Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azerbaycan Onomastikasi – Baki -1990 - Kiril - 91s

15533
0
2016/4/17
Oy Sayısı 4
Oy Sonucu 2

Azerbaycan Onomastikasi

Baki -1990

Kiril

91s

-------

 

Onomastika anlayışı

    Adlar,onların əlamət və xüsusiyyətlərinin tədqiqi müasir Azərbaycan dilçiliyində diqqəti ən çox cəlb edən vacib elmi-tədqiqat sahələrindəndir.Dildəki hər bir xüsusi ad –onomastik vahid ictimai-tarixi inkişafın məhsuludur.Xüsusi adlar keçmişin izlərini özündə mühafizə edib müasir zamana kimi gətirən real faktlardır,tarixin canlı şahidləridir.Dilçiliyin üfuqlərini genişləndirmək ,onun inkişafını hərtərəfli təmin etmək üçün onomastik tədqiqatın əhəmiyyəti hazırda olduqca böyükdür.

     Dildə mövcud olan xüsusi adların cəmi onomastikanı təşkil edir.Deməli,onomastika hər hansı bir dildəki xüsusi adların məcmusudur.Məsələn,Azərbaycan dilinin onomastikasi,özbək dilinin onomastikası,türkmən dilinin onomastikası  və s.

     Onomastika dar və geniş mənalarda işlənilə bilir.Geniş mənada məsələn ,qitələrin  onomastikası –Avropanın onomastikası,Amerikanın   onomastikasi      ,Asiyanın      onomastikası;  ölkələrin                     onomastikası               - Çinin onomastikasi,Hindistanın onomatikası;müəyyən ölkə sahəsinin onomastikası-Qafqazın onomastikası,Kırımın onomastikası,Sibirin onomastikası və s.Geniş mənada nəzərdə tutulan onomastik sistem makroonomastika adlanır.

      Onomastika sözü dar mənada bu və ya digər rayonda və ya kənddə xüsusi adların cəmi kimi təsəvvür olunur.Daha dar mənada bir yazıçının onomastikası-Mehdi Hüseynin əsərlərinin onomastikası,yaxud da bir əsərin –“Abşeron” romanının onomastikası kimi işlənilir.Bu həcmdə götürülən onomastik sistemə mikroonomastik da demək olar.

      Onomastikya daxil olan hər bir vahid dilin lüğət tərkibinin üzvüdür.Bu üzvlər də başqa vahidlər kimi mənsub olduğu dilin ümumi qanunauyğunluqlarına tabedir və öz qidasını həmin dildən alır.Onomastik vahidlər özünəməxsus spesifik cəhətlərə malikdir.Bunların hər biri sosial işarədir.Ona görədə bəzi mühüm məsələlərin açılmasında bunların xüsusi rolu vardır.Ümumiyyətlə,onomastik vahidlərin tədqiqi bir neçə cəhətdən əhəmiyyətlidir : a)dilin lüğət tərkibinin bütövlüklə xarakteristikasını vermək üçün onomastik vahidlərin tədqiqi son dərəcədə vacibdir ;b)onomastik vahidlərin çoxunda indi olmayan  forma və anlayışların izi qala bildiyinə görə bunların tədqiqi dilçiliyin ən mürəkkəb və mühüm sahələri hesab edilən dil tarixi,dialektologiya  və üslubiyyat üçün zəruri faktlar verə bilir ; c)onomastik materialın öyrənilməsi dilçiliklə yanaşı tarix,etnoqrafiya,sosiologiya və coğrafiya elmlərinin bir sıra problemlərinin açılmasına kömək edir ;ç)onomastik vahidləri düzgün bilmək və yazmaq insanın ümumi mədəniyyətinə təsir edən vasitələrdəndir.Bütün bunlarla yanaşı, Azərbaycan dilçiliyində həll olunmamış onomastika məsələləri hələ də vardır.Məlumdur ki,hər bir elmdə terminoloji qarışıqlıq elmin ləng inkişaf etməsnə səbəb olur.Dilçilikdə onomastika iki mənada (onomastik vahidlərin cəmi və elm şöbəsi) işlənlilir.Onomastik vahidlər nəzəriyyəsinin yaradılması təxirəsalınmaz vəzifədir.Bunun üçün onomastik mənbələri (qədim abidələri,salnamələri,tarixi sənədləri,arxiv materiallarını,ekspedisiya materiallarını ...) diqqətlə araşdırmaq,hər bir ünsürü linqvistik təhlilə cəlb edib elmi nəticələrin ümumiləşməsinə nail olmaq lazımmdır.

     Nəhayət,onomalogiyanın tədqiqat obyekti bu istiqamətlərə yönəldilməlidir:

dilimizin leksikasındakı xüsusi sözlərin müxtəlif cəhətlərini araşdırmaq;

xüsusi sözlərin mənşəyini,areallığını,dil mənsubunu müəyyənləşdirmək;

xüsusi sözlərin struktur cəhətlərini,yaranma yollarını,semantikasını,dildəki üslubi çalarlarını və s. öyrənmək.

 

 

Yayın Yılı:
1990 (Miladi)
Sayfalar:
91
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi - cyrillic

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz