Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

maxtum qulu Türkmenistan elmler akademyası Maxtum qulunun doğulan gününün 250 illiyine basılmışdır. Aşqabad

3600
0
2021/1/19
Oy Sayısı 1
Oy Sonucu 5

maxtum qulu  Türkmenistan elmler akademyası Maxtum qulunun doğulan gününün 250 illiyine basılmışdır. Aşqabad

تورکمئنیستان علم‌لر آکادئمیاسی مختوم قولونون دوغولان گونونون 250 ایللیگینئ باسیلمیش‌دیر.آشقاباد

 

ebcəd elifbasında
Türkmenistan elmler akademyası
Maxtum qulunun doğulan gününün 250 illiyinə basılmışdır.

Kitabın adi: Maxtum (mahtum) qulu / مختوم قولو

Yazar: Maxtum (mahtum) qulu / مختوم قولو

Tarix:1983

Biçim: PDF

Dil: Türkce / erəb elifbasında

Yaşamı

Şair Dövlət-Məmmədin oğlu, türkmən ədəbiyatının görkəmli nümayəndəsi Məhtumkulu 1733-cü ildə, müxtəlif türkmən tayfalarının yaşadığı Kopetdağın ətəyində, Ətrak çayının hövzəsində yerləşən Hacı Qovuşan kəndində anadan olmuşdur. Məhtumkulunun ailəsi oturaq Göklən tayfasının, Gerkez qəbiləsinin, Qışıq qoluna aiddir.Yetkin çağlarında Məhtumkulu özünə Fərağı ləğəbini götürüb. Erkən yaşlarından ərəb və fars dilində kitab oxumasını, atasının zəngin kitabxanasına borcludur. Bundan başqa Məhtumkulu uşaqlıqdan zərgərlik və dəmirçiliklədə məşğul olub. 1753-cü ili Buxara xanlığında Qızıl-Ayağdaki İdris-Baba mədrəsəsində oxuduqdan sonra, 1754-cü ildə Buxaranın məşhur Kəkildaş mədrəsəsindədə bir il oxuyur. Burada o öz dövrünün savadlı adamlarından sayılan mövlana Nuri-Kazım ibn Baharla tanış olur və onunla birlikdə səyahətə çıxaraq Özbəkistan, Tacikistan, Əfqanıstanı keçərək gəlir Hindistanın şimalına. 1757-ci ildə hər ikisi o dövrün elm mərkəzlərindən biri və çoxlu mədrəsəsi olan Xivə şəhərinə gəlirlər. Burada Məhtumkulu Şirqazi xanın 1713-cü ildə tikdirdiyi mədrəsəyə daxil olur. 1760-ci ildə atasının ölümü ilə əlaqədar o vətəninə qayıdır. Sevdiyi qızın başqasına ərə verilməsi və iki böyük qardaşının ölümü ona böyük zərbə olur. Qardaşlarına olan niskil onun şeirlərində iz buraxmışdır. Lakin bununla onun məhrumiyətləri bitmir. O evlənir, lakin onun iki oğlu gənc yaşlarında vəfat edirlər. 1760-cı ildə sonra ölümünə kimi o Manqışlaqa,Həştərxana, Azərbaycana oradanda Yaxın və Orta Şərq ölkələrinə səyahət edir. Məhtumkulunun əsas nailiyəti, klassik ədəbiyyatı folklor ilə yaxınlaşdırmasıdır. O həmçin türkmən ədəbiyatını ərəb və fars təsirlərindən xeyli azad edib.Şair 1783-cü ildə vəfat edib. Məhtumkulu türkmənlərin birləşməsini istəyirdi. Bu onun yaradıcılığında yer almışdır. Türkmənlərin özlərini ayrı-ayrı tayfalara aid edən bir millət hesab edirdi. Məhtumkulunun yaradıcılığı Azərbaycanın görkəmli yazıçılarıMolla Pənah Vaqifə və Molla Vəli Vidadiyə çox təsir etmişdir. Həmçin Məhtumkulu özüdə heç şübhəsiz Azərbaycan ədəbiyyatından təsirlənmişdir.

Yaradıcılığı

1760-cı ildə atası rəhmətə getdi və Məhdumqulu doğma Türkmənistana qayıtmağa məcbur oldu. Amma vətənə qayıtması ona yeni bir dərd də gətirdi. Atasının ölümü ilə bağlı qüssə və kədər içində olan Məxdumquluya bir mənəvi zərbə də illərlə sevgisini ürəyində gəzdirdiyi Mənli adlı qızın başqa birisinə ərə verilməsi ilə dəydi. Mənlinin valideynləri qızları üçün böyük miqdarda başlıq tələb edirdilər. Bu başlığı vermək üçünsə Məhdumqulunun maddi imkanı yox idi. Ona görə də Mənlini başqa birisinə zorla ərə verdilər. Sevgilisini ömrünün sonuna kimi unuda bilməyən Məxdumqulu onun eşqinə şeirlər yazmağa başladı. Bu şeirlərində isə o Fəraqi (sevgilisindən ayrılan) imzası ilə çıxış edirdi

Yazarlar:
Yayın Yılı:
1983 (Miladi)
Sayfalar:
489
Dosya Türü:
PDF Document
İçerik Dili:
تورکمن

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz