nailə Velixanlı

11127
0
2014/12/14
Oy Sayısı 2
Oy Sonucu 6

ÖN SÖZ

Azərbaycan alimləri xalqımızın uzaq "düncnini" daha yaxşı görmək üçün geniş tədqiqatlar aparır, düzü əyridən, yaxşım yamandan, haqqı nahaqdan ayırmağa çalışır, ulu babalarımızın günün-güzəramnı açıqlaya bilən əsl həqiqəti onların bu gün yaşayan nəvə-nəticələrinə çatdırmaq istəyirlər. Bu araşdırmalar prosesində müasir Azərbaycamn mövcud simasında tariximizin ayrı-ayrı mərhələlərinin öz əksini necə tapması məsələsi ətrafında hələ də mübahisələr yaranır, hələ də dilimiz, etnik mənsubiyyətimiz, soy kökümüz, sərhədlərimiz, tarixin ayrı-ayrı dövrlərində beynəlxalq mövqeyimiz, babalarımızı bir əsarətdən "qurtarıb" başqasına salan "xilaskar" işğalçıya münasibətimiz və s. haqqında ixtilaflı düşüncələrimiz var. Bizim məqsədimiz heç də bu mübahisələrə girişmək və ya onları saf-çürük etmək deyil, dilimizin, dinimizin, mədəniyyətimizin, hətta özlüyümüzün bugünkü simasımn müəyyənləşməsində mühüm yer tutan "ərəb dövrü" mərhələsinə dair əsas məlum və qeyri-məlum faktları və məsələləri bir də gözdən keçirmək, onları geniş oxucu kütləsinə çatdırmaqdır. Tarixi yolumuzun xeyli hissəsini tutmuş bu dövr VIII əsrin əvvəllərində Ərəbistan yarımadasında yaranmış müsəlman dövlətinin - Xilafətin tarixi ilə sıx bağlıdır.

Qarşımzdakı kitabı vərəqlərkən, Siz, 0 dövrdən başlayaraq müsəlman dünyasımn daimi sakininə çevrilmiş Azərbaycan xalqının tarixi ilə yanaşı qılınc gücünə torpaqlarımızı öz böyük məmləkəti tərkibinə qatırnş ərəblərin tarixi ilə də tamş olacaqsınız. Doğrudan da, 0 dövr dünyasımn Azərbaycan qarışıq az qala yarısını fəth etmiş ərəblər kim idi, islamdan əvvəl onlar necə yaşayırdılar, necə oldu ki, Ərəbistan yarımadasını demək olar heç vaxt tərk etməyən ərəblər birdən-birə öz doğma hüdudlarım aşıb dünyanı almaq fıkrinə düşdülər, necə oldu ki, 0 dövrün iki qüdrətli imperiyası tarixin səhifələrində elə bir iz buraxmamış cənub xalqımn əlində əsir-yesir oldu, niyə Sasanilərin tabeliyində olan müxtəlif dinli Azərbaycan əhalisi çox keçmədən, demək olar müsəlmanlaşdı. Ərəb işğalı dairəsinə daxil edilmiş bəzi qonşu xalqlar isə öz əvvəlki dinlərində qaldılar? Ərəb futuhatı Azərbaycanın dilinə, dininə, mədəniyyətinə, adət-ənənəsinə, təsərrüfatına, şəhər və kənd həyatına necə təsir etdi və s. və i.a.

Yayın:
Azərbaycan dövlət nəşriyyatı
Yayın Yılı:
1993 (Miladi)
Sayfalar:
120
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz