یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Borçalıda Qədim Ormeşən Eli - Əlləz Vəliyev

7107
0
1393/10/18
تعداد آرا 2
نتیجه آرا 3

Müəllifin bu kitabında qədim oğuz-türk yurdu olan Borçalı mahalının Ormeşən kəndi haqqında məlumat verilir.

Əsərdə Ormeşən kəndi haqqında qısa tarixi-etnoqrafik məlumat, yerli oturaq əhalinin məşğuliyyəti, etnik və sosial tərkibi, adət-ənənələri, dini görüşləri, memarlıq abidələri, çayları, dağları: Şindi dağı, Şamdüyə, Sərxan, Əyriqar, bu dağlarda bitən müalicəvi bitkilər, dağlarda olan gözəl təbii bulaqlar: Şır-şır, llxı bulağı, Nədirin bulağı, Yazılı bulaq, Şamdüyə dağının başında Südlü bulaq (südə oxşar, təmiz duru olduğuna görə Südlü bulaq adlanır), arxaclar, xalxallar, bərələr və sairə haqqında məlumatlar verilmişdir.

Ormeşən kəndinə aid olan yer adları, kənddə və ətrafında olan təbii bulaqlar, bir sözlə tarixi coğrafiyası təsvir edilmişdir. Ormeşən kəndində yaşayan ağsaqqallar, ağbirçəklər, ilk ziyalılardan: Topal Oruç, Ziyəddin Qaralov, Əsəd Rüstəmov, ilk ziyalı qadınlardan: Şahnigar ismayıl qızı, Qaralova Sinaxanım və başqa ziyalılar haqqında məlumatlar verilmişdir.

Ormeşən kəndini Ormeşən kimi tanıdanlardan biri Bəkir Səməd oğlu Qaralov haqqında, Pedaqoji Elmlər Doktoru Professor Zahid ibrahim oğlu Qaralov, Tarix elmləri namizədi Məmməd Məhəmməd oğlu Vəliyev, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Bəkir oğlu Qaralov, Pedaqoji elmlər namizədi Şaban ibrahim oğlu Qaralov, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunun baş müəllimi Vəliyev Xəlil Alı oğlu, Kənd təsərrüfatı elmləri namizədi Qaralov Ağamalı Məmmədalı oğlu və başqa alimlər haqqında məlumatlar verilmişdir.

ikinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ mü-haribəsinin iştirakçıları, iş adamları, qulluqçular, Sərkər çobanlar, ustalar, kolxozda-sovxozda və başqa sahələrdə çalışmış şəxslər haqqında ətraflı məlumatlar verilmişdir...

نویسندگان:
اتشارات:
Nərgiz
سال انتشار:
2011 (میلادی)
صفحات:
362
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز