Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azad Nebiyevin Folklor Edebi Sovğası
Azad Nebiyevin Folklor Edebi Sovğası
Nəbiyev Azad Mövlud oğlu (20 aprel 1945, İkinci Nügədi, Quba raynu, Azərbaycan SSR) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1980), professor (1981), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).
Həyatı
Azad Nəbiyev 1945-ci il aprelin 20-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil almışdır (1963-1967). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır (1967-1974). "Gənclik" nəşriyyatında redaksiya müdiri (1974-1976), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır (1976-1989). "Dirçəliş və Tərəqqi Partiyası"nın sədri olmuşdur (1992-2000). Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir (1997). Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin üzvüdür (1998-ci ildən).
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunmuşdur. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1972). "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1980). İtalyan ("Bertoltonun sərgüzəştləri") və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr etmişdir. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir (2000). "Azərbaycan dastanları" (1977), "Nəğmələr, inanclar, alqışlar, adətlər" (1986), "Alqışlar, adətlər, nəğmələr" (1992), "Koroğlu dastanı" (2001) kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifıdir.
Azad Nebiyevin Folklor Edebi Sovğası | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 836.21 KB | Dosya Türü : Pdf | İzlenme Say : 597 | Başarısızlık Raporu |