یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Orta əsrlərdə Təbriz Şəhrinin Tarixi - Seydağa Ovnullahi – çev-pərviz Himmetcu Mahmidabadi - tebriz 1385 - ebced - 293 s

11171
0
1395/1/20
تعداد آرا 2
نتیجه آرا 3

Orta əsrlərdə Təbriz Şəhrinin Tarixi

Seydağa Ovnullahi

çev-pərviz Himmetcu Mahmidabadi

tebriz 1385

ebced

293 s

Tarixi

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır.Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Mesopotamiya və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib getmişdir.Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur.
Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Polibi, Diodor və Ptolomeyə görə Ovront dağının (Səhənd)ətəyində yerləşir.
Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir.Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Assur mənblərində Uauş dağı adlandırılır.Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500-600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farslar bu dağı Zərdüguh adlandırır) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 mm-ə qədər yeksəklikdə yerləşir. Beləliklə Təbriz şəhərinin ətrafında olan dağlar onu üzük qaşı kimi əhatə etmişdir.
Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır.
Müasir Təbriz, Mərənd və Xoy şəhərlərinin yerləşdiyi ərazi Manna dövründə Sanqbitu adlanırdı. Bu ərazi Urmiya gölünün Şimal və Şimal-Qərb ərazisini əhatə edirdi. Xəzər dənizi ilə Urmiya gölü arasndakı ərazi – Təbriz və Miyanə rayonları Zikirtu adlanırdı. Sanqbitu və Zikirtu rayonları öz dövrlərinə görə inkişaf etmiş rayonlar idi. Bunu arxeoloji qazıntılar və yazılı məlumatlar da təsdiqləyir. Belə ki, Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi.
Bu ərazidə əkinçilik və maldarlıqla yanaşı sənətkarlq da inkişaf etmişdi. Ziviyə, Həsənli və Yanıqtəpədən əldə edilən arxeoloji materiallar bu ərazidə sənətkarlığı yüksək inkişaf etdiyini göstərir.
Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hömdarı II Sarqonun (e.ə. 722-701) eramızdan əvvəl 714-cü ildə Manna ərazisinə soyğunçu hücumunun və onun bu hücum haqqında verdiyi məlumatların böyük əhəmiyyəti vardır. Bu hücum zamanı yazılmış II Sarqonun kitabəsi, Manna və habelə Təbriz şəhərinin tarixinin öyrənilməsinə dair ən qiymətli sənəddir. Həmin kitabədə deyilir: "Tarmakisdə əhəmiyyətli istehkamlar vardır. Burada yaradılan səddlər möhkəmdir. Həmin səddlər böyük xəndəklər vasitəsi ilə dövrəyə alınmışdır. Dövlət qoşunlarının əlavə qüvvəsi də burada saxlanılır. Eyni zamanda onların atları da burada bəslənilir. Ətraf rayonların əhalisi mənim qorxumdan buraya toplanmışdı. Mən bura hücum edən zaman əhali buranı tərk edərək susuz çöllərə qaçmağa məcbur oldu (susuz çöl dedikdə Muğan nəzərdə tutulur). Mən bu mahalı ələ keçirdim. Müdafiə istehkamı halına salınmış yaşayış yerləri arasında döyüşlərə başladım. Daxildə olan yaşayış yerlərinə od vurdum, qala sakinlərinin külli miqdarda olan ərzaqlarını yandırıb məhv etdim. Bundan başqa həmin qala ətrafında olan 30 kəndi də yandırdım."
Tədqiqatçılar II Sarqonun kitabəsində qeyd edilən Tarmakis şəhərinin Təbriz olmasına şübhə etmirlər. Digər tərəfdən həmin kitabədə qeyd olunan Uşkaya qalasının müasir Üsküyə toponimi ilə bir mənşəli olması da diqqəti cəlb edən faktlardandır. Beləliklə II Sarqonun kitabəsi Təbrizin qədim dövr tarixi üzrə hələlik aşkar olunmuş yeganə mənbədir.
Lakin İran tarixçiləri şəhəri xeyli gəncləşdirərək onun orta əsrlərdə Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin hakimiyyəti dövründə inşa edildiyini yazırlar. V.F.Minorski qədim erməni dilli mənbələrə istinad edərək Təbrizin Abbasilərin hakimiyyətindən çox-çox əvvəl yarandığını qeyd edir.
İran tarixçilərindən Məhəmmədhəsən xan Zinət "Zinət əl məcalis" və "Təqvime buldan " adlı əsərlərinə istinad edərək Təbrizin Azərbaycanın böyük şəhərlərindən biri olduğunu və xalq arasında Toriz adı ilə məşhur olduğunu göstərir. Onun fikrincə qədim müəlliflər Azərbaycanın paytaxtının Kanza və yaxud Kanzak (Gəncək, Qazaka) olduğunu qeyd etmişlər. Qədim müəlliflər Təbriz şəhərini həm də Şahıstan adlandırırlar. Şahıstan iberdilli xalqlarda möhkəm, erməni dilində isə xəzinə deməkdir. Azərbaycanın qədim hökmdarları, sonra isə Sasani şahları öz xəzinələrini bu şəhərdə saxlayırmışlar.
Erkən orta əsr erməni dilli mənbələrdə Təbriz şəhəri həm də Davrij adlandırılır. Bu sözün mənası qrabarca (qədim erməni dili) qisasçı deməkdir. Erməni dilli mənbələrdə göstərilir ki, Arşakilər sülaləsindən olan Ərdəvan Ermənistan hökmdarı Böyük Xosrov ilə bir nəsildən (Ermənistan, Qafqaz Albaniyası və Atropatenada Arşakilər sülaləsinin kiçik qolları hakimiyyətdə olmuşlar.Böyük Xosrov da Ermənistanı idarə edən Arşaki əsilli hökmdardır.Tarixşünaslıqda Arşakilərin türk və parf mənşəli olması haqqında fikirlər var. Ayrıca parfların da türk mənşəli olması haqqında təkzibedilməz faktlar var.) və dost olduğuna görə biri digərinin müttəfiqi imiş. Sasani sülaləsinin banisi Ərdəşir əvvəl Ərdəvanın vəziri imiş. Lakin çox keçmədən o, Ərdəvana xəyanət edib onu öldürmüş, taxt-taca özü sahib olmuşdur. Bu xəbəri eşidən Ərdəvanın dostu və müttəfiqi Böyük Xosrov Ərdəşirdən qisas almaq üçün onunla on il müharibə etmişdir. Bu müharibədə bəzi hallarda Ərdəşirin üstün gəlməsinə baxmayaraq nəticədə Böyük Xosrov onu məğlub edərək Hindistana qədər qovmuşdur. Bu hadisədən sonra Böyük Xosrov eramızın 253-cü ilində Azərbaycanda bir şəhər salaraq onun adını Davrij qoymuşdur. Hər halda bu məlumat yarıməfsanəvi olsa da hələ Sasanilər dövründə Təbrizin bir şəhər kimi varlığını göstərir.
Orta əsr müəlliflərndən Yaqut Həməvi və Həmdullah Mustofi Qəzvini Təbriz şəhərinin əsasının qoyulması tarixini Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin bacısı Zübeydə xatunun adı ilə əlaqələndirirlər. Zübeydə xatun isitmə xəstəliyinə tutulmuş, guya Təbrizə gəldikdən sonra sağalmış və bununla əlaqədar olaraq o, bu yerdə şəhər salmaq əmrini vermişdir. "Təb" fars dilində isitmə, "riz" isə rixtən felindən olub tökmək deməkdir. Deməli, fars müəlliflərinin iddialarına görə Təbrizin lüğəti mənası isitməni müalicə edən deməkdir. Lakin bütün tarixi faktlar birmənalı şəkildə bu fikri rədd edir. Ən azından Təbriz bu sözün ilkin forması deyil.
Qeyd edək ki, Təbriz şəhəri yaxınlığında qazılmış qədim kəhriz indi də Zübeydə kəhrizi adlanır. Ola nilsin ki, Zübeydə xatunun əmri ilə bu şəhərdə bir sıra binalar tikilmiş və abadlıq işləri aparılmışdır və orta əsr müəllifləri də Təbrizin Zübeydə xatunun əmri ilə bina edilməsini qeyd edərkən qədim şəhərin bərpa edilməsini nəzərdə tutmuşlar. Lakin İran tarixçiləri əzəmətli şəhərin tarixini saxtalaşdırmaq üçün mənbələrin yalnış şərhindən istifadə etmişlər.
Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında Allahu-əkbər dağı üstündə (Baba dağı yaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.
Mənbələr və arxeoloji faktlar göstərir ki, Təbriz bir şəhər kimi heç də İran tarixçilərinin iddia etdiyi kimi orta əsrlərdə yox, eramızdan əvvəl birinci minillikdən etibarən yaşayış məntəqəsi kimi formalaşmışdır və bu şəhər haqqında ilk dəfə məlumat verən mənbələr qədim Assur mənbələridir. Bu mənbələrdə şəhərin adı Tarui və ya Tarmakis kimi qeyd edilir.
Şəhərin adı barədə mütəxəssislər yekdil qərara gələ bilməmişlər. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. E.A.Qrantovskiyə görə müasir Təbriz sözünün tələffüzü özü-özlüyündə müəyyənləşdirir ki, bu ad göstərilən Tarui sözündən əmələ gəlmişdir.
XII—XIII əsr — Atabəylər dövlətinin paytaxtı olmuşdur.
1375—1468 — Qaraqoyunlular dövlətinin paytaxtı olmuşdur.
1469—1501 — Ağqoyunlular dövlətinin paytaxtı olmuşdur.
1501—1548 — Səfəvilər dövlətinin paytaxtı olmuşdur.
Daha sonralar Qacar sülaləsi dövründə İran vəliəhdinin qərargah şəhəri, 1905-1906 illərdə isə İran Konstitusiya İnqilabının mərkəzi olmuşdur.

Mədəniyyəti

Dil
Şəhərdə danışılan dil Azərbaycan dili (Azərbaycan türkcəsi)dir.Fəqət bu rəsmi səviyyədə deyildir.Çünki iran despot rejimi bütün iran əhalisinin təxminən yarısını təşkil edən Azərbaycan türklərinə ən təbii haqları olan mədəni hüquqlar verməmişdir , beləki burada Azərbaycan türkləri öz doğma dillərində təhsil ala bilmirlər.

Xalçaçılıq
Təbriz orta əsrlərdən günümüzə qədər xalçaçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır. Xalçaçılıqda Təbriz məktəbi məşhurdur. Bu günlərdə Təbriz xalçası dünya bazarlarında çox istənilənlərdəndir və Avropadan ABŞ-a kimi çox sayda müştəriləri vardır. Modern Təbriz xalçaları çeşidli dizayn və boyalarda olur.

Yemək və şirnilər
Təbriz küftəsi bir özəl yeməkdir ki Təbrizdə bişirilir. Restoranların bəzisində ancaq Təbriz küftəsi təklif edirlər.

Birincilər Təbrizə məxsus
İlk dəfə olaraq İranda Təbriz şəhərində birinci çap evi, birinci asfalt olunan xiyaban, birinci telefon, birinci yeni məktəb və ... qurulubdur. Bunun üçün İranda Təbrizə birincilər şəhəri deyilir. Bu barədə Səməd Sərdariniya bir kitab Fars dilində yazib تبريز شهر اولين ها (Təbriz-şəhre-əvvəlinha , Təbriz birincilər şəhəri).
Çap və çap evi
Birinci çap evi, Ərəb əlifbasıla, Mirzə Zeynəlabidin Təbrizi vasitəsile, 1233 hicri qəməri ilində, Təbrizdə qurulub. Birinci kitab ki bu çap evinde çap olunub Mirza İsa xan Qaimməqamın Cəhadiyyə risaləsidir. Bu çap evi 1245 hicri qəməri ilində bağlandı.
Kitabxana
Tərbiyət kitabxanası İranın birinci umumi kitabxanasıdır ki 1300 günəş ilində Məhəmmədəli Tərbiyət vasitəsilə Təbrizdə qurulub. Bu kitabxana evvəlcə "Məarif umumi kitabxna və qəratxana" adlanmışdı ama sonralar onu yaradanın ehtiramına Tərbiyət adı verildi. 1335 günəş ilində Təbrizin milli kitabxanası quruldu və inqilabdan sonra Tərbiyət kitabxanasının xətti nüsxələri oraya aparıldı. Rəb rəşidi vəqfnaməsi ki İranın birinci səbt olunmuş əsəridir bu kitabxanada saxlanılır.
Kinoteatrları
İranın birinci umumi sinemasi Təbriz şəhərində qurulub, 1279 günəş ilində Fransalılar tərəfindən onların kilisalarının yanında qurulub. 4 il sonra Tehranda birinci umumi sinema salonu mirza İbrahım xan səhhaf başı vasitəsilə quruldu.
Təhsil
İranın birinci yeni məktəbi Mirzə Həsən Rüşdiyyə vasitəsilə Təbrizin Şeşgilan məhəlləsinde qurulub. Mirzə Həsən Rüşdiyyə cəvanlığında Beyruta gedib orda mədrəsələrdə dərs vermək yollarını araşdırıb sonra İstanbula getdi. Sonra Misrə gedib, Təbrizə qayıdandan sonra bir yeni mədrəsə qurdu. Memoriyal mədrəsəsidə Təbrizin qədim mədrəsələrindənidi ki AMrilalılar tərəfindən idarə olunurdu. 

Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərlə viran olub. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir. Təbrizdə səggizdən çox böyük muzey var:

Abidələr

Ərk qalası
Göy məscid
Təbriz bazarı
Əmir Nizam evi
Kəmal parkı (2-Kəmal məzarı)
Şairlər məzarı
Xaqani parkı
Gülüstan bağı
Bağlar bağı
Behnam evi
Qarı körpüsü
Cümə məscidi
Nobar hamamı
Muzeylər
Azərbaycan muzeyi
Ölçü muzeyi
Məşrutiyyə muzeyi
Şəhriyar muzeyi
Ustad Bohtuni muzeyi
Qacar muzeyi
Təbiət muzeyi
Bələdiyyə muzeyi

Universitetlər
Təbriz Universiteti
Səhənd Texniki Universiteti
Tərbiyət Müəllim Universiteti
Azade Islame Universiteti
Serac Universiteti
Rüşdiyyə Universiteti
Nəbi Əkrəm Universiteti
Kitabxanalar
Təbriz Milli Kitabxanası
Tərbiyət kitabxanası - See more at: http://joy.az/regions/76834-vetenimizin-menevi-paytaxti-tebriz-sheheri.html#sthash.34CXfwua.dpuf

 

نویسندگان:
سال انتشار:
1385 (میلادی)
صفحات:
293
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
تورکجه

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز