Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Mehemmedhüseyn Tahmasib-Seçilmiş İşləri-1-Baki-2010-491s

4665
0
2016/7/9
Oy Sayısı 1
Oy Sonucu 5

Mehemmedhüseyn Tahmasib-Seçilmiş İşləri-1-Baki-2010-491s

 

Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib(d.12 aprel 1907 - ö. 5 oktyabr 1982) — Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1970).

Həyatı

Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ilin 12 aprelində Naxçıvan şəhərində anadan olmuşdur.

 

Bakı pedaqoji texnikumunu bitirmişdir (1923-1927). 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1939-1951), dosent (1951-1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir (1944-cü ildən vəfatınadək).

 

Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirmişdir. "Bir qalanın sirri" (1960), "Onu bağışlamaq olarmı?" (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. "Azərbaycan xalq dastanları (orta əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1965). 1946-1977-ci illərdə "Koroğlu", "Molla Nəsrəddinin lətifələri", "Aşıq Ələsgər", "Kitabi-Dədə Qorqud", "Azərbaycan dastanları" və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışmışdır.

Azərbaycan folkloru kursu (1940), Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar) (1941), Azərbaycan xalqının qəhrəman oğulları (1942), Çiçəkli dağ (nağıl-pyes) (1965), Azərbaycan xalqının dastanları (1972) və s. kitabların müəllifidir.

M.Təhmasib 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur.

Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabr ayının 5-də Bakıda vəfat etmişdir.

Məqalələri

1.Bizim Ələsgər (Aşıq Ələsgərin anadan olmasının 150 illiyi qarşısında). "Ədəbiyyat və incəsənət", 1971, 17 iyul.

2.El sənətkarı: (Aşıq Şəmşirin 80 illiyi). "Ədəbiyyat və incəsənət", 1973, 26 may.

3."Koroğlu" eposunun yeni nəşri. "Kitablar aləmində", 1976, N2, s.37-39.

4.Üç hadisə ilə bağlı mərasimlərimiz. Adət və ənənələr haqqında. "Azərbaycan kommunisti", 1972, N5, s.82-87.

Haqqında olan ədəbiyyat

Fərzəliyev T. Dastanlarımızın tədqiqi: (Professor Məmmədhüseyn Təhmasibin "Elm" nəşriyyatında çap olunmuş "Azərbaycan xalq dastanları" orta əsrlər kitabı haqqında). "Ədəbiyyat və incəsənət", 1972, 1 iyul.

Abbasov İ. Orta əsr Azərbaycan dastanlarının tədqiqi. M.Təhmasibin "Azərbaycan xalq dastanları" monoqrafiyası haqqında. "Elm və Həyat", 1973, N9, s.28.

İsmayılzadə M. Xatirə gecəsi: (Nizami adına Ədəbiyyat İnstitutunun Yazıçılar Birliyi ilə birlikdə folklorşünas M.Təhmasibin anadan olmasının 90 illiyi münasibətilə keçirdiyi gecə haqqında). "Xalq qəzeti", 1997, 25 iyun.

Təhmasib A. "Mən özümü onun qızı hesab etdiyimə görə... davamçısı sayıla bilərəm": Məmmədhüseyn Təhmasiblə əlaqədar söhbət. "Ədəbiyyat qəzeti", 1997, 4 iyul.

Dadaşov A.Folklorumuzun ilk doktoru: Məmmədhüseyn Təhmasib. Elmi red. M. Qasımlı.- Bakı: “Nurlan”, 2007.-148 s.

QAYNAQ

Yayın Yılı:
2010 (Miladi)
Sayfalar:
491
Dosya Türü:
PDF Document
İçerik Dili:
Türkçe

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz