Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azerbaycan Florasının Luğatı-Bitgi-Botanik-Sözlük-Vahid Celaloğlu Hacıyev-T.E.Qasımova-Az.T.-Rusca-Ingilizce-2008-272S

4633
0
2016/12/2
Oy Sayısı 1
Oy Sonucu 5

Azerbaycan Florasının Luğatı-Bitgi-Botanik-Sözlük-Vahid Celaloğlu Hacıyev-T.E.Qasımova-Az.T.-Rusca-Ingilizce-2008-272S

 

Vahid Hacıyev.jpg

Vahid Cəlal oğlu Hacıyev

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor .

Həyatı

Vahid Hacıyev 1928-ci il fevralın 14-də Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Tərtər rayonuna köçən Vahid Hacıyev burada 1943-cü ildə orta məktəbi bitirmişdir. O, 1943-1947-ci illərdə Gəncə şəhərində S.Ağamalı oğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun tarlaçılıq fakültəsində ali təhsil almışdır.

 

İnstitutu bitirdikdən sonra (1974) gənc mütəxəssis Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətə başlayır. O, burada geobotanikanın nəzəri və praktiki məsələləri ilə, o cümlədən, Azərbaycanda otlaqların pasportlaşdırılmasının praktiki sahələri ilə məşğul olur.

Elmi tədqiqatlara olan sonsuz marağı onu 1949-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına gətirib çıxarır. O, böyük həvəs və inadla özünün geobotanikaya dair biliyini dərinləşdirərək məhşur florist, b.e.d (biologiya elmləri doktoru), professor Y.Q.Bobrovun elmi rəhbərliyi altında Azərbaycanın flora və bitki örtüyünə dair eksperimental tədqiqatlar aparır və 1952-ci ildə "Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycana qayıdır.

Əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda baş elmi işçi kimi başlayan Vahid Hacıyev 1957-1958-ci illərdə Botanika Bağında direktor əvəzi vəzifəsində çalışmışdır, Həmin illərdə o, yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə daha çox diqqət yetirirdi. Azərbaycanın yüksək dağ çəmənlərinin geobotaniki tədqiqatının çox səthi və aşağı səviyyədə olduğunu dərk edərək V.C.Hacıyev Azərbaycanda geobotanika elminin məhz bu sahəsini əsaslı surətdə öyrənməyi və inkişaf etdirməyi qət edir. Gərgin elmi axtarışlar öz bəhrəsini verir. 1966-cı ildə o, dərin elmi tədqiqatları və çalışqanlığı sayəsində biologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün "Böyük Qafqazın yüksək dağ bitkiliyi (Az.SSR daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti" mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edir.

V.C.Hacıyev 1957-1972-ci illər ərzində və 1978-1988-ci illərdə Azərbaycan SSR EA-nın Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, 1972-1973-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, çəmənçilik və otlaqlar İnstitutunun direktoru olmuşdur. O, 1972-ci ildən ömrünün sonunadək Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda "Geobotanika" şöbəsinin müdiri, 1988-2008-ci illərdə isə direktoru vəzifələrində çalışmışdır.

V.C.Hacıyev tərəfindən 1979-cu və 1987-ci illərdə müxtəlif miqyaslarda "Azərbaycan bitki örtüyü" xəritələri tərtib edilmişdir.

Elmi fəaliyyətlərinə görə V.C.Hacıyev 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademiki) seçilmişdir.

Vahid Hacıyevin xidmətləri yüksək qiymətləndirilərək, Dövlət tərəfindən "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı və Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanlarına, eləcə də XTNS-nin 1 qızıl, 2 gümüş medallarına layiq görülmüşdür. 2004-cü ilin 14 fevral tarixində isə Respublikamızın Prezidenti İlham Əliyev bir sıra görkəmli elm xadimlərinin sırasında akademik V.C.Hacıyevin də "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalamışdır.

Vahid Hacıyevin çoxillik ardıcıl və məqsədyönlü elmi fəaliyyəti əsasən Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənlərinin hərtərəfli və dəqiq geobotaniki tədqiqini əhatə etməklə, ölkəmizdə bu elm sahəsinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Vahid Hacıyev geobotanikanın ən müxtəlif sahələrinə, o cümlədən rayonlaşdırma, xəritələşdirmə, təsnifat, bitki ehtiyatları və onların qorunması məsələlərinə öz əsərlərində geniş yer ayırmışdır. O, botanikanın digər sahələrindən – floranın sistematikası, bitki örtüyünün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrənilməsi problemləri ilə də davamlı məşğul olmuşdur.

Vahid Hacıyevin elmi nəticələri respublikamızda və xarici ölkələrdə nəşr edilmiş 350-dən artıq elmi əsərdə, o cümlədən 10 monoqrafiyada öz əksini tapmışdır. Alimin rəhbərliyi altında 5 doktorluq və 39 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O, ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələri ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Vahid Hacıyev Azərbaycanda elmi kadr potensialının gücləndirilməsi naminə gənc mütəxəssislərin hazırlanması üçün gərgin əmək həsr etmişdir. O, Azərbaycan Botaniklər Cəmiyyətinin sədri olaraq fəaliyyət göstərmişdir.

2008-ci il aprel aynın 7-də ömrünün 81-ci ilində vəfat etmişdir.

QAYNAQ

Yayın Yılı:
2006 (Miladi)
Sayfalar:
272
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz