Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
1915 De Canaqqalada Türk-Ordu-1957-114s
1915 De Canaqqalada Türk-Ordu-1957-114s
Yüz il sonra Çanaqqalada
Türkiyəni, onun tarixini, mədəniyyətini və I Dünya savaşında qazanılan zəfərin tanıdılması baxımından böyük önəm daşıyan “100 il sonra elm heyəti Çanaqqalada” layihəsinin iştirakçıları səfərin üçüncü günü 18 Mart Universitetini ziyarət etdilər. Təhsil ocağına bu adın verilməsi heç də təsadüfi deyil. Çanaqqala savaşında dəniz zəfərinin qazanıldığı və ingilis və fransız donanmalarının geri oturdulduğu 18 mart (1915) tarixi Cümhuriyyət elan olunandan sonra Çanaqqala şəhidlərini anım günü elan edilib. 18 Mart Universiteti də bu günün şərəfinə adlandırılıb.
Qonaqları qəbul edən rektor Yücel Acer universitet haqqında qısa məlumat verdikdən sonra dedi: “Çanaqqala zəfəri sizlərlə bizlərin ortaq zəfəridir. Bu gün birlikdə 100 il əvvəl baş verən hadisələri təkrar yaşamaqdayıq. Xaricdən gələn təsirləri aradan qaldıraraq bu coğrafiyamızda hüzur içində birlikdə yaşayacağıq”. Sonra iştirakçılar Çanaqqalada savaş baş verən əraziləri ziyarət etməyə başladılar.
“Dur, yolçu!” - tarixin donduğu yer
Çanaqqala boğazı, 100 il əvvəl amansız savaşa şahidlik edən məkan. Bu torpaqlarda hər addımda savaş və zəfəri əks etdirən abidələrə, tarixin daşlaşmış izlərinə rast gəlmək mümkündür. Boğaz boyu sahillər, ətraf meşələr, Çanaqqala şəhərinin mərkəzi - hamısı sanki açıq səma altında muzeydir. Bərə ilə qarşı tərəfə keçib 1915-ci ildə əsas savaş meydanlardan olan Çanaqqalanın Ecabat rayonuna gəlirik. Və o tarixi isbatlayan abidələr. Abidələr elə qurulub ki, sanki tarixi hadisəni canlı seyr edirsən... Məşhur böyük top və beş nəfərin güclə qaldırdığı mərmini təkbaşına topa qoyaraq silahdaşlarını qətlə yetirən düşmən gəmilərini pərən-pərən salmağa çalışan Seyid Onbaşı. Bir qədər kənarda Məcidiyyə şəhidliyi. Bu da Əli Çavuş və onun digər topçu silahdaşlarının dəfn olunduğu məkandır...
Davamlı yağış yağmasına rəğmən qonaqlar ata-babalarının vuruşduqları məkanları, birlik və bərabərliyin qanla yazıldığı şəhidlikləri ziyarət edirlər. Və minnətdarlıq ifadəsi: “Sizlər babalarımızın 100 il öncə savaşdığı Çanaqqalaya bizləri də dəvət edərkən, bizlərin böyüməyimizdə önəmli təsiri olan Çanaqqala savaş və qəhrəmanlıq hekayələrimizi gerçəkdə yaşadaraq tarixi röyalarımızı gerçəyə çevirdiniz. Bunun üçün sizlərə çox təşəkkür edirik”.
Çanaqqala mərkəzindən Şəhidlik bölgəsinə keçirik. Limanla üzbəüz təpənin döşündə ucalan türk bayrağı, əsrarəngiz yaşıllığın əhatəsində torpağa həkk olunan ağappaq “əlitüfəngli türk əsgəri” və “Dur, yolçu!” yazısı yarımadanın hər yerindən görünür...
Müharibə cəbhələrini birləşdirən abidələr
Çanaqqala şəhidlər abidəsi möhtəşəm bir memorialdır. Tikintisinə 1954-də başlanıb, 1960-da başa çatıb. Hər biri 7,5 metr olmaqla 4 sütun üzərində qurulub, sütunlar arasında 10 metrlik məsafə var. Abidənin hündürlüyü 41,7 metrdir. Deyilənə görə, Atatürk vaxtilə belə bir abidənin 40 metr olmasını istəyib. Sonralar abidəni ucaldanlar isə Atatürkün boyunun uzunluğunu - 1,7 metri də bura əlavə ediblər. Uzaqdan “mehmetcik” sözünün baş hərfi olan “M” hərfi şəklində görünən abidə kompleksindəki bürünc bayraq dirəyi 25 metrdir. Memorial kompleksin bağçasında türk bayrağı şəklində simvolik 131 məzar daşı var... 90 min şəhid verən bu torpaqda xeyli şəhidliklər var. Çanaqqalada 3 minə yaxın azərbaycanlının da şəhid olduğu bildirilir.
Burada o zaman işğalçı qüvvələrin tərkibində vuruşub həlak olan Yeni Zelandiya hərbçilərinə (anzaklara) ucaldılan abidəni gördükdə isə ikinci dəfə təəccüblənirəm. Eyni hissləri 2012-ci ildə İzmirdə Çeşmə buxtasını ziyarət edərkən keçirmişdim. Həmin buxta Rusiya-Osmanlı müharibəsi zamanı türklərin dəniz donanmasının ruslar tərəfindən məhv edildiyi yerdir. Amma buna rəğmən müharibəyə həsr edilən muzeydə o dövrün rus çariçası Yekaterinanın böyük portreti asılmışdı. O andan təsirlənərək yazdığım cümləni yenidən təkrarlayıram: Türklər öz məğlubiyyətini etiraf edən, düşmənə belə abidə ucalda biləcək qədər böyük xalqdır. Anzakların varisləri də buranı ziyarət edirlər.
Çanaqqalada o zamankı səngərlər bu gün də qorunub-saxlanılmaqdadır və bu dar, dolanbac səngərlərlə irəlilədikcə sanki 100 il əvvələ qayıdırsan.
Həmin gün axşam heyət 18 Mart Universitetində mərasimə qatıldı. Qonaqlara Türkiyə Yazarlar Birliyinin Osmanlı türkcəsi ilə hazırladığı “Mehmet Akif Ersoyun “Çanaqqala şəhidləri” şeir tablosu hədiyyə edildi. İştirakçılar da səfərlə bağlı duyğu və düşüncələrini dilə gətirdilər.
Savaş və zəfəri yaşadan muzeylər
Qeyd etdiyim kimi, Çanaqqalada hər addım tarixi savaşı xatırladır. Şəhərdə bu tarixi yaşadan çoxlu muzeylər var.
Çanaqqala Dastanı Tanıtım Mərkəzində böyük məharətlə yaradılan maketlərdə sanki döyüş səhnələrini canlı izləyirsən. Muzey 11 salondan ibarətdir. Hər salonda savaş və əldə edilən qələbə ilə bağlı filmlər nümayiş etdirilir. Əgər filmdə döyüş səhnələri nümayiş olunursa, əyləşdiyin platforma da sanki hadisənin içindəsənmiş kimi, titrəyir.
Sahildə lövbər salan döyüşün yadigarı əfsanəvi “Nüsrət” minadöşəyən gəmisi də tarixin yaddaşına - muzeyə çevrilib. Salonlardan birində gəminin müharibə dövründəki fəaliyyəti ilə bağlı film nümayiş etdirilir.
Çimənlik qalasında isə məlumatları ziyarətçilərə əsgər geyimli bələdçilər çatdırır. Qala-muzeyin uzanıb gedən böyük həyətlərində o dövrü əks etdirən toplara, silahlara rast gəlirsən. Qala divarında savaş zamanı top mərmisi ilə açılmış dəlik də tarixin yadigarı kimi qalır.
Muzeylərlə tanışlıqdan sonra Çanaqqala şəhər mərkəzində, meydan və tarixi bazarda olduq. Axşam 18 Mart Universiteti tələbələrinin ifasında Çanaqqala savaşına həsr edilən tamaşanı izlədik. Oktyabrın 26-da İstanbula yola düşdük və yolüstü Akbaş Şəhidliyi ziyarət edildi. İstanbulda isə Topqapı sarayı gəzintisindən sonra Türkiyə Yazarlar Birliyi ilə heyət arasında son görüş keçirildi. Beləliklə, “100 il sonra elm heyəti Çanaqqalada” layihəsi çərçivəsində baş tutan səfərdən hər kəs zəngin təəssüratla ayrıldı.
1915 De Canaqqalada Türk-Ordu-1957-114s | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 17.32 MB | Dosya Türü : Pdf | İzlenme Say : 352 | Başarısızlık Raporu |