یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Musa Yaqub 2 Sesli Şeirler Poeziya Turuz 2014

2627
0
1395/5/12
تعداد آرا 1
نتیجه آرا 5

Musa Yaqub 2 Sesli Şeirler Poeziya Turuz 2014

Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub) - şair, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı (1995-2000).

 

Həyatı[redaktə | əsas redaktə]

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur (1978-?).

 

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür.

 

Əsərləri[redaktə | əsas redaktə]

Yarpaqlar oxuyur (şerlər). Bakı: Azərnəşr, 1966, 30 səh.

Bu məhəbbət yaşadır məni (şerlər). Bakı: Gənclik, 1966, 58 səh.

Bu məhəbbət yaşadır məni (şerlər). Bakı: Gənclik, 1970, 72 səh.

Mənim kainatım (şerlər). Bakı: Gənclik, 1973, 88 səh.

Üzü bəri baxan dağlar (şerlər və poema). Bakı: Azərnəşr, 1977, 96 səh.

Yaxşı ki, sən varsan (şerlər və poemalar). Bakı: Yazıçı, 1979, 132 səh.

Bir sim üstə (şerlər və poema). Bakı: Yazıçı, 1983, 255 səh.

İki qəlbin işığı (şerlər və poemalar). Bakı: Gənclik, 1985, 124 səh.

Mənim sevgi taleyim. Bakı: Yazıçı, 1988, 132 səh.

Ürəyimdə yerin qaldı (şerlər, poemalar). Bakı: Gənclik, 1992, 130 səh.

Nanə yarpağı (şerlər, poemalar). Bakı: Sabah, 1996, 388 səh.

Payızdan yaza yol varmı (şerlər). Bakı: Azərnəşr, 1999,

Ruhumla söhbət (şerlər). Bakı: Müstəqil nəşriyyat, 2000, 235 səh.

Bu dünyanın qara daşı ğöyərməz(şerlər) Baki: Azərnəşr, 2007

Dövrün dəyirmanı, 2012

 

QATNAQ

نویسندگان:
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز